Səyyar Quliyev Haqqinda Melumat - Vikipedia

Səyyar Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səyyar Knyaz oğlu Quliyev (13 noyabr 1986; Füzuli rayonu, Azərbaycan SSR2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Səyyar Quliyev
Səyyar Knyaz oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Dördüncü Zobucuq, Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016
Rütbəsi Kiçik çavuş
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında qız övladı dünyaya gəldi.

Hərbi xidməti redaktə

Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024