SalamNews Haqqinda Melumat - Vikipedia

SalamNews Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

SalamNews informasiya agentliyiAzərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir.

SalamNews
Ümumi məlumatlar
Tipi İnformasiya agentliyi
Məhsulu Salampress
Təsis tarixi 1 mart 2010
Bağlanma tarixi 20 Aprel 2023[1]
Baş qərargahın yeri Azərbaycan, Bakı şəh., Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29
Rəhbərlik
Təsisçi Mətləb Bağırov (Hacı Mətləb)[2]
www.salamnews.org

Haqqında redaktə

SalamNews informasiya agentliyi 16 noyabr 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Açıq rejimli internetdə rusAzərbaycan dillərində xəbərlər yerləşdirilir. Agentlikdə türk, ingilis, fars və ərəb dillərində xəbər portallarının açılması planlaşdırılır. SalamNews İA-da 2009 — 2012 Elvin Abbasov, 2012-ci ildən Rəna Əkbərova Baş Direktor kimi fəaliyyət göstərməkdədir. 2011-ci il iyunun 17-də SalamNews İA Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.

2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda SalamNews-un ofisində xüsusi əməliyyat keçirib.[3][4] Əməliyyat tədbirləri nəticəsində “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da saxlanılıb.[5] Bunun ardınca bir sıra Azərbaycan media orqanlarında agentliyi tənqid edən materiallar yayımlanıb.[6][7]

Mükafatları redaktə

Agentlik 2011-ci il dekabrın 23-də "Milli Net-2011" müsabiqəsində "Media və İnformasiya" nominasiyası üzrə qalib olub.

2011-ci il dekabrın 25-də SalamNews İA-nın əməkdaşı Şirməmməd Nəzərli Azərbaycan Fotoqrafları Birliyinin “Fəxri Diplomu”-na layiq görülüb.

Növbəti uğurumuz 2012-ci il aprelin 25-də "Brand Award Azerbaijan–2011" milli mükafatının rəsmi təqdimat mərasimində informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülməyimiz olub.

2012-ci il iyunun 21-də SalamNews İA-nın baş direktoru Rəna Əkbərova BDU-nun "Fəxri Fərmanı" ilə təltif olunub.

21 iyun 2012 - SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər.

19 iyun 2013-cü ildə SalamNews İnformasiya Agentliyi NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

28 dekabr 2013-cü ildə SalamNews İA Gənc Diplomatlar Birliyi tərəfindən mükafata layiq görülüb .

25 yanvar 2014-ci ildə SalamNews İA-nın əməkdaşı Orxan Kərimov Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinin qalibi olub.

6 fevral 2014-ci ildə SalamNews İA "Gənclər Evinin Dostu" mükafatına layiq görülüb.

3 may 2014-ci ildə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli Mətbuat Şurası və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin qalibi olub.

8 may 2014-ci ildə SalamNews IA Mətbuat Şurası tərəfindən keçirilən "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibi olub. Agentlik Fəxri yer tutaraq plaketlə təltif edilib.

Törəmə müəssisələri redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Saytdakı son xəbər". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
  2. "DİN-in əməliyyatı zamanı saxlanılanlar arasında Hacı Mətləb də var". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
  3. "DİN "SalamNews" və "İnteraz"da əməliyyat keçirilib, saxlanılanlar var". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
  4. ""İnterAz" və "SalamNews"un sahibi - Hacı Mətləbin FOTOSU". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
  5. ""İnterAz" və "SalamNews"un sahibi "Hacı Mətləb" də saxlanılıb". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
  6. ""Salamnews" və "İnterAz"la bağlı ŞOK FAKTLAR". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  7. ""SalamNews" və "İnteraz"da əməliyyat keçirilib". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.

Xarici keçidlər redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024