Səlim Süleyman Əfəndi Haqqinda Melumat - Vikipedia

Səlim Süleyman Əfəndi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səlim Süleyman Əfəndi

Səlim Süleyman Əfəndi (12 yanvar 1861, Konstantinopol12 iyul 1909, Dolmabağça sarayı) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci oğlu, Osmanlı şahzadəsi.

Səlim Süleyman Əfəndi
سليم سليمان أفندي
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1861(1861-01-12)
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 12 iyul 1909(1909-07-12) (48 yaşında)
Vəfat yeri
Atası I Əbdülməcid
Anası Sərfinaz xanım
Həyat yoldaşları Filizsan xanım
Əminə Cavidan xanım
Fatma İqbal xanım
Ayşə Tərzitər xanım
Uşaqları Mehmed Əbdülhəlim Əfəndi
Əminə Naciyə Sultan
Mehmed Şərafəddin Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Həyatı redaktə

 
İkinci xanımı və ögey bacısı olan Əminə Cavidan xanım
 
Son xanımı Tərzitər xanım və oğlu Şərafəddin Əfəndi

Şahzadə Səlim Süleyman Əfəndi 1860-cı ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Sərfinaz xanım idi. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Cəlaləddin Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin ƏfəndiMünirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Böyük qardaşı Sultan Mehmed Rəşadın səltənətində taxtın 2-ci vəliəhdi elan olunmuşdu. Bu illərdə vərəm xəstəliyinə tutuldu və 49 yaşında doğulduğu Dolmabağça sarayında vəfat etdi.

Ailəsi redaktə

  • Filizsan xanım (d. 17 iyul 1869, Batumi — ö. 1947) — 10 oktyabr 1885-ci ildə evləndilər. Övladı olmamışdır.
  • Əminə Cavidan xanım (d. 28 oktyabr 1872 — ö. ?) — 1886-cı ildə evləndilər. Övladı olmamışdır. Ögey bacısıdır.[1]
  • Fatma İqbal xanım (d. 19 sentyabr 1871 — ö. 18 noyabr 1932) — 12 may 1893-cü ildə evləndilər və 1 övladı oldu.
  • Ayşə Tərzitər xanım (d. 4 yanvar 1880 — ö. 1958) — 4 may 1895-ci ildə evləndilər və 2 övladı oldu.

Mənbə redaktə

İstinadlar redaktə

  1. Açba, Harun. Kadın efendiler: 1839–1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1

Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024