Sənan Axundov Haqqinda Melumat - Vikipedia

Sənan Axundov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sənan Səməndər oğlu Axundov (28 mart 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1987–1989), Azərbaycan SSR yerli sənayesi naziri (1982–1987).

Sənan Axundov
bayraq
Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi
bayraq2
1991 – 27 dekabr 2001
qurum ləğv edilmişdir
bayraq
SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi
bayraq2
1989 – 1991
1987 – 1989
bayraq
Azərbaycan SSR yerli sənayesi naziri
bayraq2
30 noyabr 1982 – 9 aprel 1987
ƏvvəlkiAyaz Mütəllibov
SonrakıHəbib Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1932(1932-03-28) (91 yaş)
Doğum yeri
Partiya

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı redaktə

Sənan Səməndər oğlu Axundov 28 mart 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə Bakıda orta məktəbi, 1955-ci ildə Moskvada Avtomexanika İnstitutunu bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1958-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunda başlayan Sənan Axundov burada usta, sahə, sonra isə sex rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. 1968–1972-ci illərdə SSRİ Avtomobil Sənayesi Nazirliyi Avtomobil Ehtiyatları Hissələri zavodunun direktoru, 1972–1976-cı illərdə Bakı Məişət Kondisionerləri zavodunun direktoru, 1976–1982-ci illərdə İttifaq Elektrik Maşınqayırma BİB Məişət Kondisionerləri zavodunun direktoru işləmişdir.[1]

Sənan Axundov 1982–1987-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1987–1989-cu illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində işləmişdir. 1989-cu ilin iyun ayından SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi vəzifəsində işləmiş, eyni zamanda standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş inspektoru olmuşdur.[1]

Sənan Axundov 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (9–11-ci) deputatı olmuşdur.[2] "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, bir sıra medallarla və iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.[1] 1991-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Ахундов Сән'ан Сәмәндәр оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 52–53. ISBN 5-89600-253-x.
  2. Ахундов Сән'ан Сәмәндәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 46.

Həmçinin bax redaktə


Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023