Sərdar Kərimov Haqqinda Melumat - Vikipedia

Sərdar Kərimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003).[2]

Sərdar Kərimov
bayraq
Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini
bayraq2
7 aprel 1999[1] – 23 dekabr 2003
NazirƏli İnsanov
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1954(1954-12-05)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2003(2003-12-23) (49 yaşında)
Vəfat yeri
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi tibb, ədəbiyyat

Təltifləri "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı — 2000

Həyatı redaktə

Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir.

Karyerası redaktə

1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir.

1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.

Mükafatları redaktə

Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.

İstinadlar redaktə

  1. "S. İ. Kərimov haqqında". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. Sardar-Karimli

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024