Sahil Alahverdovi Haqqinda Melumat - Vikipedia

Sahil Alahverdovi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sahil Alahverdovi

Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999[1], Soğanlıq) — Azərbaycan əsilli[2] Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı.

Sahil Alahverdovi
gürc. სახილ ალახვერდოვი
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 9 yanvar 1999(1999-01-09)[1] (25 yaş)
Doğum yeri Soğanlıq, Gürcüstan
Boyu 162 sm
İdman növü boks

Karyerası redaktə

5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub.[2]

2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub.

2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb.

2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.[3]

2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.[4]

2022-ci ilin may ayında Yerevanda keçirilmiş Avropa çempionatında ardıcıl olaraq Ermənistan, Polşa və Bolqarıstan idmançılarına qalib qələrək qızıl medala sahib çıxıb.[5] Sahil iyun ayında verdiyi müsahibədə Ermənistanda qazandığı qələbənin onun üçün xüsusi önəm daşıdığını, bununla ermənilərə azərbaycanlıların Ermənistanda da qalib olduqlarını göstərdiyini bildirib.[6]

İstinadlar redaktə

  1. 1 2 Sakhil Alakhverdovi // https://www.olympedia.org/athletes/143216.
  2. 1 2 "Sahil Allahverdiyev: "Gürcüstanın ilk azərbaycanlı olimpiya çempionu olmalıyam" – Müsahibə - Video". Report.az (az.). 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  3. "Артур Оганесян победил Сахила Аллахвердова и стал чемпионом Европейских игр | Армения сегодня" (rus). 2019-06-30. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
  4. "Сахил Алахвердови (Гру) - Вуттичай Юрачай (Таи): прогноз и статистика, ставки на матч 04 ноября 2021, коэффициенты БК 15:10". Лига прогнозов на спорт (rus). 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
  5. "EUBC Men's European Boxing Championships. Yerevan 2022" (PDF). Amateur-boxing.strefa.pl (rus). 2022-05-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
  6. "Ermənini İrəvanda yumruqlayan azərbaycanlının təəssüratları". Sportinfo.az (rus). 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.

Xarici keçidlər redaktə


Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024