Səxavət Məmmədov (Adgözəl oğlu) Haqqinda Melumat - Vikipedia

Səxavət Məmmədov (Adgözəl oğlu) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səxavət Məmmədov (əsgər, 1991)

İkinci Qarabağ müharibəsi iştirakçısı
(Səxavət Məmmədov (Adgözəl oğlu) səhifəsindən istiqamətləndirilmişdir)

Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Səxavət Məmmədov
Səxavət Adgözəl oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1991(1991-05-24)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 2020(2020-09-29) (29 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Dilək, Yusif
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009-2020
Rütbəsi Əsgər
Vəzifəsi Tankçı
Döyüşlər Aprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Həyatı redaktə

Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır.

Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb.

Hərbi xidməti redaktə

1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır.

Aprel döyüşlərində iştirakı redaktə

2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir.

Tovuz döyüşlərində iştirakı redaktə

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.

İkinci Qarabağ müharibəsində iştirakı redaktə

Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.

19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.

Saytda 208 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024