Səda Fəttahoğlu Haqqinda Melumat - Vikipedia

Səda Fəttahoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səda Fəttahoğlu

Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon27 sentyabr 2023, Bəyoğlu) — Türk aktrisası.

Səda Fəttahoğlu
türk. Seda Fettahoğlu
Doğum tarixi 26 sentyabr 1979(1979-09-26)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2023(2023-09-27) (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Türkiyə Türkiyəli
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1999–2023
Təhsili

Həyatı redaktə

Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003–2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan "Çocuklar Duymasın" serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o "Muhteşem Yüzyıl", "Sihirli Annem", "Dolunay", "Sular Durulmuyor" kimi seriallarda ekranlara çıxıb.

Ölümü redaktə

Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi. Onun cənazəsi Giresunun Tirebolu rayonundakı Domaçlı qəbiristanlığında dəfn edilib.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024