Səfi xan Ləzgi Haqqinda Melumat - Vikipedia

Səfi xan Ləzgi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlqas Mirzə (daha sonra Səfi (qulu) xan Ləzgi adı ilə tanınan) — 17-ci əsrdə Səfəvi dövlətində ləzgi şahzadəsi ailəsindən olan məmur. Dağıstanlı İldırım Xan Şamxal kimi tanınan Aldas (İldas) Mirzə Şamxalın oğlu və buna görə də Qumuq şamxalı ailəsinin üzvü idi. O, gənc yaşlarında şah Səfi dövründə (1629-1642) atası tərəfindən İsfahandakı Səfəvi sarayına göndərilmiş, burada böyümüş və adı dəyişdirilərək "Səfi (qulu) xan" olmuşdur. O, 1666-1674-cü illərdə İrəvan vilayətinin (həmçinin Çuxursəəd adı ilə tanınır) bəylərbəyi (hakim) vəzifəsində çalışmışdır.

Əlqas Mirzə
Səfi (qulu) xan Ləzgi
1666 – 1674
ƏvvəlkiAbbasqulu xan Qacar
SonrakıSarıxan bəy
Şəxsi məlumatlar
Vəfat tarixi XVII əsr
Milliyyəti ləzgi
Uşağı Fətəli xan Dağıstani

Onun oğlu Fətəli xan Dağıstani yüksələrək Səfəvilər dövlətinin ən güclü şəxsiyyətlərindən birinə çevrildi.

Mənbə redaktə

  • Bournoutian, George. The Journal of Zak'aria of Agulis. Mazda Publishers. 2003. səh. 75. ISBN 978-1568591070.
  • Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 87–88. ISBN 978-1568591353.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 172. ISBN 978-1933823232.
  • Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. 146, 206. ISBN 978-1845117450.

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024