Sərdar Zeynalov Haqqinda Melumat - Vikipedia

Sərdar Zeynalov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri. [1]

Sərdar Zeynalov
Zeynalov Sərdar Bahadur oğlu
Doğum tarixi (72 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Bahadur Zeynalоv
Fəaliyyəti kimyaçı
Elmi dərəcəsi

Həyatı redaktə

Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır.

Əsas elmi nailiyyətləri redaktə

Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.

AMEA Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda elmi fəaliyyətini davam etdirir.[2]

Əsərləri redaktə

203 elmi əsər və 2 monoqrafiyanın müəllifidir.

Kitabları: redaktə

  • С.Б.Зейналов, Т.Н.Кязимова, С.К.Шарифова. Эпихлоргидрин. Изд-во "Элм", 2000.
  • S.B.Zeynalov, S.Bağırzadə, Qasımova, İ.Ş.Hüseynov. Patent İxtira i 20080133. Aminturşuların aminlərinin alınma üsulu.
  • И.Ш.Гусейнов, С.Б.Зейналов, С.К.Шарифова. О механизме реакции эпихлоргидрина с параамино- салициловой кислотой. Azərbaycan Texniki Universiteti, Elmi Əsərlər, Fundamental Elmlər, Bakı, 2007, №2, cild VI (22), s.79.
  • И.Ш.Гусейнов, С.Б.Зейналов. Исследование антиокислительной активности эпоксиаминов и биологической активности 1,3-диаминопропанолов-2. Kimya Problemləri Jurnalı, Bakı, 2008, №1, с.65.

İstinadlar redaktə

  1. "Azərbaycan, Rusiya və Latviya alimləri yeni dərman hazırlanmaq üçün tədqiqatlar aparırlar". 2014-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
  2. Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuElmlər doktorlar[ölü keçid] ı

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024