Səfəviyyə ordeni rəhbərləri və Səfəvilər dövlətinin hökmdarları Haqqinda Melumat - Vikipedia

Səfəviyyə ordeni rəhbərləri və Səfəvilər dövlətinin hökmdarları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səfəvi monarxlarının siyahısı

# Rəhbərlik edən şəxsin adı Portreti Doğum və ölüm tarixi Səltənət tarixi Qeyd
1 Şeyx Səfi 1253 - 1334 1300 -1334
2 Şeyx Sədrəddin Ərdəbili 1305 - 1391 1334 - 1391
  • Ərdəbil hakimiliyini həm dini, həm siyasi cəhətdən möhkəmləndirmiş və əhatə dairəsini genişləndirmişdir.
  • Atası Şeyx Səfi, Anası isə Şeyxə Bibi Fatimə xanımdır
3 Şeyx Xacə Əlaəddin Əli 1368 - 1429 1391 - 1429
  • Şeyx Əli Cəlalilərlə qohumluq, Teymurilərlə isə dostluq qurmuşdur. 1402 Ankara döyüşündə müttəfiq olmuş, sunni əsrlərin azad edilməsində böyük rolu olmuşdur.
  • Atası Şeyx Sədrəddin, Anası isə Şeyxə Rəvanə xanımdır.
4 Şeyx İbrahim 1385 - 1447 1429 - 1447
  • Şeyx İbrahim, əsasən, siyasətlə maraqlanmamış. Dini təbliğlər edərək müridlər yığmışdır.
  • Atası Şeyx Əli, Anası Şeyxə Zəminə xanımdır.
5 Şeyx Cüneyd 1402 - 1460 1447 - 1460
  • Şeyx Cüneyd atasından fərqli olaraq hakimliyə yenindən siyasi cərəyan gətirdi və hakimliyinin ərazilərini genişləndirdi. Ağqoyunlularla isə qohumluq münasibəti qurdu.
  • Atası Şeyx İbrahim, Anası isə Şeyxə Mədinə xanımdır.
6 Şeyx Heydər 1460 - 1488 1460 -1488
  • Atası öldürüldüyündə hələ aylıq körpə olan Şeyx Heydər böyüyüb atasının siyasətini davam etdirdi. Ağqoyunlularla bir daha qohumluq quruldu və hakimliyin əraziləri daha da böyüdüldü.
  • Atası Şeyx Cüneyd, Anası isə Şeyxə Xədicə Sultandır.
7 Şeyx Sultan Əli 1471 - 1488 1488 - 1494
  • Şeyx Sultan Əli dayısı tərəfindən ailəsi ilə birgə azad olunsa da, yenidən təqiblərə məruz qaldı. Onu azad edənlər tərəfindən də öldürüldü.
  • Atası Şeyx Heydər, Anası Şeyxə Həlimə Sultandır.
8 Şah I İsmayıl
1487 - 1524 1494 - 1524
  • Şah I İsmayıl ulu əcdadlarının vəsiyyətinə əsasən Ərdəbil hakimliyi bütün yaxın şərqin hesabına imperiyaya çevirdi. 'Şah' titulunu aldı. Şərqdə Hindistan, qərbdə isə Turan dövlətin sərhədi oldu.
  • Atası Şeyx Heydər, Anası isə Şeyxə Həlimə Sultandır.
9 Şah I Təhmasib
1514 - 1576 1524 - 1576
  • Şeyxşah I Təhmasib atasının qoyub getdiyi dövləti öz ailə üzvləri ilə birgə daha da gücləndirdi və yarım əsirlik səltənətini daha da çiçəkləndirdi. Şərqdə və qərbdə uğurlu müharibələrdə adını qızıl hərflərlə tarixə yazdırdı.
  • Atası Şah I İsmayıl, Anası isə Validə Gülzar Sultandır.
10 Şah II İsmayıl
 1537 - 1577 1576 - 1577
  • Şah II İsmayıl atasından sonra hakimiyyəti rəsmi alan şahzadədir. Fəqət yürütdüyü siyasət və xənədan qətləri onun səltənıtini çox sürmədi və öz yaxınları tərəfindən öldürüldü və taxdan salındı. Öz ailə fərdlərinə qarşı qəddarlığı ilə fərqlənir.
  • Atası Şah I Təhmasib, Anası isə Məvzili Sultandır.
11 Şahhiran Pərixan 1548 - 1578 1577 -1578
  • Şah II İsmayıldan sonra Pərixan Sultan hakimiyyəti rəsmi şəkildə ələ aldı. Lakin qardaşı Şahzadə Məhəmmədin yaxınları və həyat yoldaşı tərəfindən xəyanətə uğrayıb taxdan salındı.
  • Atası Şah I Təhmasib, Anası Validə Sultanağa Sultandır.
12 Şah Məhəmməd Xudabəndə 1532 - 1596 1578 - 1587
  • Bacısını devrilərək hakimiyyəti ələ alan Şah Məhəmmədin səltənəti zövcəsi Xeyrənnisə Sultanın sui- qəsdindən sonra xoş keçmir. Dövlət işlərindən uzaqlaşır. Nəhayət, öz oğlu Şahzadə Abbas və onun yanında yer alan Şahın bacısı Məryəm Sultan tərəfindən hakimiyyətdən devrilir və Ələmutda həbsdə vəfat edir.
  • Atası Şah I Təhmasib , Anası isə Məvzili Sultandır
13 Şah I Abbas
1571 - 1629  1587 - 1629
  • Şah I Abbas atasının siyasi səhvlərini düzəldərək dövləti bibisi ilə birgə yenidən güclü imperiyaya çevirmişdir. Şərq və Qərb mənbələrində ona "Böyük" Abbas deyə xitab edirlər. Öz ailə fərdlərinə qarşı qəddarlığı ilə fərqlənir.
  • Atası Şah Məhəmməd Xudabəndə , Anası isə Xeyrənnisə Sultandır.
14 Şah I Səfi
1611 - 1642 1629 - 1642
  • Şah I Səfi o dövr Səfəvi xənədanın son fərdlərindən idi. Erkən yaşda hakimiyyəti ələ alsa da, anası və yaxın qohumları ilə güclü hakimiyyət yaratmışdır. Cəbhələrdə uğurlu müharibələrə nail olmuşdur. Lakin öz ailə fərdlərinə qarşı qəddarlığı ilə fərqlənir.
  • Atası Şahzadə Məhəmmədbağır Feyzi Səfi Mirzə, Anası isə Validə Dilarəm Sultandır.
15 Şah II Abbas
1632 - 1666 1642 - 1666
  • Şah II Abbas10 yaşında taxta oturmuş, buna baxmayaraq dövlət işləri ilə ciddi şəkildə maraqlanmışdır. Anası və digər ailə üzvləri ilə birgə dövləti idarə etmişdir.
  • Atası Şah I Səfi, Anası isə Anna Sultandır.
16 Şah I Süleyman
1647 - 1694 1666 - 1694
  • Hakimiyyəti illərinə müharibələr yox, sülhlü dövr təsadüf edir. Bu səbəbdən daha çox abadlıq işlərinə və incəsənətə önəm vermişdir.
  • Atası Şah II Abbas, Anası isə Nagixan Sultandır.
17 Şah Sultan Hüseyn
1657 - 1726 1694 - 1726
  • Şah Sultan Hüseynin bütün səltənət boyu, demək olar ki, üsyanları yatırmaqla keçmişdir. 1722-ci ildə əfqanlarla döyüşərək məğlub olmuş, bütün ailəsi ilə birlikdə əsir götürülmüşdür. Bir müddət əsir saxlandıqdan sonra edam edilmişdir.
  • Atası Şah I Süleyman, Anası isə Vahşatu Sultandır.
18 Şah IITəhmasib 1704 – 1740 1722 – 1732
  • Əsirlikdən qaçaraq Qəzvində özünü şah elan etmişdir, onun hakimiyyəti dövründə uzun sürən "Sülh dövrü" bitmiş, yeni müharibələr başlamışdır. Müharibələrdə uğur qazansa, da xəyanətə uğrayıb Nadir xan Əfşar tərəfindən devrilərək Səbzivar qalasına həbs edilmişdir. Bacısı Raziya Sultan onları qaçırmaq istəsə də, Nadir Şahın əmrilə Məhəmməd Hüseyn xan tərəfindən 2 oğlu ilə birlikdə faciəvi şəkildə öldürülmüşdür.
  • Atası Şah Sultan Hüseyn, Anası isə Həlimə Sultandır.
19 III. Abbas 1732 - 1740 1732 - 1736
  • Şah III Abbas 4 yaşına qədər sarayda Nadir xanın himayəsində qalmışdır. 21 mart 1736 tarixində Nadir xanın özünü şah elan etməsilə atasının da qaldığı Səbzivar qalasına həbs olunmuşdur. Anası və Bibisi onu atası ilə birgə qaçırmaq istəsə də, bu alınmamış, Nadir şahın əmrilə Məhəmməd Hüseyn xan tərəfindən atası və bir qardaşı ilə birlikdə faciəvi şəkildə öldürülmüşdür.
  • Atası şah II Təhmasib, Anası Şahpuri Sultandır.
20 Şahhiran Raziya 1706 -1776 1736 - 1749 - / - 1773 -1776
  • Raziya Sultan Nadir xanın Səfəvilərə qarşı kəskin duruşuna, əsasən, onunla siyasi evlilik etmişdir. Nadirin Şahın II Təhmasibi həbsə atmasından və özünü "şah" etməsindən sonra vəziyyət daha da kəskinləşdi. Raziya Sultanın bütün cəhdlərini boş qaldı. Nəhayət, 1740 - cı ildə qardaşı və onun övladları Rzaqulu mirzənin əmri ilə Səbzivarda edam edildi. Bu edamdan sonra Raziya Sultan əfşarlara qarşı intiqamçı mövqe tutdu. Səfəvi tərəfdarları hələ 1736 - dan Raziya Sultanı "Şahhiran" elan edib onun yanında yer aldılar. Raziya Sultan İbrahim mirzəni, Rzaqulu mirzəni, əsasında, digər əfşarları və Nadiri sui- qəsdlə öldürtdü. Və hakimiyyəti digər Səfəvi şahzadələrinə açdı. 1773 - cü ildə yenidən Şahhiran oldu ve 1776 - da öldükdən sonra son Səfəvi hökmüdarı olaraq tarixə keçdi.
  • Atası Şah Sultan Hüseyn, Anası isə Validə Fərda Sultandır.
21

II Şah Süleyman

1697 - 1750 1749 - 1750
  • Nadir şah öldürüldükdən sonra Raziya Sultan İranda hakimiyyəti ələ aldı. Əfşar cəbhəsini zəiflətdi. Və qohumu Şah II Süleymanı taxta çıxardı. Lakin əfşarlar sui - qəsdlə Şah II Süleymanı devirdilər.
  • Anası Sultan Səfəvi, Atası Seyid Məhəmməd Mərəşidir.
22 Şah III İsmayıl 1733 - 1773 1750 - 1773
  • Raziya Sultan Əfşar cəbhəsinə qarşı Zəndlərlə bir olub qohumu III Şah İsmayılı taxta çıxartdı. Kərim xan zənd vəkil seçildi və Raziya Sultanla dövləti adından idarə etdi.
  • Anası Məryəm Sultan Səfəvi, Atası isə Seyid Murtuza Mirzədir.
23 Şah II Məhəmməd 1772 - 1797 1793 - 1797
  • Atası Seyid Murtuz Xəlifə, anası İsmətcahan xanım Səfəvi olmuşdur. Vəfat yeri Hindistandır.

Həmçinin bax redaktə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023