Səfərəli bəy Əbdürrəhmanbəyov Haqqinda Melumat - Vikipedia

Səfərəli bəy Əbdürrəhmanbəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səfərəli bəy Əbdürrəhmanbəyov

Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən.

Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov
Doğum tarixi
Doğum yeri Əbdürrəhmanbəyli obası, Cəbrayıl qəzası Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Pul, Zəngəzur qəzası, Rusiya imperiyası
Vəfat səbəbi Öldürülüb

Həyatı redaktə

Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi.

Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər. Qaçaqlar tüfənlərini hərləyib, Səfərəli bəyi atdan aşırdılar. Qardaşı Bala bəy yetirincə qaçaqlar çapıb aradan çıxdılar. Pristav gəlib sorğuya çəkdi. Şahidlər Məhəmməd bəy Ağabəyov, Vəli bəy Məmmədəli bəy oğlu və Pənah Kazım oğlu bir ağızdan bu işdə qaçaqların əllərinin olduğunu təsdiqlədilər…

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Əbdürrəhmanbəylilər, "Soy" еlmi-kütləvi dərgi, 2008, №11, səh.3-14

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024