Səid Rüstəmov adına Musiqi Məktəbi (Sumqayıt) Haqqinda Melumat - Vikipedia

Səid Rüstəmov adına Musiqi Məktəbi (Sumqayıt) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səid Rüstəmov adına Musiqi Məktəbi (Sumqayıt)

Səid Rüstəmov adına Musiqi MəktəbiSumqayıtda musiqi məktəbi

Səid Rüstəmov adına Musiqi Məktəbi Sumqayıt şəhər mədəniyyət İdarəsinin tabeçiliyində olan incəsənət məktəblərindən biridir. 1976-cı ildən fəaliyyətdədir. 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məktəbə görkəmli bəstəkar Səid Rüstəmovun adı verilmişdir.

Məktəbdə "Fortepiano", "Xalq çalğı alətləri", "Simli və nəfəsli alətlər", "Azərbaycan qarmonu", "Nəzəriyyə", "Rəssamlıq" şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə 748 şagird təhsil alır.

Bundan əlavə, bu incəsənət məktəbində müəllimlərdən ibarət Xalq Çalğı Alətləri ansamblı fəaliyyət göstərir. Məktəbin kollektivi dəfələrlə ümumşəhər, respublika miqyaslı tədbirlərdə iştirak etmiş, müsabiqələrdə layiqli yer tutmuşlar. İki binadan ibarət olan məktəbin ikinci binasında iki Qubadlı rayon məktəbi yerləşmişdir.

Xarici keçidlər redaktə



Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024