Səid Koçxyurski Haqqinda Melumat - Vikipedia

Səid Koçxyurski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səid Koçxyurski

Səid Koçxyurski (17671812) — Ləzgi şairi, aşıq. Əsərlərini ləzgiAzərbaycan dillərində yazmışdır. Amansız feodal zülmünə qarşı səsini qaldırmağa cürət etdiyi üçün kor edilmişdir.

Səid Koçxyurski
Doğum tarixi 1767
Vəfat tarixi 1812
Fəaliyyəti yazıçı, şair

Bioqrafiyası redaktə

Səid Koçxyurski 1767-ci ildə indiki Qürah rayonunun Koçxyur kəndində anadan olmuşdur. Həyatını ehtiyac içində yaşaması məlumdur. Uzun illər Şirvanda işləyir. Səid Koçxyurski hər zaman yerli xanların feodal zülmünə və qəzəbinə qarşı çıxır.

Şirvanda işləyərkən Səid Koçxyurski tez-tez Azərbaycanın məşhur aşıqları ilə görüşür. Bunun sayəsində mahnıları qoşma şəklində bəstələnən populyar bir müğənni olur. Həm doğma ləzgi dili ilə yanaşı, eləcə də Azərbaycan dilində eyni dərəcədə yaxşı yazmağı bilirdi.

Səid Koçxyurskinin qəddar feodal zülmündən bəhs edən realist şeirləri xanları qəzəbləndirirdi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində ən çox diqqət çəkən poetik şəxsiyyət olan Səid Koçxyurski diqqətləri özünə cəlb edirdi. Şair Qaziqumuq xanı II Surxay xanın Qürah vadisində hökmranlıq etdiyi, feodal zülmünün gücləndiyi və xalqın qəddar istismara məruz qaldığı bir dövrdə yaşamışdır. O dövrdə hökmranlıq edən II Surxay xan Səid Koçxyurskinin işini bitirmək qərarına gəlir və onu görüşünə dəvət edir. Xan Səidin gözəl oxuduğunu, amma cəsarətlə hər kəsə baxdığını qeyd edərək mühafizəçilərinə Seyidin gözlərini oymağı əmr edir. Bundan sonra kor aşıq "Mürsəl xanın lənəti" qoşmasını bəstələyir. Burada təkcə öz faciəsini deyil, bütün ləzgi xalqının faciəsini dilə gətirir. Səidin yaradıcılığı xan və bəylərə nifrət, sadə insanlara olan sevgi ilə doludur. Bu da xalqın ona olan sevgisini daha da artırır.

Xatirəsi redaktə

2012-ci ildə doğma Koçxyur kəndində Səid Koçxyurskinin abidəsinin açılışı olur. 2012-ci ildə S. Stalski adına Ləzgi Dövlət Musiqi və Dram Teatrı 78-ci mövsümü "Aşıq Səid" pyesi ilə açılır[1][2].

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Для души и тела". 2012-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-09.
  2. Гамзатова В. Лезгинский театр открывает свой 78-й сезон Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine РИА Дагестан. 8 октября 2012 года

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024