Sədərək Haqqinda Melumat - Vikipedia

Sədərək Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sədərək

Naxçıvan Muxtar Respublikasında kənd

SədərəkAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Kənd 2003-cü ilə qədər eyniadlı rayonun mərkəzi idi.

Sədərək
39°42′00″ şm. e. 44°51′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 864 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.306 nəf. (2009)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sədərək xəritədə
Sədərək
Sədərək
İrəvan qəzası, Sədərək və Saraybulaq dağları

Statusu redaktə

Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir.[1]

Etimologiyası redaktə

Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir. Belə ehtimal edilir ki, kənd vaxtilə hərbi dişərgə olan ərazidə salınmışdır.[2]

Əhalisi redaktə

1831-ci ildə Sədərək kəndində 135 ailə, 469 kişi, 409 qadın, cəmi 878 tatar (azərbaycanlı) yaşayırdı[3]

İstinadlar redaktə

  1. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  2. Sədərək // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.

Xarici keçidlər redaktə


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023