Səid Nəcəfzadə Haqqinda Melumat - Vikipedia

Səid Nəcəfzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səid Nəcəfzadə

Azərbaycanın paralimpiya atleti

Səid Əli oğlu Nəcəfzadə (14 yanvar 1999; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Səid Nəcəfzadə
Səid Nəcəfzadə 2021-ci ildə
Səid Nəcəfzadə 2021-ci ildə
Şəxsi məlumatlar
Tam adı Səid Əli oğlu Nəcəfzadə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan
İdman növü Yüngül atletika
Karyera illəri 2009h. h.
Məşqçisi Vladimir Zayets

Həyatı redaktə

Səid Nəcəfzadə 1999-cu il yanvarın 14-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində F. Piriyev adına 18 nömrəli tam orta məktəbdə təhsil alan Səid Nəcəfzadə, ali təhsilini 2016-2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) alıb. 2009-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Vladimir Zayetsdir.

Karyerası redaktə

Səid Nəcəfzadə 2016-cı ilin may ayında uzunluğa tullanma üzrə şəhər çempionatının qalibi oldu.

2019-cu ilin iyul ayında o, Tunisdə baş tutan beynəlxalq turnirdə 6.80 metr nəticə ilə gümüş medala sahib oldu.

2021-ci ilin iyun ayında Səid Nəcəfzadə Polşada baş tutan Avropa Çempionatında 6.96 metr nəticə ilə turnirin qalibi oldu.

2021-ci ilin avqust ayında isə Səid Nəcəfzadə Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Səid Nəcəfzadə 7.02 metr nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Səid Əli oğlu Nəcəfzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar redaktə

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.

Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024