Sabrina Karpenter Haqqinda Melumat - Vikipedia

Sabrina Karpenter Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sabrina Karpenter

Sabrina Ennlinn Karpenter[3] (11 may 1999[1][2][…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Karpenter aktrisalıq karyerasına cinayət teleserialı Law & Order: Special Victims Unit ilə başladı, və Fox-un üç ay davam edən qısa müddətli serialı The Goodwin Games-də təkrarlanan rol aldı. O, Disney Channel-də yayımlanan komediya serialı Girl Meets World (2014–2017) və televiziya filmi Adventures in Babysitting-də rol aldı.[4]

Sabrina Karpenter
ing. Sabrina Carpenter
Karpenter 2016-cı ildə
Karpenter 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Sabrina Annlynn Carpenter
Doğum tarixi 11 may 1999(1999-05-11)[1][2][…] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni, televiziya aktrisası, mahnı müəllifi[d], səsləndirmə aktrisası[d], kino aktrisası, səsyazma sənətçisi[d], model[d], film prodüseri
Fəaliyyət illəri 2011-ci ildən
Janrlar pop musiqisi, kantri
Albom şirkətləri Hollywood Records, Island Records[d]
Əlaqəsi Nensi Kartrayt (xalası)
İmzanın şəkli
sabrinacarpenter.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karpenter, Horns (2013), The Hate U Give (2018), The Short History of the Long Road (2019), Clouds (2020) və Emergency (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, Tall Girl (2019) və onun davamı (2022) və Work It (2020) filmlərində yer alıb.

2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı mini-albomu işıq üzü gördü. 2015-ci ildə o, Eyes Wide Open adlı debüt albomu və üç əlavə studiya albomu, Evolution (2016), Singular: Act I (2018) və Singular: Act II (2019) buraxıdı. Beşinci studiya albomu Emails I Can't Send 2022-ci ildə buraxıldı.

Həyatı redaktə

Karpenter 11 may 1999-cu ildə Pensilvaniya ştatının Kvakertaun şəhərində Devid və Elizabet Karpenterin ailəsində anadan olub və Şərqi Qrinvildə böyüyüb.[5] Üç böyük bacısı ilə birlikdə böyüyüb və evdə təhsil alıb.[6] 10 yaşında mahnı oxuyarkən çəkdiyi videoları YouTube-a yerləşdirməyə başladı. Atası onun musiqiyə olan həvəsini artırmaq üçün onun üçün səsyazma studiyası hazırladı. O, 2011-ci ildə Mayli Sayrusun "The Next Miley Cyrus Project" mahnı müsabiqəsində üçüncü yeri tutdu.[7]

 
Karpenter 2014-cü ildə

Diskoqrafiya redaktə

  • Eyes Wide Open (2015)
  • Evolution (2016)
  • Singular: Act I (2018)
  • Singular: Act II (2019)
  • Emails I Can't Send (2022)

İstinadlar redaktə

  1. 1 2 Sabrina Carpenter // Dutch Top 40.
  2. 1 2 Sabrina Carpenter // GeneaStar.
  3. Emily Brandon. "Sabrina Carpenter Takes the Playlist Pop Quiz". Oh My Disney. 2014-10-13. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  4. Hibberd, James. "'Boy Meets World' spin-off casts Riley's best friend". Entertainment Weekly. 2013-01-31. 2013-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
  5. "WebCite query result" (ingilis). www.webcitation.org. 2014-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
  6. "Pics That Prove Sabrina Carpenter & Her Sisters Are the Most Stylish Siblings Around". Twist. 2015-05-21. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
  7. "TVWATCHERS: Lower Milford Girl on Law and Order SVU today". tribunedigital-mcall (ingilis). 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.

Saytda 282 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024