Salman Dadaşov Haqqinda Melumat - Vikipedia

Salman Dadaşov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Salman Yusif oğlu Dadaşov (20 iyun 1922 – 20 sentyabr 1986) — Azərbaycan aktyoru, rejissor.

Salman Dadaşov
"Onun böyük ürəyi" filmindən kadr
"Onun böyük ürəyi" filmindən kadr
Doğum tarixi
Vəfat tarixi (64 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
rejissor
IMDb ID3383764

Həyatı redaktə

Salman Dadaşov 20 iyun 1922-ci ildə anadan olmuşdur. 1942-ci ildə Azəf Zeynallı adına Musiqi məktəbini, 1951-ci ildə ADİİ-ni (indiki ADMİU), 1954-cü ildə isə LDTK və Kİ-ni bitirmişdir. Əmək fəaliyyətinə 1939-cu ildə başlayaraq müxtəlif mədəniyyət qurumlarında çalışıb.[1]

Ailədə üç qardaş olublar. Qardaşlardan böyüyü olan Salman Dadaşov əvvəllər aktyor kimi çalışıb. Bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub.[2]

Aktyor Məlik Dadaşovun qardaşı və Rəfael Dadaşovun əmisidir.

Filmoqrafiya redaktə

  1. Onun böyük ürəyi (film, 1958)
  2. Uzaq sahillərdə (film, 1958)
  3. Koroğlu (film, 1960)

İstinadlar redaktə

  1. Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı: 2017, s.134
  2. "Südabə Sərvi, "Məlik Dadaşov kimləri dəfnində görmək istəmirdi?", "El" jurnalı". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024