Səfərilər sülaləsi Haqqinda Melumat - Vikipedia

Səfərilər sülaləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səfərilər sülaləsi

Səfərlər sülaləsi (fars. سلسله صفاریان‎) İranın cənubi-şərqində, Əfqanıstanın cənubi-qərbində yerləşən Sistanda qurulmuş, 862–1003 illər arasında fəaliyyət göstərmiş qısa ömürlü bir xanədanlıqdır.

Tarixi dövlət
Səfərilər sülaləsi
861 — 1003

Dilləri ərəb dili, fars dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Tarixi redaktə

Səfərilərin mərkəzi bugünkü Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan, fəqət Şərqi İranda misgərlik edən Yəqub ibn Leys Əs-Səfər (867–879) tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsində sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir.[1] Əs-Səfər ölümündən öncə Tahirilərin əlində olan Xorasanı ələ keçirərək, onlara son qoydu və Bağdad yaxınlarına qədər çatmışdır.

Səfərilər İmperatorluğunun qurucusu Yaqubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Əmr ibn Leys (879–902) 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu. Daha sonra Xorasanı vermək məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.

Səfəri sülaləsinin hökmdarları redaktə

İstinadlar redaktə

  1. Nancy Hatch Dupree – An Historical Guide To Afghanistan – Sites in Perspective (Chapter 3)Link Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine

Xarici keçidlər redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023