S/2004 N 1 Haqqinda Melumat - Vikipedia

S/2004 N 1 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hippokamp

(S/2004 N 1 səhifəsindən istiqamətləndirilmişdir)

Hippokamp — Neptunun kiçik peyklərindən biridir.Diametri təxminən 18 km-dir. 1 iyul 2013-cü ildə Hippokamp peykinin kəşfi ilə Neptunun bilinən peyklərinin sayı artaraq on dördə çatdı. Peyk o qədər qaranlıq idi ki,1989-cu ildə Voyacer 2 kosmik zondunun uçuşu zamanı müşahidə olunmamışdır. Onu SETI inistitundan olan Mark R. Şovalter 2004-2009-cu illərdə Habbl kosmik teleskopu vasitəsi ilə çəkilmiş arxiv fotoşəkillərinin analizi nəticəsində tapmışdır.

Hippokamp
Kəşf tarixi1 iyul 2013
Nəyin peykidirNeptun
Özünə xas ekssentrisitet
0,00048 ± 0,00032
26,5

Kəşf redaktə

Mark Hippokamp peykini 1 İyul 2013-cü ildə Habbl kosmik teleskopunun 2009-cu ildə çəkdiyi Neptunun halqasının qövslərinin şəkillərini araşdırarkən kəşf etmişdir. O orbital hərəkətləri öyrəmək üçün panoramlama üsuluna bənzər üsuldan istifadə etmişdir.

Hippokamp Neptunun bilinən on dördüncü peykidir və ilk dəfə 1 iyul 2013-cü ildə kəşf edilmişdir.

Mənşə redaktə

Neptunun ən böyük peyki olan Triton retroqrad (tərs dönən) və maili orbitə malikdir. Bir fərziyyəyə görə Neptun bu peyki orjinal peykləri formalaşandan sonra Koyper qurşağından tutmuşdur.Bu hadisə səbəbindən bəzi artıq mövcud olan peyklərin orbitləri yerlərini dəyişdi,nəticədə bəzi peyklərin atılmasına gətirib çıxartdı və toqquşaraq məhv olmasına səbəb oldu. Hesab edilir ki, Neptunun hazırkı daxili peykləri Tritonun orbiti nəhəng yavaşlama ilə dairəvi şəkil alandan sonra dağıntılardan əmələ gəlmişlər.

Xarici keçidlər redaktə


Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024