Səfiqulu bəy Qacar Haqqinda Melumat - Vikipedia

Səfiqulu bəy Qacar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səfiqulu bəy Qacar

Səfiqulu bəy Qacar — Qarabağ bəylərindən, II Şah Abbas Səfəvinin söhbət yasavulu

SƏFİQULU BƏY QACAR
fars. صفی قلی بیک ﻳﺴﺎول ﺻـﺤﺒﺖ
Doğum yeri Qarabağ

Həyatı redaktə

Səfiqulu bəy Vərəndə nahiyəsinin Qacar obasında dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Savadlı, söhbətcil, işgüzar adam olduğundan tezliklə II Şah Abbas Səfəvi nin diqqətini cəlb etmişdi. Şahın söhbət-yasavulu vəzifəsinə irəli çəkilmişdi. Təqaüdə çıxandan sonra doğma kəndlərinə qayıtmışdı. Şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi.

Qarabağın seçkin bəylərindən idi. 1650-ci ildə şah onun və bir çox bəylərin şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.

Həmçinin bax redaktə


Saytda 266 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024