Səmərqənd Haqqinda Melumat - Vikipedia

Səmərqənd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səmərqənd

Özbəkistanda şəhər


Səmərqənd (fars. سمرقند‎; özbəkcə: Samarqand) ― Özbəkistanın cənubunda tarixi şəhər, Səmərqənd vilayətinin mərkəzi. Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşən Səmərqəndin əhalisi 566 min nəfərdir. Mühüm bir sənaye (avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və s.) və təhsil (Səmərqənd Universiteti) mərkəzi olan bu şəhər Teymurləng zamanından qalan tarixi abidələrləri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399–1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) çox sayda turist cəlb edir.

Şəhər
Səmərqənd
özb. Samarqand
Gerb
Gerb
39°39′15″ şm. e. 66°57′35″ ş. u.
Ölkə  Özbəkistan
Vilayət Səmərqənd vilayəti
Hökm Furqat Rahimov
Tarixi və coğrafiyası
Əvvəlki adları Marakanda, Soqdiana
Sahəsi 120 [1]
Mərkəzin hündürlüyü 702 m
Saat qurşağı UTC+5
Əhalisi
Əhalisi 504 423[1] nəfər (2015)
Sıxlığı 4203 nəf./km²
Milli tərkibi özbəklər, taciklər, ruslar və b.
Rəsmi dili özbək dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +998 66
Poçt indeksi 140100[2]
Nəqliyyat kodları 14 (köhnə, 1998—2008)
30 — 39 (yeni 01.10.2008-ci ildən)[3]
Digər
Rəsmi adıSamarkand – Crossroads of Cultures
TipiMədəni
Kriteriyai, ii, iv
Tarixi2001 25-ci sessiya
İstinad nöm.603
Sahə1 123 hektar
Buffer zona1 369 hektar
samshahar.uz
 (özb.) (rus.) (ing.)
Xəritəni göstər/gizlə
Səmərqənd xəritədə
Səmərqənd
Səmərqənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd, e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib müsəlman dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdirlər. Buradan bu vərdiş bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlində keçdi. 1220-ci ildə Çingiz xan tərəfindən yandırılıb viran ediləndən sonra, Teymurləngin paytaxt edilməsi ilə yenidən inkişaf etdi və iri mədəniyyət mərkəzinə çevrildi. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edildi. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürdülər və Səmərqəndin əhəmiyyəti azalmağa başladı. Nadir şahın buraya hücumu sakinlərinin çoxusunu şəhəri tərk etməyə məcbur etdi. 1868-ci ildə Rusiya imperiyasının tərkibinə girdi və 1888-ci ildə buraya dəmir yolu çəkildikcə yenidən böyük iqtisadi mərkəzə döndü. 1925–1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı idi.

İstinadlar redaktə

  1. 1 2 "Rəsmi rəsmi_saytı". 2015-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
  2. "Poçt indeksləri". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
  3. "Özbəkistanın yeni avtomobil nömrələri". 2012-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.



Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024