Sənin adın Haqqinda Melumat - Vikipedia

Sənin adın Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sənin adın[2] və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。?)Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastikafentezi anime filmi.[3] Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir.[4] Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir.

Sənin adın
Kimi no Na wa. (君の名は。?)
Anime filminin posteri. Personajlar: Taki Taçibana (solda) və Mitsuha Miyamizu (sağda)
Anime filminin posteri. Personajlar: Taki Taçibana (solda) və Mitsuha Miyamizu (sağda)
Janr romantik film, fentezi filmi[d]
Əsas mövzu Zamanda səyahət
Rejissor Makoto Şinkay
Prodüserlər Qenki Kavamura
Katsuhiro Takey
Koyçiro İto
Ssenari müəllifi Makoto Şinkay
Baş rollarda Ryunosuke Kamiki
Mone Kamişirayşi
Operator
Bəstəkar Radwimps
Montajçı Makoto Şinkay
İstehsalçılar CoMix Wave Films
Distribütor:
Toho
Distribütor Toho[d], Netflix
İlk baxış tarixi 3 iyul 2016 (Anime Expo)
26 avqust 2016 (Yaponiya)
Filmin növü anime
Müddət 107 dəq.
Gəlir 243,1 milyon $[1]
Ölkələr Yaponiya Yaponiya
Dil yapon
İl 2016
Rəng rəngli
IMDb ID5311514
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir.[5][6][7] Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır.[8] Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.[9] Filmin daha 85 ölkə və regionda nümayiş etdirilməsi planlaşdırılır.[10]

Məzmun redaktə

 
Filmdəki İtomori gölü üçün ilham mənbəyi olmuş Suva gölü.[11]

Film əsas kişi personaj Taki Taçibana ilə əsas qadın personaj Mitsuha Miyamizunun səhər oyanıb normal həyata davam etmələri ilə başlayır. Taki Tokio şəhərində, Mitsuha isə kiçik qəsəbədə yaşayır. Bir gün Mitsuha liseydəki dostlarından keçən dəfə çox qəribə davrandığını öyrənir, lakin təəccüblü şəkildə, bunları xatırlamır. Mitsuha həm də məbəd qızı – mikodur. O, ağızla hazırlanan düyü şərabı növü olan "Kuchikami-zake" hazırlamaq üçün keçirilən ritualda iştirak edir və nənəsindən kumihimo düzəltməyi öyrənir. Mitsuha buradakı həyatından çox narazıdır, növbəti həyatında Tokioda yaşayan oğlan kimi doğulmağı arzulayır. Digər tərəfdən Taki qadınsayağı xasiyyət göstərdiyini öyrənir və Mitsuhanın onun bədənini bir müddətlik ələ keçirdiyini düşünməyə başlayır.

Tezliklə Taki və Mitsuha bədənlərini dəyişdirdiklərini başa düşürlər və bunun necə baş verdiyini tapmağa çalışırlar. Qeydlər buraxmaqla onlar bir-birilərinin həyatını yaşamağı əyləncəli hesab edirlər. Mitsuka Takiyə onun həmkarı Miki Okuderaya yaxınlaşmaqda kömək edir və onun üçün görüş təşkil edir. Mitsuha Takiyə yaxın zamanda Yerin yaxınlığından keçəcək kometa haqqında danışır, çox həyəcanlandığını, çünki qəsəbə festivalı ilə kometanın görünmə vaxtlarının üst-üstə düşəcəyini bildirir. Taki Mitsuhanın bədənində ikən bir nöqtədə Mitsuhanın nənəsi ondan "sən hələ də yuxu görürsən?" sualını verir və bu andan etibarən onların bədənləri dəyişmir. Taki ilə görüşdə Miki onu tərk edir və başqa Takini tanıdığını deyir. Taki Mitsuha ilə əlaqə saxlamağa çalışır, amma alınmır. Taki sonda onunla şəxsən görüşməyə və qəsəbəsinə getməyə qərar verir.

Qəsəbənin harada yerləşdiyini və necə adlandığını bilməyən Taki ipucu kimi qəsəbənin yaddaşında qalan mənzərəsini çəkir. Taki yaxın dostu Tsukasa Fucii və Miki Okudera ilə Yaponiyanın müxtəlif bölgələrinə səyahət edir. Bir restoranda xidmətçi Takinin eskizlərini tanıyır və ərinin bu qəsəbədən olduğunu bildirir. Əri onu böyük kraterin yanına aparır. Məlum olur ki, İtomori qəsəbəsi 3 il əvvəl düşən kometa nəticəsində məhv olub, əhalisinin böyük hissəsi ölüb. Taki öyrəndiklərindən şoka düşür və ölülərin siyahısından Mitsuhanı, eləcə də, yaxın dostları Katsuhiko Teşiqavaranı və Sayaka Natorini tapır.

Artıq nəyin real olub-olmadığını başa düşməyən Taki Mitsuhanın onun telefonunda buraxdığı qeydlərə baxmaq istəyir, lakin hamısının silindiyini görür. Lakin Taki hələ də Mitsuha və qəsəbəni xilas etmək istəyir. O, dağda yerləşən yeraltı məbədə gedərək Mitsuhanın oraya qoyduğu düyü şərabını içir və Mitsuha ilə yenə bədənlərini dəyişə bilir. Məlum olur ki, bədənlərin dəyişməsi dayandıqdan sonra Mitsuha da Takini axtarmaq qərarına gəlibmiş və bu məqsədlə Tokioya gəlibmiş. Mitsuha sonda onu tapa bilibmiş, lakin bunlar keçmişdə baş verdiyindən Taki onu tanımıyıbmış. Mitsuha Takinin bədənində oyanır və dağdakı məbəddə olduğunu görür. Bu zaman Mitsuhanın bədənində olan Taki də dağa gəlir. Hər ikisi fərqli zaman dilimlərində olduqlarından əvvəlcə sadəcə səslərini eşidirlər, lakin bədənləri yenə dəyişir və bir-birilərini görürlər. Hər ikisi adlarını unutmamaq üçün əllərinə yazmaq istəyirlər, lakin ancaq Taki yaza bilir, Mitsuha adını yazmaq istəyəndə səhər açılır və əvvəlki zaman xətlərinə qayıdırlar. Bu "Katavare-doki"dir (alaqaranlıq vaxtı).[a] Onlar adlarını yada salmaq istəyirlər, lakin xatırlamırlar. Mitsuha Takinin onun ovucuna yazdığı ada baxmaq istəyir, lakin Takinin adı əvəzinə "Səni sevirəm" yazdığını görür və ağlayaraq onu axmaq adlandırır. Mitsuha və dostları qəsəbəni kometanın gəlişindən xilas etməyə çalışır, lakin sonda bunu bacarmadıqları təəssüratı yaranır.

Kometanın düşməsindən 8 il sonra məlum olur ki, Mitsuha və dostları əslində qəsəbəni xilas edə biliblərmiş. Mitsuha və Taki qatarda rastlaşırlar və sanki bir-biriləri tanıdıqlarını hiss edirlər. Bir-birilərinin adlarını soruşmaları ilə səhnə başa çatır.

Rollarda redaktə

  • Ryunosuke Kamiki Taki Taçibana (立花瀧, Tachibana Taki?) rolunda[5]
  • Mone Kamişirayşi Mitsuha Miyamizu (宮水三葉, Miyamizu Mitsuha?) rolunda[5]
  • Masami Naqasava Miki Okudera (奥寺ミキ, Okudera Miki?) rolunda
  • Etsuko İçihara Hitoha Miyamizu (宮水一葉, Miyamizu Hitoha?) rolunda
  • Ryo Narita Katsuhiko Teşiqavara (勅使河原克彦, Teshigawara Katsuhiko?) rolunda
  • Aoy Yuuki Sayaka Natori (名取早耶香, Natori Sayaka?) rolunda
  • Nobunaqa Şimazaki Tsukasa Fucii (藤井司, Fujii Tsukasa?) rolunda
  • Kayto İşikava Şinta Takaqi (高木真太, Takagi Shinta?) rolunda
  • Kanon Tani Yotsuha Miyamizu (宮水四葉, Miyamizu Yotsuha?) rolunda
  • Masaki Terasoma Toşiki Miyamizu (宮水俊樹, Miyamizu Toshiki?) rolunda
  • Sayaka Ohara Futaha Miyamizu (宮水二葉, Miyamizu Futaha?) rolunda
  • Kana Hanazava Yukari Yukino (雪野百香里, Yukino Yukari?) rolunda[12]

Buraxılış redaktə

2017-ci ildə ABŞ-da buraxılması planlaşdırılır.[13] 7 sentyabr 2017-ci ildə Azərbaycanda buraxılması planlaşdırılsa da,[2] daha sonra başqa tarixə qədər təxirə salınmışdır.[14]

Qəbul redaktə

Gəlir redaktə

Film Yaponiyada böyük uğur qazanmışdır. Film açılış həftəsində 930 milyon ¥ gəlir əldə etmiş (688 min bilet) və gəlir baxımından Yaponiyada birinci yerə yüksəlmişdir. Açılış günü də nəzərə alınmaqla film ümumilikdə 1,28 milyard ¥ gəlir əldə etmişdir.[15] 5 sentyabr 2016-cı ilə kimi – filmin premyerasından cəmi 10 gün sonra filmin Yaponiyada əldə etdiyi ümumi gəlir 3,8 milyard ¥ olmuşdur.[16] 11 sentyabr 2016-cı ilə kimi filmin əldə etdiyi gəlir 6,2 milyard ¥ olmuş və distribütor Toho-nun təxmin etdiyi gəliri (6 milyard ¥) ötmüşdür.[17] Dördüncü həftəsində film yenə mövqeyini əldən verməmiş, əldə etdiyi gəlir 9,1 milyard ¥-ə çatmış və 10 milyard ¥-dən çox qazanc əldə edən ilk qeyri-Ghibli anime filmi olmuşdur.[18] 23 sentyabr 2016-cı ildə filmin cəmi 28 gün içində 10 milyard ¥ gəlir etdiyi açıqlanmışdır.[19] Beşinci həftəsində film yenə zirvədə qalmış, 637.000 bilet sataraq 860 milyon ¥, ümumilikdə isə 11,1 milyard ¥ gəlir əldə etmişdir. Beləliklə film 2016-cı ildə Yaponiyada ən çox gəlir əldə edən film olmuşdur.[20] Düz ardıcıl 9 həftə Yaponiya kinoteatrlarının ən yaxşı filmi olmuş "Sənin adın" 10-cu həftəsində mövqeyini "Ölüm dəftəri: Yeni dünyanı işıqlandırmaq" filminə vermişdir. Lakin 11-ci həftəsində yenidən mövqeyinə qayıtmışdır.[21]

"Sənin adın" anime filmi ən çox gəlir əldə edən 4-cü anime filmi və 4-cü Yaponiya filmidir. Həmçinin Yaponiyada ən çox gəlir əldə edən 7-ci filmdir.[21]

Film Tayvanda 21 oktyabr 2016-cı ildə nümayiş etdirilməyə başlanmış və 31 oktyabra qədər 52.909.581 Tayvan dolları (1.683.785 ABŞ dolları) gəlir əldə edərək Tayvanda ən çox gəlir qazanan Yaponiya filmi olmuşdur.[22]

Mükafat və nominasiyalar redaktə

2016-cı ilin noyabrında Funimation "Sənin adın" filminin Oskar mükafatının "Ən yaxşı animasiya filmi" kateqoriyasında namizəd siyahısında olduğunu açıqlamışdır.[23]

Mükafat və nominasiyalar
İl Mükafat Kateqoriya Namizəd Nəticə
2016 49-cu Sices Film Festival[24] Ən yaxşı animasiya filmi Sənin adın Qazandı
60-cı BFİ London Film Festivalı[25] Ən yaxşı film Sənin adın Namizəd
18-ci Puçxon Beynəlxalq Animasiya Festivalı[26] Xüsusi Fərqlənmə Mükafatı Sənin adın Qazandı
Auditoriya mükafatı Sənin adın Qazandı
29-cu Tokio Beynəlxalq Film Festivalı[27] Ariqato mükafatı Makoto Şinkay Qazandı
7-ci Newtype Anime Mükafatı[28] Ən yaxşı anime filmi Sənin adın Qazandı
41-ci Hoçi Film Mükafatı Ən yaxşı film Sənin adın Namizəd
29-cu Nikkan Sports Film Mükafatı Ən yaxşı film Sənin adın Namizəd
Ən yaxşı rejissor Makoto Şinkay Qazandı
44-cü Enni mükafatı[29] Ən yaxşı animasiya (müstəqil) Sənin adın Gözlənilir
Animasiyada görkəmli uğur, rejissorluq Makoto Şinkay Gözlənilir
2016 Los-Anceles Film Tənqidçiləri Assosiasiyası Mükafatı[30] Ən yaxşı film Sənin adın Qazandı
2017 21-ci Peyk mükafatı[31] Ən yaxşı animasiya və ya qarışıq media Sənin adın Gözlənilir

Qeydlər redaktə

  1. "katavare-doki" "kavatare-doki" sözündən yaranmışdır, qədim yapon dilində "alaqaranlıq" mənası verir. "Kavatare" (彼は誰) "Bu kimdir?" deməkdir. "Katavare" sözünün tələffüzü nəysənin yarısı sözünün tələffüzü ilə eynidir (片割れ).

İstinadlar redaktə

  1. Lang, Brent. "'Fantastic Beasts' Tops Foreign Box Office With $60.4 Million". Variety. December 4, 2016. June 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2016.
  2. 2,0 2,1 "Sənin adın". ParkCinema (az.). 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2017.
  3. "君の名は。(2016)". allcinema (Japanese). Stingray. 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  4. "Makoto Shinkai Publishes Kimi no Na wa./your name. Novel Before Film Opens". Anime News Network. May 11, 2016. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  5. 5,0 5,1 5,2 "Makoto Shinkai Reveals Kimi no Na wa./your name. Anime Film for August 2016". Anime News Network. December 10, 2015. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  6. "Makoto Shinkai's Kimi no Na wa./your name. Film Trailer Reveals August 26 Opening, Song". Anime News Network. April 6, 2016. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  7. "Anime Expo to Host Makoto Shinkai & His Latest Film's World Premiere". Anime News Network. June 17, 2016. 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  8. "Makoto Shinkai Publishes Kimi no Na wa./your name. Novel Before Film Opens". Anime News Network. May 11, 2016. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  9. "Anime Expo: Funimation Licenses Makoto Shinkai's your name. Film". Anime News Network. July 3, 2016. İstifadə tarixi: 24 sentyabr 2016.
  10. "Shinkai's 'your name.' Film Sells 10 Million Tickets for 13 Billion Yen". ANN (ingiliscə). 4 oktyabr 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  11. "女子高生・三葉が暮らす家 美術監督 丹治匠". at-Home Co. (Japanese). August 19, 2016. 8 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2016.
  12. "映画『君の名は。』新海誠監督インタビュー!". animatetimes. August 30, 2016. March 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  13. "Your Name". Funimation Films. 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
  14. "Уважаемые зрители". ParkCinema (rəsmi Facebook səhifəsi) (rusca). 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2017.
  15. "Makoto Shinkai's 'your name.' Film Tops Box Office With 1.28 Billion Yen in 3 Days". Anime News Network. August 30, 2016. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  16. "Makoto Shinkai's 'your name.' Film Earns 3.8 Billion Yen in 10 Days". Anime News Network. September 5, 2016. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  17. "Makoto Shinkai's 'your name.' Film Earns 6.2 Billion Yen, Tops Box Office For 3rd Week". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  18. "Makoto Shinkai's Latest Film Is Poised to Be 1st Non-Miyazaki Anime to Top 10 Billion Yen". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  19. "Makoto Shinkai's 'your name.' Anime Film Earns 10 Billion Yen in 28 Days". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2016.
  20. "Shinkai's your name. is Japan's Highest-Grossing Film for 2016". ANN (ingiliscə). 26 sentyabr 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  21. 21,0 21,1 "Shinkai's 'your name.' Returns to #1 in Japanese Box Office in 11th Week". ANN (ingiliscə). 7 noyabr 2016. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2016.
  22. "'your name.' Earns 17.6 Billion Yen, is Now 7th Highest-Grossing Film in Japan". ANN (ingiliscə). 4 noyabr 2016. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2016.
  23. "Shinkai's 'your name.' Film Submitted for Oscar Consideration". ANN (ingiliscə). 7 noyabr 2016. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2016.
  24. "Sitges Film Festival — The unclassifiable 'Swiss Army Man' wins Sitges 2016". Sices Film Festivalı. October 15, 2016. October 18, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2016.
  25. "Official Competition — BFI London Film Festival 2016". British Film Institute. 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2016.
  26. "Shinkai's your name. Wins Festival Awards in Korea, Tops Box Office in Taiwan". ANN (ingiliscə). 25 oktyabr 2016. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2016.
  27. "'Yesterday' Takes Top Prize at Tokyo Film Festival". Variety. November 3, 2016. June 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2016. (#apostrophe_markup)
  28. "Shinkai's 'your name.,' Kabaneri Win Top Newtype Anime Awards". ANN (ingiliscə). 9 oktyabr 2016. 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  29. "Miss Hokusai, Red Turtle, your name Nominated for Annie Awards". Anime News Network (ingiliscə). 28 noyabr 2016. 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016. (#apostrophe_markup)
  30. "42nd Annual Los Angeles Film Critics Association Awards 2016 Winners". Los Angeles Film Critics Association. December 4, 2016. December 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2016. (#apostrophe_markup)
  31. Kilday, Gregg. "Satellite Awards Nominees Revealed". The Hollywood Reporter. November 29, 2016. November 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023