Salman Mümtaz Haqqinda Melumat - Vikipedia

Salman Mümtaz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Salman Mümtaz[qeyd 1] (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884[1], Nuxa6 sentyabr 1941[1], Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı,[2] 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,[3] SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).

Salman Mümtaz
Salman Məmmədəmin oğlu Əsgərov
Doğum tarixi 20 may 1884(1884-05-20)[1]
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1941(1941-09-06)[1] (57 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyatşünaslıq
İş yerləri SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu
Tanınır şair, ədəbiyyatşünas, publisist, mətnşünas və biblioqraf; Azərbaycan klassik ədəbiyyatı əsərlərinin və Azərbaycan aşıq poeziyası nümunələrinin naşiri; orta əsr əlyazmalarının kolleksiyaçısı; bir sıra Azərbaycan klassiklərinin elmi-tənqidi mətnlərinin müəllifi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türkurdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.[4]

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir.[2] Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

Həyatı redaktə

Erkən illəri redaktə

Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə[3] Nuxanın (indiki Azərbaycanın Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub.[5] Salmanın atası Məmmədəmin tacir idi və ailəsi uzun müddət Orta Asiyada yaşamışdı.[6]

Salmanın babası Ağaələsgər çox varlı idi. O vəfat etdikdən bir müddət sonra həyat yoldaşı da dünyasını dəyişir, evi də yanır. Kimsəsiz qalmış oğlu Məmmədəmin var-dövlətlərinə yiyələnmiş əmisinə sığınır, zərgər yanında işləyir. O, Məşhədə ziyarətə gedir. Qayıdanda yolunu Aşqabaddan salır, çünki eşitmişdi ki, burada torpaqlar çox ucuz qiymətə satılır. Məşhədi Məmmədəmin Şəkidən gətirdiyi qızılla Aşqabaddan xeyli torpaq alır, özünə yurd salır. O, az vaxtda karvansara və dəzgah yiyəsi olur. Şəkidə yaşayan ailəsini Aşqabadda tiktirdiyi yeni mülkünə gətirməyə hazırlaşan Məmmədəmin, 1887-ci ildə 32 yaşında ağciyər iltihabından vəfat edir.[5]

1900-cü ildə Məmmədəminin həyat yoldaşı Məşhədi Zəhra xanım (1865-1938) özünün kiçik qardaşı Kərbəlayi Əsgəri Bakıdan götürüb Aşqabada gedir, Məmmədəminin var-dövlətinə yiyələnir. Oğlanları Salmanla Əsgəri də Aşqabada gətirir. Sonra böyük qardaşı Kərbəlayi Mövsümü də yanına aparır. Mirzə Fətəli Axundzadə ilə qohumluq əlaqələri olan Zəhra xanım, düşüncəli və bacarıqlı qadın idi. O, iri bir sandıq alır, oğlanları böyüyənədək sandığı qızılla doldurur (Həmin qızılları bir qədər sonra Salman Mümtaz Azərbaycan əlyazma kitablarını almağa və xeyriyyə işlərinə xərclədi).[5]

Uşaqlıq illərindən Salman Mümtaz elmə böyük maraq göstərir; farsərəb dillərini mükəmməl bilirdi.[6] O, Aşqabadda təhsil almış, fars və ərəb dillərini də orada öyrənmişdi.[7] Burada Mirzə Əsədulla adlı müəllimdən fars və ərəbcə yanaşı urdu dili də mənimsəmişdi.[8] 1893-cü ildə 9 yaşlı Salmanın Aşqabadda Mirzə Ələkbər Sabir ilə görüşü olur. Bu görüşlə Mümtazda ədəbiyyata həvəs yaranır. 3 ay molla yanında dərs keçmiş Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışır, fars, ərəb, rus, urdu dillərinə yiyələnir, hafizəsi ilə Şərq ədəbiyyatının incilərini mənimsəyir.[5] Salmanın qüvvətli zəkası olduğu üçün, o, bir çox şeirləri əzbərləmişdi. İslam xalqlarının dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaratmışdı.[8]

Dayısı Kərbəlayi Mövsümün dəzgahında ticarətlə məşğul olan Salman, türk (Azərbaycan) əlyazmalarını toplamağa başlayır.[9]

"Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq redaktə

 
Aşqabad gimnaziyasını bitirmiş Mir Fəttah Musəvi və ona dərs deyən Salman Mümtaz. Gimnaziyanı bitirən gün, Aşqabad.

Türk ədəbi tənqidçisi Yavuz Akpınarın sözlərinə görə 1908-1909-cu illərdə Tiflisdə "Molla Nəsrəddin jurnalı" çıxdıqdan sonra Salman Mümtaz da bu satirik jurnalın yazıçıları arasında yer aldı. Eyni zamanda klassik tərzdə şeirlər də yazırdı. Aşqabadda dostları ilə birlikdə ədəbi məclis qurmuşdu.[8] 1908-1909-cu illərdə Mümtaz sonradan başda "Molla Nəsrəddin jurnalı" olmaqla, həmçinin Azərbaycan mətbuatının digər orqanlarında dərc edilmiş satirik şeirləri və məqalələri ilə oxucuların diqqətini çəkdi. Yavuz Akpınarın yazdığına görə, "Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edirdi."[8]

Azərbaycan ədəbiyyatşünası və tarixçisi Ədalət Tahirzadənin ifadələrinə görə, 1906-cı il onun düşüncələrində dönüş yaradır: Aşqabada gələn Mümtaz "Molla Nəsrəddin" məcmuəsi ilə yazışır, ona çoxlu xəbərlər, bəzən də şeirlər göndərir. Əbdürrəhim bəy HaqverdiyevQurbanəli Şərifzadə ilə birgə yazdığı, 1908-ci ildə "Molla Nəsrəddin" jurnalında çıxan "Mozalan bəyin səyahətnaməsi" onun yaradıcılıq uğurlarından biri sayılır.[10] 1910-cu ildə Mirzə Ələkbər Sabirlə iki həftəlik ikinci görüşü onu ədəbiyyata daha da bağlayır: Sabirin Mümtazı həvəsləndirilməsindən sonra "Molla Nəsrəddin" jurnalında onun "Xortdan bəy" imzası görünməyə başlayır.[9]

1913-cü ildə Tiflisdə ilk kitabı "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" əsərini Mirzə Cəlil Məmmədquluzadəin "Qeyrət" mətbəəsində nəşr etdirir. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə ədəbiyyat, tarix və incəsənəti dərindən bilən Abbas Səhhət ilə tanış olur, 2 il öncə dünyasını dəyişmiş Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitabını nəşr etdirməsində ona önəmli yardım göstərir. Tiflisdə Mirzə Cəlil ilə dostlaşan Mümtaz "Molla Nəsrəddin" jurnalını hərtərəfli maliyyələşdirir.[9] 1913-cü ildə "İqbal" qəzeti Qafqazda dövrünün 11 müasir şairindən biri olan Salman Mümtaz haqqında yazırdı: "Salman Əsgərov və ya ləqəbi ilə Mümtaz "Molla Nəsrəddin" jurnalında özünün 12 pürməna şeiri ilə millətin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmi ilə xidmət edir."[11] Salman Mümtaz 1916-cı ildə Aşqabadda Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin səhnəyə qoyulması üçün çox çalışsa da, yerli hakimiyyət orqanları buna icazə vermədi.[9]

Salman Mümtaz 1918-ci ilə qədər Aşqabadda "Molla Nəsrəddin" jurnalında şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. Mümtaz "Molla Nəsrəddin" jurnalının Orta Asiya və digər bölgələrdə yayılmasında da öz köməyini göstərirdi.[7]

Azərbaycana qayıdışı redaktə

 
Salman Mümtaz 1917-ci ildə

Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdaraq "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başladı. Artıq bu dövrdə o, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanırdı. Bu dövrdə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.[12]

Salman Mümtaz Bakıya köçdükdə bir müddət Krasnokrestovski (indiki — Şeyx Şamil küçəsi) küçəsindəki 3-cü binada, həyat yoldaşının qardaşı Ağarzanın mülkündə yaşayırdı. Baryatinski (əvvəllər Fioletov, indi — Əbdülkərim Əlizadə küçəsi) küçəsindəki 6/23-cü binada şəxsi dükan açdı. 1919-cu ildən "Yaşıl qələm" cəmiyyətinin üzvü olan Salman Mümtaz, cəmiyyətin uğurla fəaliyyət göstərməsinə xeyli pul xərclədi.[12]

Azərbaycan müstəqilliyinin milli xəzinə olduğunu anlayan Salman Mümtaz, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanıOsmanlı İmperiyasının hərbi naziri, siyasi xadim Ənvər paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru paşa ilə görüşərək ona həsr etdiyi "Öyün millət!" qəzəlini söyləyib. Mümtaz Ənvər paşaya "Ənvəriyyə" müxəmməsini həsr edib.[11]

Azərbaycanlı aktyor və rejissor Rza Təhmasib Təbriz mehmanxasında Hüseyn Cavidin ədəbi yığıncaqlarını xatırladaraq qeyd etmişdi:

"  Salman Mümtaz fars və azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə şeirlər oxuyardı. Onun çox yaxşı yaddaşı var idi.[13] " 

Salman Mümtaz tədqiqata daha çox üstünlük verirdi. Əsgərov bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, müəyyənləşdirilməsinə, nəşrinə və yayılmasına yönəltmişdi.[14]

1924-cü ildə Salman Əsgərzadə "Azərneft təchizat" idarəsinin Nuxa, Qutqaşen, Zaqatala, QaxLaqodexidə anbarları olan rayon agentliyinin müvəkkili idi. O, həmçinin Xalq Maarif Komissarlığında da çalışmışdır.[12]

Elmi fəaliyyəti redaktə

 
Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov və Əliqulu Qəmküsar. Tbilisi, 1913-cü il

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra klassik ədəbi irsin toplanması, nəşri və tədqiqi sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır.[7] 1920-ci ildən 1925-ci ilə qədər Mümtaz, Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 ədəd kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplamağı bacardı.[6] "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələr dərc etdi.[7] Mümtaz 1920-ci ildə Salman Mümtaz Azərbaycan ədəbiyyatın bərpası üzrə komissiyanın təşkilatçısı və sədri idi.[15] Həmçinin Mümtaz, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, "250 şair" toplusunun, "Xətai" divanının, "Səid Əhməd Hatif", "Əli Bakuvi", "Şəki savları" və digər əsərlərin müəllifidir.[15]

1925-1926-cı illərdə Salman Mümtaz "Kommunist" qəzeti nəşriyyatında Azərbaycan ədəbiyyatı seriyasından 24 şairin – İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının kitablarını nəşr etdirmişdir. Bunların bir çoxu həmin şairlərin əsərlərinin ilk toplu nəşri idi.[7]

Aşıq poeziyası nümunələrindən ibarət "El şairləri" kitabını (1927-1928-ci illərdə 1-2 cild; 1935-ci ildə təkrar çapı) və Sarı Aşığın bayatılarını (1927, 1934) nəşr etdirmişdir.[7]

 
1926-cı ildə Mehmed Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və Salman Mümtaz Bakıda Birinci Türkoloji Qurultayda.

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda iştirak etdi. Mümtaz burada iştirakçılara "Nəsimi" adlı yeni kitabını tanıdaraq hədiyyə etdi. Salman Əsgərzadə burada fəaliyyətinə yaxından bələd olduğu akademik, professor Mehmed Fuad Köprülüzadə və "Füyuzat" jurnalının yaradıcısı, professor Əli bəy Hüseynzadə ilə görüşdü. (1950-ci ildə Mehmed Fuad Köprülüzadə yenidən Türkiyədən SSRİ-yə Türkiyə Xarici İşlər Naziri kimi gəldi. O, burada yenidən Salman Mümtazla görüşmək və rəsmi şəkildə onun barəsində məlumat almaq üçün müraciət etdi. Lakin onun bu müraciəti cavabsız qaldı. Çünki Salman Mümtaz repressiya qurbanı olmuşdu və artıq həyatda deyil idi).[11] Qurultayda iştirak edənlər arasında tatar ədəbiyyatçı Əziz Qubaydullində var idi. Əziz Qubaydullin qurultayda çıxış edərək Salman Mümtazın azərbaycanlı şairlərin əsərlərini "Kommunist" qəzetində nəşr etdiyini bildirdi və hər bir nəşrdən əvvəl Salman Mümtaz tərəfindən şairlər haqqında yazılan bioqrafiya məlumatlarını "ən qiymətli bioqrafiya məlumatı" olduğunu bildirərək zəhmətini yüksək qiymətləndirdi.[16] Həmçinin 1926-cı ildə Mümtazın şəxs kitabxasına ("Kitabxaneyyi-Mümtaziyyə") nəzər salan akademiklər – Vasili BartoldSergey Oldenburq kitabxananın elmi quruluşuna, çoxsaylı tərtibatına, buradakı əlyazmaların zənginliyinə heyran qalmışdılar.[12]

Salman Mümtazın fəaliyyəti və yaradıcılıq sahəsi 1925-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin ədəbiyyat və incəsənət sahələri üzrə fərmanları ilə müəyyən dərəcədə ilhamlanmışdır. Bu dövrdə Mümtaz müxtəlif əsərlər yazmış və yeni kitablar nəşr etdirmişdir. Mümtaz, yaradıcılığının bu dövründə yazdığı "Sarı Aşıq""El şairləri" adlı əsərləri ilə bağlı professor, elmi tədqiqatçı və filologiya elmləri üzrə fəlsəfə doktoru A. M. Nəbiyev "Xalqımızın deyimləri və duyğuları" adlı kitabında bəhs etmişdir.[6][17]

Salman Mümtaz 1929-cu ildən 1932-ci ilə qədər Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr Azərbaycan ədəbiyyatı bölməsinin müdiri vəzifəsində çalışdı. 1932-ci ildən Azərbaycan Dövlət Muzeyində elmi işçisi idi. Salman Mümtaz eyni zamanda 1933-cü ildən 1936-cı ilədək "Azərnəşr" nəşriyyatının klassik irs şöbəsinə başçılıq edirdi. Müntaz 1933-cü ilin fevral ayından SSRİ EA Azərbaycan Filialı ədəbi irs bölməsinə elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ilin aprel ayından isə Azərbaycan filialının ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.[14] Həmçinin Mümtaz SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Dil və ədəbiyyat İnstitutunun ədəbiyyat şöbəsinin birinci kateqoriyalı əməkdaşı olmuşdur.[15]

 
Salman Mümtaz 1934-cü ildə Moskvada SSRİ yazıçılarının birinci qurultayında. Onun sağ tərəfində əyləşir: Maksim Qorki, Aleksey TolstoySəməd Vurğun; arxasında dayananlar: Mehdi HüseynCəfər Cabbarlı.

Salman Mümtaz 1934-cü ildə Moskvada SSRİ yazıçılarının birinci qurultayında iştirak etmişdir.[18] Qurultayda iştirak edən Məmməd Kazım Ələkbərli çıxış edərək məruzəsində şair Mirzə Şəfi Vazehin mirasının və onun Azərbaycan ədəbiyyatında misilsiz xidmətlərinin öyrənilməsində Salman Mümtazın böyük rolu olduğunu qeyd etdi.[19] Salman Mümtaz Maksim Qorki ilə də yaxın dost olub. SSRİ Yazıçılarının birinci qurultayında o, böyük yazıçı ilə görüşmüşdü. Maksim Qorki Azərbaycan yazıçıları ilə bir neçə fotoşəkil də çəkdirmişdi. Fotoşəkillərdə Salman Mümtaz Maksim Qorkinin yanında əyləşmişdir. Alınan məlumatlara görə, Qorki Salman Mümtaz üçün Moskvada ev almışdır.[11] Həmin ildə Firdovsinin 1000 illiyində iştirak etmək üçün Azərbaycandan Moskvaya göndərilən heyətin daxilində Salman Mümtazın əvəzsiz xidmətləri olmuşdur.[14]

Salman Mümtazın ədəbi və tarixi mövzularda tədqiqatları mövcud idi. O həmçinin bu tədqiqatlarla maraqlanırdı və toponimikanı çox sevirdi. Mümtaz çoxlu sayda səyahətlər etmişdir və səyahətlər zamanı şəhərlərin və kəndlərin coğrafi adlarını mənimsəmişdir. Mümtaz bel çantası və özünün çarığı ilə sadə səyahət edirdi.[6]

Salman Mümtaz həmçinin Azərbaycan ədəbiyyatı klassikləri əsərlərinin elmi və tənqidi əsərlərinin tərtibatı üzərində işləmişdir. Mümtaz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Həbibi, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, İsmayıl bəy Qutqaşınlının və başqalarının bioqrafiyasını və əsərlərini, Mirzə Ələkbər SabirinAbbas Səhhətin xatirələrini mənimsəmişdir.[7] Salman Mümtaz məşhur şair və tənqidçi Mirzə Ələkbər Sabir ilə yaxın dost idi. Salman Mümtazın ayrıca elmi sahəsi və maraq sahəsi Mirzə Ələkbərin Sabirin həyatı haqqında yazmaq və əsərlərini oxumaq idi.[6]

 
Salman Mümtaza məxsus olan qələm. Azərbaycan Tarix Muzeyi, Bakı.

Salman Mümtaz "Molla Nəsrəddin" jurnalı, "Azərbaycan" və "Kommunist" qəzetlərinə əlavə olaraq "Zənbur", "Hacı Leylək", "Tutu", "Şeypur", "Füqəra Füyuzatı", "Qurtuluş", "Qardaş köməyi", "Maarif və mədəniyyət", "Qızıl Şərq", "Şərq qadını" jurnalları ilə, həmçinin "Səda", "Günəş", "İnqilab", "Açıq söz", "Kommunist", "Tərəqqi", "Yeni iqbal", "İqbal", "Ədəbiyyat qəzetəsi" qəzetləri ilə əməkdaşlıq etmişdir. Bu qəzet və jurnallarda Salman Mümtaz "Aşqabadlı", "Vasvası", "Eşşəkarısı", "Mömin çinovnik", "Mümtaz" (ərəb dilindən tərcümədə bu söz "seçilmiş", "başqalarından seçilən" mənasını verir), "Sağsağan", "Sərçə", "Sərçəqulu", "S.M.", "S. Əsgərov", "Türkməndost", "Xortdanqulu bəy", "Xortdanbəyzadə", "Çalağan" və başqa imzalar altında satirik və lirik şeirlər, məqalə və felyetonlar, nəsr əsərləri yazmışdır.[18] Mümtazın bu əsərləri indiyə qədər toplanmayıb. Salman Mümtaz doğma azərbaycan dili ilə yanaşı, ərəb, fars, türk, urdurus dillərini mənimsəmişdir.[15]

Hamıdan öncə Mirzə Ələkbər SabirMirzə Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlərdən mənəvi güc almış Salman Mümtazın bədii yaradıcılığı Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Sadiq (Seyid Hüseyn), Abdulla Şaiq, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi dostları ilə ünsiyyətdə ərsəyə gəlmişdi. Lev Tolstoy, Maksim Qorki, Rabindranat Taqor, Sədrəddin Ayni və başqa söz ustaları ilə yaxınlığı da onun dünyagörüşündə müəyyən izlər buraxıb.[18]

Repressiya edilməsi və ölümü redaktə

1937-ci ilin mart ayında ən yüksək nöqtəsinə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçmədi. Buna səbəb kimi Hüseyn Cavid, Seyid HüseynAtababa Musaxanlı ilə yanaşı "Bakinski raboçi" qəzetində buraxdıqları "ideoloji səhvləri" göstərildi.[20] Eyni ilin 10 iyun tarixində Salman Mümtaz Azərbaycan Yazıçılar Birliyindən azad edildi. 1937-ci il 10 – 12 iyun tarixlərinddə Salman Mümtaz "xalq düşməni" olaraq adlandırıldı.[21] İyun ayının 19-da Salman Mümtazı burjua milliyətçisipantürkist mövqeli şəxs kimi tutduğu vəzifələrdən azad etdilər.[11] Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Arxivində saxlanılan Salman Mümtazın şəxsi həyat məlumatında AzFAN Dil və Ədəbiyyat İnstitutunun rəhbəri A. Əhmədov tərəfindən 19 iyun 1937-ci il tarixli, №-26 prikaz saxlanılır. Prikazda qeyd edilir:

"  Əsgərov Salman Mümtaz ədəbiyyat şöbəsinin kiçik tədqiqatçısı vəzifəsindən azad olunmuşdur. 20 iyun 1937-ci il tarixindən etibarən isə burjua milliyətçisi olmağa məruz qalmışdır.[15] " 

Buna baxmayaraq, Mümtaz nadir əlyazmaları və kitabları toplamağa, eyni zamanda tədqiq etməyə davam etdi. Salman Mümtaz uzun illər boyu əldə etdiyi qiymətli əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə" şəxsi kitabxasına toplamışdır. Vaxtının əsas hissəsini də bu kitabxanada keçirtmişdir.[11]

 
Salman Mümtazın həbsdə çəkilmiş fotosu

Salman Mümtaz 8 oktyabr[11] 1937-ci il tarixində, axşam saat 11-də Bakıdakı evində – Buynakski küçəsi № 25 ünvanında (indiki – Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu.[11] Bir həftə sonra Mümtaz Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73 maddələri ilə təqsirli bilinərək ittiham olundu.[15] Salman Mümtaza Sinman, Qalstyan, Avanesyan və Borşşev tərəfindən üç aylıq dəhşətli işgəncələr verildi.[14] 1937-ci ilin oktyabr ayının 10-da baş tutan ilk istintaqda Dövlət Təhlükəsizliyi İdarəsinin leytenantı Qalstyan Mümtaza məlumat vermişdir: "Bildirmək istəyirəm ki, sizin həbs olunma səbəblərinizdə qeyd edilir ki, Sovet İttifaqı Kommunist Partiyasına və Sovet hökumətinə qarşı əks-inqilabçı millətçi mövqedə dayanmısınız və əks-inqilabçı millətçi təşkilatının üzvüsünüz. Siz – Əsgərov Salman Mümtaz Məmmədəmin oğlu əksinqilabçı millətçi təşkilatın üzvü olduğunuzu və əks-inqilabi millətçi mövqedə dayandığınızı etiraf edirsinizmi?" Mümtaz cavabında demişdir: "Xeyr. Mən əks-inqilabçı millətçi təşkilatın üzvü deyiləm və əks-inqilabi millətçi mövqedə dayanmıram!" Qalstyan bu cavabdan sonra Mümtaza mövzu ilə əlaqədar olaraq xəbərdarlıq etmişdir: "Siz əks-inqilabçı millətçi təşkilatın üzvü olmağınız və əks-inqilabi millətçi mövqedə dayanmağınız kimi qarşıdurmalara məruz qalacaqsınız."[15]

Salman Mümtaz bundan əvvəl AzFAN-ın direktor müavini Ruhulla Axundov tərəfindən polis nəzarətinə alınmış, daha sonra 4 aprel 1937-ci ildə istintaqa cəlb olunmuş və burada respublikada və Azərbaycan SSR Elmlər Akademiyasında əks-inqilabi burjua millətçi təşkilatının "üzvü olduğunu" etiraf etmişdir. Həmçinin, R. Axundov Mümtaz, Bəkir Çobanzadə, Yusif Vəzirov, Seyid Hüseyn, Üzeyir Hacıbəyov, Sanılı, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əmin Abid, Müznib, Sultan Məcid, Vəlixanov, Səfikürdski, Aşurbəyov, Musaxanov kimi şəxsləri "təşkilata aldığını" etiraf etmişdir. Ruhulla Axundov, Ələkbər Məmmədkazımov, Çobanzadə və Qubaydullinlə yaranan qarşıdurmalar zamanı (10 oktyabr 1937) Salman Mümtaz ona aid olan, əleyhinə deyilən ifadələri qətiyyətlə təkzib etmişdir. Salman Mümtaz 1925-ci və ya 1926-cı illərdə heç bir təşkilata qəbul edilmədiyini və əks-inqilabi millətçi mövqedə dayanmadığını bildirmişdir.[15]

Bu ittihamlarla yanaşı Salman Mümtaz "Azərbaycanın milliyyətçilik dastanı" kimi göstərilən "Koroğlu" dastanı üzərində işlədiyi üçün ittihama cəlb olundu. Bu ittihamın əsas səbəbi kimi, Mümtazın bu əsəri seçməklə xalqı SSRİ-yə qarşı milli müstəqillik uğrunda mübarizəyə ruhlandırması göstərilmişdi. Həmçinin Mümtaz, Mahmud Kaşğarinin divanının nəşrə hazırlanmasında iştirakına görə də ittiham edildi.[15]

7 dekabr 1937-ci il tarixində Qalstyan Salman Mümtazın işi üzrə istintaqı bitirdi. 1937-ci il dekabr ayının 8-də kapitan Avanesyan Mümtazın ittiham aktını təqdim etdi. Bu ittihamda qeyd olunmuşdu: "Salman Məmmədəmin oğlu Əsgərov Azərbaycan əks-inqılabi burjua təşkilatının üzvüdür. O, Azərbaycan Sovet Respublikasını SSRİ-dən ayırmağa çalışan və 1936-cı ildə Elmlər Akademiyasında əsası qoyulan əks-inqilabçı Pantürkist Mərkəzinin fəal üzvüdür. O, Akademiyada fəal əks-inqilabi işlər aparmışdır." Salman Mümtaz isə ona qarşı sürülən bu ittihamların hamsının əsassız və gerçəyi yansıtmadığını bildirdi. 8 yanvar 1938-ci ildə Salman Mümtazın № 12493/278 işi üzrə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının iclasa hazırlıq səbəbi ilə protokolları tərtib edildi. 1938-ci il yanvar ayının 9-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qapalı məhkəmə iclası keçirildi. Salman Mümtaz ittiham olunsa da heç bir günahının olmadığını bildirdi.[15] Məhkəmənin başlanmasından 30 dəqiqə sonra Hərbi Kollegiya Salman Mümtazın işi barəsində qərarını açıqladı. Hökmə görə, Salman Məmmədəmin oğlu Əsgərov 10 il azadlıqdan məhrum edilir[21], 5 il isə bütün siyasi hüquqlarından məhrum edilir və onun bütün əmlakı müsadirə edilir.[15]

 
Həbs olunmazdan əvvəl Salman Mümtazın Buynakski küçəsi №-25 ünvanı (indiki Şeyx Şamil küçəsi).

Mümtaz azadlıqdan məhrum edildikdən sonra onun topladığı bütün əlyazmalar yandırıldı.[6] Evini axtarış zamanı və Salman Mümtazın əmlakı müsadirə edilərkən onun mənzilindən orta əsrlərin müxtəlif elm sahələrinə aid olan və şərq dillərində yazılan 238 əlyazma ələ keçirildi. Mümtazın nəşr etdirə bilmədiyi bu özünəməxsus elmi əsərlərinin bir hissəsi başqaları tərəfindən ələ keçirildi və bu əsərlər artıq başqalarının ad-soyadları altında çap etdirildi. Salman Mümtazın mənzilindən ələ keçirilən 238 əlyazmaya görə onun qızı Şəhla xanıma 6010 rubl 60 qəpik ödəniş edildi.[15] Bəzi müəlliflər, Mümtaz həbs edildikdən sonra onun topladığı 270 əlyazmanın məhv edildiyini qeyd edirlər.[2]

Bəzi mənbələrdə Salman Mümtazın xəstəliyə tutulduğunu və bu xəstəlik səbəbi ilə vəfat etdiyini qeyd edirlər.[11] Lakin, bəzi müəlliflər isə Salman Mümtazın 21 dekabr 1941-ci il tarixində Sol-İletsk həbsxanasında vəfat etdiyini göstərirlər.[15][21] Mümtazın ailə üzvlərinə təqdim edilən ölümü ilə əlaqədar arayışda Salman Əsgərovun Oryol şəhərində beyin qanaxması səbəbi ilə vəfat etdiyi göstərilmişdi.[11]

Mümtazın ölümü isə bu cür olmuşdu. Salman Mümtaz 24 fevral 1938-ci il tarixində Sol-İletsk həbsxanasına, daha sonra isə Oryol şəhərinə cəza çəkmək üçün göndərilmişdi. O dövrdə repressiya qurbanı olan tanınmış elm xadimləri ilə birlikdə Mümtaz Oryol şəhərinə sürgün edildi. 1941-ci ilin iyun ayında Böyük Vətən Müharibəsi başlandı. Daha sonra Lavrenti Beriyaİosif Stalinin ortaq razılığı əsasında şəhəri almanlar ələ keçirməzdən öncə, şəhərdəki bütün siyasi məhbusların güllənməsi qərara alındı.[14] Dustaqların hamısına özləri üçün məzarlar qazdırıldı və onlar güllələndikdən sonra bu məzarlarda dəfn edildilər. Rusdilli mənbələrdə bu güllələnmə tarixi 6 sentyabr 1941-ci il kimi göstərilir.[11]

Salman Mümtaza ancaq İosif Stalinin ölümündən və Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra bəraət verilə bildi. 16 noyabr 1956-cı il tarixində SSRİ Ali Məhkəməsi tərəfindən onun haqqında yazılan ittihamnamə ləğv edildi.[11] SSRİ Ali Məhkəməsinin qərarına əsasən 17 noyabr 1956-cı il tarixində Salman Mümtaza bəraət verildi. Mümtazın ölüm xəbəri ilə bağlı məlumatı isə onun ailəsi 4 mart 1957-ci il tarixində aldı.[15]

Ailəsi redaktə

Salman Mümtaz Şəkidən olan həmyerlisi Zeynəb adlı xanımla ailə həyatı qurmuşdu. Bu evlilikdən Mümtazın İsgəndər adlı oğlu, Şəhla adlı qızı dünyaya gəlmişdi.[11]

Mümtazın oğlu İsgəndər Moskvada Rəssamlıq Akademiyasında, qızı Şəhla isə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alırdı. Salman Mümtaz repressiya olunduğu vaxt İsgəndər akademiyanın 5-ci kursundan, Şəhla xanım isə universitetin 2-ci kursundan qovulmuşdu.[11]

Şəhla xanımın oğlu, Salman Mümtazın nəvəsi Urxun Qalabəyli şərqşünaslıq vəzifəsinə yiyələndi. Qalabəyli Salman Mümtaz irsinin tanıdılmasında xeyli zəhmətlər çəkib. Mümtazın qızı Şəhla xanım da atasının haqları üçün bir çox işlər görmüş, Nikita Xruşşova da müraciət etmişdi. Bu müraciətlərin nəticəsi olaraq Salman Mümtazı tamamilə unutdurmaq mümkün olmamışdı.[11]

Ədəbiyyat sahəsində araşdırmaları redaktə

Azərbaycan klassiklərinin həyat və yaradıcılığının tədqiq edilməsi redaktə

 
Salman Mümtaz tərəfindən yazılan, Ağa Məsih Şirvaninin yaradıcılığına həsr olunmuş kitabın ilk səhifəsi (Kitab 1925-ci ildə nəşr edilmişdir).

Tarixdə ilk dəfə olaraq Salman Mümtaz üzərində "Azərbaycan ədəbiyyatı" yazılmış 16 kitabı nəşr etdirmişdi.[22] Bu 16 kitabdan birincisi 1925-ci ildə nəşr olunmuşdu və Ağa Məsih Şirvaninin yaradıcılığına həsr edilmişdi.[22] Həsənoğlu, Qazi Bürhanəddin, Şah İsmayıl XətaiFüzuli kimi ədibləri Salman Mümtaz "maarif göylərimizin beşguşəli ulduzu" adlandırırdı.[23] Salman Mümtaz bu şairlərin öz ana dillərində yazdıqlarını yüksək qiymətləndirirdi, xüsusi məhəbbətlə bu şairlərin irsini araşdırırdı və bu ədiblərin bilinməyən bir çox əsərlərini aşkar etmişdi. Həmçinin Mümtaz Həbibi, Ənvəroğlu, İsmayıl bəy Qutqaşınlı və onlarla digər şairlər haqqında ədəbiyyat tarixində ilk dəfə söz açmışdı. O, eləcə də bir çox əsərlərin müəlliflərini ilk dəfə özü müəyyənləşdirmiş, eyni zamanda poeziya sahəsində bir çox müəllifin əsərlərini nəşrə hazırlamışdı.[23] Salman Mümtazın yazdığı Qövsi Təbrizi (1925), Qasım bəy Zakir (1925, 1936), Molla Pənah Vaqif (1925, 1937), Nəsimi (1926), Mirzə Şəfi Vazeh (1926)[24], Vidadi (1936) və s. adlı kitablar bu şairlər haqda ilk olaraq nəşr edilmiş külliyatlar idi.[25]

Salman Mümtaz Ağa Məsih Şirvaninin yaradıcılığına həsr edilmiş kitabın ön sözündə qeyd etmişdi:[26]

"  Söz yox ki, qaraladığım sətirlərdə hörmətli oxucularımı qane etməyəcək bir çox məqamlar olacaqdır. Onlar bu qüsuru məndə yox, taleyimizdə görməlidirlər. Başqa millətlərdə hər hansı mövzularda olursa olsun bir kiçik əsər yazmaq istəyən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Lakin yaxşı-yaman qaraladığım bu cızma qaranı heç bir şeydən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazınlarından artıq qalmış yırtıq yarpaqlar, darmadağın cünglər və bəyazlardır. Qaynaq - mənbə - istoçniklərim isə uçuq-yıxıq qəbir daşları ilə səqfi çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çox yaşamış qadınların hafizəsi və hövsələləridir. Məndən qabaq gələn mühərrirlərdən bu yolda bir hazırlıq olsa idi, şəksiz, mən bir bu qədər də çətinliyə uğramazdım. Tarixi-ədəbiyyatımızı meydana çıxarmaq imkan xaricində olduğu üçündür ki, bu günə kimi yaxşı-yaman bir əsər belə araya çıxmamışdır. " 

Salman Mümtaz 1923-cü ildə "Kommunist" qəzetinin "Unudulmuş yarpaqlar" başlığı altında məqalələri ilə ilk araşdırmalarını ortaya çıxarmışdır. Salman Mümtazın bu qəzetdə ilk ciddi uğuru onun "Azərbaycan şairlərindən biri Nəsimi" məqaləsi hesab olunur. İmadəddin Nəsiminin həyat və yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə bu cür geniş şəkildə Salman Mümtaz tərəfindən tədqiq edilmişdi.[27] 1926-cı ildə Salman Mümtaz Nəsiminin divanını ərəb qrafikalı azərbaycan dilində nəşr etdirmişdi.[28] 1920-ci illərdə Nəsimini tədqiq edən Salman Mümtaz Nəsiminin Şaxəndan adlı qardaşı olduğunu yazmışdı. Salman Mümtaz Şamaxıda yerləşən məşhur qəbiristanlığın Şaxəndanın adı ilə bağlı olduğunu da göstərmişdi. Bunun əsasında da tədqiqatçı Nəsiminin Şamaxıda dünyaya gəldiyi qeyd etmişdi.[29]

1921-ci ildə Salman Mumtaz tarixdə ilk dəfə olaraq Həbibinin həyat və yaradıcılığını tədqiq edərək onun haqqında məlumat vermişdi. Mümtaz Sam mirzənin özü tərəfindən Həbibi haqqında verilən fars dilindən məlumatları Azərbaycan dilinə köçürmüş və Həbibini istedadlı şair kimi tanıtmışdı. Salman Mümtaz şair haqqında çap etdirdiyi məqaləyə Həbibinin məşhur qəzəllərindən birini və Füzulinin onun bu şeirinə yazdığı təxmisi də daxil etmişdi. Salman Mümtaz ilk dəfə olaraq Həbibinin doğum tarixi haqqında məlumat vermişdi. "Füqəra füyuzatı" jurnalının 1921-ci ildə nəşr edilən üçüncü sayında Mümtaz Həbibinin 1470–1475-ci illərdə anadan olduğunu göstərmişdi.[30]

 
Salman Mümtaz və Həbib Səmədzadə. Salman Mümtaz yaradıcılığının bir qismində Həbib Səmədzadənin rolu olmuşdur.

1930-cu ildə[31] ilk dəfə olaraq[32] Mümtaz Şah İsmayıl Xətainin divanını nəşr etdi. Bunun üçün o, Əlyazmalar Fondunda saxlanan XVII əsrə aid divanın əlyazmasını istifadə etdi. Bu əlyazmadan ilk dəfə olaraq istifadə edən Salman Mümtaz idi. Xətai divanının bütün olaraq nəşri bu əlyazmaya əsaslanırdı.[33] 1923-cü ildə Mümtaz Xətainin XVII əsrə aid olan "Dəhnamə" poemasının natamam siyahısını nəşr etdirdi. Hazırda bu siyahı BakıdaAzərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutund saxlanılır.[34]

19 mart 1937-ci il tarixində Salman Mümtaz nəşrə hazırladığı Məhəmməd Füzuli əsərlərinin birinci cildi ilə əlaqədar olaraq komissiya yaradılması üçün ərizə təqdim etdi. Komissiya alimin çoxillik araşdırmalarının məhsulu olan bir çox əsərləri haqqında sənəd hazırladı. Bu sənəddən məlum olurdu ki, Salman Mümtazın hazırladığı Füzuli əsərlərinin Y. Bertels tərəfindən redaktə edilən, latın qrafikalı birinci cildi – qəzəllər Həbib Səmədzadənin özündədir. Ərəb qrafikalı II cildin birinci hissəsi – "Leyli və Məcnun" redaktə üçün Leninqrada, Yevgeni Bertelsə göndərilib, ikinci hissəsi isə Bakıdadır. "Bəngü-Badə" – III cild isə qaralama formasındadır və Salman Mümtazın özündədir. Məhəmməd Füzulinin tərcümeyi-halına aid 260 səhifəlik monoqrafiyası Y. Bertels tərəfindən redaktə edilmiş, daha sonra isə Əlyazmalar İnstitutunun arxivinə verilmişdi. Bunlardan başqa, sənəddə göstərilir ki, Bəkir Çobanzadə, Tağı Şahbazi, Əli Nəzmi və qismən Həmid Araslı tərəfindən redaktə edilmiş Şah İsmayıl Xətaiyə aid olan, 1934-cü ildə Mümtaz tərəfindən nəşr edilən "Divan" Bakıda – Əlyazmalar İnstitutunun arxivində saxlanılır.[23]

1933-cü ildə yeni yaradılan SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında kiçik elmi işçi işləyən Salmaz Mümtaz 483 Azərbaycan şairinin siyahısını tutmuş, onların həyat və yaradıcılıqlarının öyrənilməsinin vacibliyini vurğulamışdı. 104 şairin haqqında isə geniş araşdırma aparmağı nəzərdə tutmuşdu.[27]

Folklorşünaslıq və şərq şairlərinin həyat və yaradıcılığı üzrə tədqiqatları redaktə

 
Salman Mümtazın "Xalq şairləri" əsərinin birinci cildinin birinci nəşrindən bir səhifə, Bakı. (Əsər 1927-ci ildə nəşr etdirilmişdir).

Salman Mümtaz ədəbiyyatı iki hissəyə bölürdü: "xas ədəbiyyatı" (klassik) və "xalq ədəbiyyatı" (söz sənəti, folklor). Salman Mümtaz Azərbaycan folklorunun toplanması və nəşri yolunda da yorulmadan işlər görmüşdür.[25] 1920-ci illərdən başlayaraq artıq söz sənəti üzrə araşdırmalarını davam etdirən Salman Mümtaz bu sahədə Vəli Xuluflu, Hənəfi ZeynallıHümmət Əlizadə kimi şəxslərlə birlikdə çox faydalı işləri həyata keçirmişdi.[25] Salman Mümtaz Azərbaycan bayatılarının toplanılması və araşdırılmasının ilk məhsulu olaraq "Aşıq Abdulla" (1927) və "Sarı Aşıq" (1935) kitablarını nəşr etdi. Bu əsərlərlə yanaşı, Azərbaycan xalq ədəbiyyatının sistemləşdirilməsi ilə əlaqədar olaraq ilk ciddi təcrübəsi – ikicildli "Xalq şairləri" (I nəşr: 1927–1928; II nəşr: 1935–1936) əsəri hələ də elmi dəyərini itirməyən mötəbər mənbələrdəndir.[25] Mümtaz bu əsərlərində Azərbaycan aşıq poeziyasından da nümunələr nəşr etdirmişdi.

Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığını tədqiq etməklə yanaşı, Salman Mümtaz şərq poeziyasının digər klassiklərinin fəaliyyətlərini və həyatlarını araşdırmış, onlar haqqında da yazılarını nəşr etdirmişdi. Mümtazın 1920–1930-cu illərdə Firdovsi, Sədi, Rudəki, Nəvai, Məhtimqulu kimi ədiblərin həyat və yaradıcılığı haqqında çoxillik araşdırmalarının məhsulu olaraq yazdıqları ədəbiyyatşünaslar tərəfindən bu şairlər haqqında yeni söz kimi yüksək qiymətləndirilmişdir.[25] Mümtaz Azərbaycan oxucusunu Əbu-Nəsr Fərabi, Əbu Əli ibn Sina, Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, İlya Çavçavadze, Rabindranat Taqor kimi ədiblərlə tanış etmişdi.[35]

 
Salman Mümtaz Moskvada olarkən (soldan birinci, foto 1934-cü il tarixinə aiddir).

1925–1926-cı illərdə Salman Mümtaz şair Əlişir Nəvainin anadan olmasının 500 illiyi ilə əlaqədar olaraq bir sıra məqalələr dərc etmişdir[36], bunlar arasında "Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsiri" ("Kommunist" qəzeti, 4 mart 1926-cı il tarixli) və "Əmir Əlişir Nəvai" ("Yeni yol" qəzeti, 4 mart 1926-cı il tarixli) kimi məqalələrində Salman Mümtaz Əlişir Nəvai əsərlərinin bədii-poetik xüsusiyyətlərini, şeirlərinin dilini, sözlərin uyğun seçimi, artıq fikirlərdən azadlıq barəsində söhbət açmış, Nəvai poeziyasının Azərbaycan ədəbiyyatına təsirini və Azərbaycan ədəbiyyatının Nəvai yaradıcılığına təsirindən bəhs etmişdi.[35] Firdovsinin anadan olmasının 1000 illik yubileyində "İnqilab və Mədəniyyət" jurnalı üçün Salman Mümtaz bir sıra məqalələr dərc etmişdi. Bu məqalələrin birində (№ 9–10, 1934-cü il tarixli) Salman Mümtaz Firdovsi irsinin öyrənilməsinin tarixindən söhbət açmış və şairin çox məşhur "Şahnamə" əsərini təhlil etmişdi.[35] Salman Mümtaz Ərzurumda doğulub, boya-başa çatmış türk şairi Əmrah haqqında tədqiqat apararaq yazmış və bir sıra şeirlərini nəşr etdirmişdi. Salman Mümtazın şair Əmrah haqqında bu araşdırmaları Türkiyənin xaricində ilk dəfə idi.[37]

Əlyazmalarının toplanması redaktə

Salman Mümtaz klassik ədəbiyyat yaradıcılarının əsərlərinin kolleksiyaçısı idi. Bəzən qızıl verərək, bəzən minnətdarlıq zəmnində, bəzən isə zarafatla "kitabı pay olaraq verənin bir əli, geri götürənin iki əli kəsilməlidir" deyərək əlyazmaların toplanılması ilə məşğul olurdu. Salman Mümtaz kitabların və əlyazmaların toplanılması üçün bütün Azərbaycanı gəzmişdir, o, Bakıdan Qaxa, Dərbənddən Lənkərana, Qazaxdan Qubaya, Şəkidən Astaraya kimi bütün şəhər və rayonlara üz tutmuşdu.[38] Salman Mümtaz hətta qədim və qiymətli kitablar üçün Dağıstan, Gürcüstan, Ermənistan, Rusiya, Orta Asiya kimi ölkələrdə və qitədə səfərlərdə olmuşdu. Nümunə olaraq – Mümtaz, İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" adlı əsərini tapmaq məqsədi ilə Vladiqafqaza qədər getmişdi. O, bu səfərləri zamanı tez-tez natəmiz və şəraətsiz karvansaraylarda yaşayırdı, bəzən bu karvansaraylarda Mümtaz ac-susuz qalırdı. 1922-ci ildə tədqiqatçı bu səfərlərinin birində tifus xəstəliyinə[qeyd 2] tutuldu və təxminən altı ay yataqdan çıxa bilmədi.[39]

Salman Mümtaz çox böyük əziyyətlə topladığı əlyazmalardan misilsiz və geniş bir kitabxana yaratmışdı. "Kitabi-Dədə Qorqud" eposunun VatikanDrezden şəhərlərində olan nüsxələrindən sonra üçüncü nüsxəsi, Məhəmməd Füzulinin divanının dünyada ən qədim və ən mükəmməl əlyazması, Şah İsmayıl Xətainin "Dəhnamə""Nəsihətnamə" əsərlərinin elm üçün anlaşılan ilk nüsxələri, Azərbaycanın yüzlərlə məşhur, qüdrətli şairlərinin əlyazmaları yalnız bu kitabxanada toplanmışdı. Zənginliyinə görə bu kitabxana təkcə Əbdülqəni Nuxəvi Xalisəqarızadə (1817–1879) və Məhəmmədəli Tərbiyət (1877–1940) kimi ədiblərin şəxsi kitabxanalarıyla müqayisə edilə bilərdi. Bu kitabxananın bir digər üstünlüyü onda idi ki, Salman Mümtazın çoxillik araşdırmaları ilə topladığı əlyazmaların əksəriyyəti türk dilində idi.[40]

Bundan əlavə, Salman Mümtaz çox çətin tarixi şəraitdə bu əlyazmaları toplamışdı, – bu dövrdə ərəb hərfləri ilə yazılmış sənədləri tapılan şəxslər ailəsi ilə birlikdə yaxud tək olaraq güllələnir, və ya Sibirə sürgün edilirdi. 1937-ci ildə baş verən repressiyalar SSRİ daxilindəki türk xalqlarına böyük zərbə vurdu. 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın vahid türk əlifbası və imlası barəsindəki qərarlarını, həmçinin yaranmaqda olan türk mənəvi birliyini aradan götürmək məqsədi ilə qurultayın, demək olar ki, bütün iştirakçıları "pantürkist", "millətçi", "əks-inqilabçı" elan edildi, repressiyaya məruz qalaraq qətlə yetirildi. "Türk" adı qadağan edildi (1936-cı ildən azərbaycanlılar milliyyətlərində rəsmi olaraq azərbaycanlı adlandırıldı). Türk xalqlarının öz tarixlərini öyrənmələrinə mane olmaq üçün tarix kitablarının hazırlanması və tarixin dəyişdirilməsi türklərə qarşı olan yadsoylu müəlliflərə həvalə edildi. Tarixin tam olaraq öyrənilməməsi üçün qədim türk əlyazmaları və ərəb əlifbasında qələmə alınmış bütün kitablar yandırıldı. Salman Mümtaz və onun kitabxanası da bu siyasətin qurbanı oldu. 1937-ci ilin oktyabr ayında Mümtaz NKVD əməkdaşları tərəfindən həbs edildikdə, onun iki böyük maşına yüklənmiş əlyazmalarının hamısı müsadirə edildi.[40]

İllər sonra atasının mirasını geri qaytarmaq istəyən Salman Mümtazın qızı Şəhla Mümtazzadənin tələb və müraciətindən sonra o dövr Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Yusif MəmmədəliyevAzərbaycan SSR Yazıçılar Birliyinin sədri Süleyman Rəhimovun təşəbbüsü ilə Salman Mümtazın kitabxanasının taleyi ilə bağlı məlumat aldılar. Daha sonra, 1957-ci ildə Petrosyan onlara aşağıdakı məzmundan ibarət olan arayışı təqdim etdi. Arayışda qeyd olunurdu: "Salman Mümtazın şəxsi mülkündən 9 oktyabr 1937-ci ildə həbs olunduğu zaman bunlar götürülüb, – 12 ədəd müxtəlif kitab, müxtəlif dramaturji materiallar, 3 çanta və bir çamadan əlyazma və bir bağlama xüsusi materiallar, lakin Salman Mümtaza aid olan bu materialların sonrakı taleyi barədə məlumatımız yoxdur." Daha sonra bu əlyazmaların sonrakı taleyi barədə, 9 oktyabr 1937-ci il tarixində Salman Mümtazın əlyazmalarının müsadirə edilməsində iştirak edən Aron Rıbakovdan soruşuldu, onun cavabı isə bu cür oldu: "Hamsı Quran idi." Azərbaycan SSR NKVD-nin yerləşdiyi "Dəniz qırağı" şöbəsinin arxivində verilən məlumatda isə bildirildi ki, Salman Mümtazın fəaliyyəti və kitabxanası ilə tanış olan yazıçı və alimlərin istiqamətinə əsasən Mümtazın 238 əsərinin siyahısı tutulacaq, əsərlər tapılacaq və qoruyub-saxlanılacaq. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev bu təşəbbüs üçün addım atdı, lakin o sonradan məlumat aldı ki, Salman Mümtazın bütün əlyazmaları NKVD-nin həyətində yandırılmışdır.[22]

Salman Mümtazın kitabxanasında hal-hazırda çox cüzi materiallar qalmaqdadır, bu qalıqlar – vaxtilə onun Ermitaja, SSRİ EA Azərbaycan filialına bağışladığı kitablar, sənədlər, burada işlədiyi vaxt özünün qələmə aldığı, plan işi kimi təhvil verdiyi əlyazmalar və həbs gecəsi mətbəxdə gözdən yayınan, sonralar Respublika Əlyazmalar Fonduna (indiki – Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu) təqdim edilən bir səbət əsər və digər materiallardır.[22]

Xatirəsi redaktə

 
Repressiya olunmuş Azərbaycan yazıçılarının, eyni zamanda Salman Mümtazın da xatirəsinə həsr edilmiş xatirə lövhəsi. Azərbaycan Yazıçılar Birliyinin binasının fasadı, Bakı (Lövhənin müəllifi – Azərbaycanın Xalq Rəssamı Elcan Şamilovdur).

17 sentyabr 1996-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır.[11][41] Şəki şəhərində Salman Mümtazın adını daşıyan küçə var. Türkiyə Respublikası Milli Kitabxanasında Salman Mümtaza həsr olunmuş bir guşə var.[11]

Bakı şəhərində, – Azərbaycan Yazıçılar Birliyinin binasının daxilindəki fasadında, repressiyyaya məruz qalmış iyirmi yeddi Azərbaycan yazıçılarının xatirəsinə bu üzvlərin adlarının həkk olunduğu xatirə lövhəsi inşa edilmişdir. Bu tikilidə Salman Mümtazın da adı həkk olunmuşdu. Lövhə Azərbaycan Xalq Rəssamı, memar Elcan Şamilov tərəfindən işlənilmişdir. Salman Mümtazın bir vaxtlar istifadə etdiyi qələm Azərbaycan Tarix Muzeyinə verilib və hal-hazırda orada sərgilənir. Şair Hüseyn Arif "Alim var" şeirinin bir bəndində Salman Mümtazdan bəhs etmişdir:[42]

Alim tanıyıram, Qoca Qafqazın
Çeşmətək durulub dibindən çıxır.
Alim var, sol əli Salman Mümtazın,
Sağ əli Hümmətin cibindən çıxır.

"Alim var", Hüseyn Arif

Filologiya elmləri namizədi Rasim Tağıyev 1986-cı ildə Salman Mümtazın məqalələrindən ibarət maraqlı bir kitab nəşr etdirmişdir. "Salman Mümtaz. Azərbaycan ədəbiyyatının mənşəyi." adlı bu kitabın redaktoru filologiya elmləri doktoru, professor Əkbər Ağayev, kitabın rəyçisi isə – akademik Məmməd Arif Dadaşzadə olmuşdur.[43] 2002-ci ildə tarixçi-publisist Ədalət Tahirzadə Salman Mümtazın həyat və yaradıcılığını araşdıraraq, "Kür" nəşriyyatında "Salman Mümtaz. Tərcümeyi-hal oçerki" adlı 16 səhifəlik kitab çap etdirmişdir. Müəllifin bu kitabı Mümtaz haqqında məlumat verə biləcək ən qiymətli əsərlərdəndir.[44]

2013-cü ildə Azərbaycan Televiziyasının "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Salman Mümtaz" adlı film istehsal olunmuşdur. Qısa süjet xəttinin ssenarisi Xaliq Rəhimli tərəfindən qələmə alınmış, Murad Quliyev tərəfindən ekranlaşdırılmışdır. Filmdə alim, tədqiqatçı, şair Salman Mümtazın həyat və yaradıcılığı öz əksini tapmışdır. Sənədli ekran əsərinin operatoru isə Zahid Bağırov olmuşdur.[45]

Biblioqrafiya redaktə

Kitabları redaktə

  • Əhməd Hatif İsfahaninin bioqrafiyası. 1913.
  • Ağa Məsih Şirvani. Bakı: Kommunist. 1925. səh. 3—10.
  • Molla Pənah Vaqif. Bakı: Kommunist. 1925. səh. 3—47.
  • Nişat Şirvani. Bakı: Kommunist. 1925. səh. 3—11.
  • Məhəmmədhüseyn xan Müştaq. Bakı: Kommunist. 1925. səh. 3—32.
  • Qövsi. Bakı: Kommunist. 1925. səh. 3—9.
  • Kərbalayi Allahı Arif. Bakı: Kommunist. 1925. səh. 3—4.
  • Nitqi Şirvani. Bakı: Kommunist. 1925. səh. 3—4.
  • Qasım bəy Zakir. Bakı: Kommunist. 1925. səh. 3—24; 357.
  • Mirzə Şəfi Vazeh. Bakı: Kommunist. 1926. səh. 3—6.
  • Seyid İmadəddin Nəsimi. Bakı: Kommunist. 1926. səh. 3—9.
  • Baba bəy Şakir. Bakı: Azərnəşr. 1927. səh. 5—9.
  • Aşıq Abdulla. Bakı: Azərnəşr. 1927. səh. 7—20.
  • Xalq şairləri. Bakı: Kommunist. Birinci nəşr: 1927 (I cild), 1928 (II cild). İkinci nəşr: 1935 (I cild), 1936 (II cild).
  • Mehdi bəy Şəqqaqi. Bakı: Azərnəşr. 1928. səh. 3—8.
  • Ağabağır Şirvani. Bakı: Azərnəşr. 1928. səh. 3—5.
  • Mirzə Nəsrulla bəy Didə. Bakı: Azərnəşr. 1928. səh. 6—12.
  • Vaqif (İ. Cahangirovla həmmüəllif). Bakı. 1933.
  • Sarl Aşıq və onun bayatıları. Bakı. 1935.
  • Salman Mümtazın redaksiyası ilə. Molla Vəli Vidadi. Şeirlər. Bakı: Azərnəşr. 1936. səh. 11—18.

Məqalələri redaktə

  • Mirzə Şəfi. № 1. Bakı: "Qurtuluş" jurnalı. 1920. səh. 7—8.
  • Zövqi. № 2. Bakı: Qurtuluş jurnalı. 1920. səh. 13–14.
  • Azərbaycan şairi: Naşa. № 1. Bakı: "Füqəra füyuzatı" jurnalı. 1920. səh. 20—22.
  • Rudəki və Molla Pənah Vaqif. № 2. Bakı: "Füqəra füyuzatı" jurnalı. 1920. səh. 18—21.
  • Sultanuş-Şüəra Həbibi. № 3. Bakı: "Füqəra füyuzatı" jurnalı. 1921. səh. 31—35.
  • Nəsimi. № 1. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1921. səh. 7—8.
  • Azəri Çələbi. № 2. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1923. səh. 23.
  • Xalq şairi Qurbani. № 2—3. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1923. səh. 108—110.
  • Şah İsmayıl Xətai. № 3; 4-5; 8-9. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1923. səh. 30—33; 30—33; 9—16.
  • Türkmən şairləri. № 8—9. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1923. səh. 9—10.
  • Şahbeyt və Barcast. № 10. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1923. səh. 17—18.
  • Dilmac. № 253. Bakı: "Kommunist" qəzeti. 9 noyabr 1923. səh. 7.
  • Ağa Məsih. № 1. Bakı: "Şərq qadını" jurnalı. 1924. səh. 7—8.
  • Nəsihətnamə. № 4. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1924. səh. 36—38.
  • Səfi. № 1 (21). Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1925. səh. 30—33.
  • Şahi. № 3. Bakı: "Maarif və mədəniyyət" jurnalı. 1925. səh. 20—21.
  • Qəlblərin Rəbbi. № 11. Bakı: "Kommunist" qəzeti. 18 may 1925. səh. 5.
  • Füzuli gecəsini xatırlamaq üçün... № 18. Bakı: "Kommunist" qəzeti. 26 may 1925. səh. 2.
  • Şeyx Nizami. № 11. Bakı: "Kommunist" qəzeti. 28 iyul 1925. səh. 5.
  • Əmir Əlişir Nəvai. № 54 (465). Bakı: "Yeni yol" qəzeti. 4 mart 1926. səh. 2.
  • Nəvainin ədəbiyyatımıza təsiri. № 54 (1649). Bakı: "Kommunist" qəzeti. 4 mart 1926. səh. 5.
  • Molla Qasım və Yunis Əmrə. № 1. Bakı: "İnqilab və mədəniyyət" jurnalı. 1929. səh. 43—44.
  • Ənvəroğlu. № 3—4. Bakı: "İnqilab və mədəniyyət" jurnalı. 1929. səh. 49.
  • Diş çıxarılmasında yenilik. № 7—8. Bakı: "İnqilab və mədəniyyət" jurnalı. 1929. səh. 55—56.
  • Şəki xanlarının müxtəsər tarixi. № 2—3 (43—44). Bakı: "Maarif işçisi" jurnalı. 1929.
  • Xələk. № 8. Bakı: "Azərbaycanın araşdırma yolu" jurnalı. 1930. səh. 46—47.
  • Dünya şairi Firdovsi. № 9—10. Bakı: "İnqilab və mədəniyyət" jurnalı. 1934. səh. 30—35.
  • Ölümsüz şair. № 6. Bakı: "Ədəbiyyat" qəzeti. 2 yanvar 1935. səh. 2.
  • Mirzə Fətəli (Səbuhi) və Cəfərqulu xan Nəvva. № 6. Bakı: "Ədəbiyyat" qəzeti. 30 yanvar 1935. səh. 3.
  • Mirzə Fətəli Səbuhi və Osmanlı yazıçısı Fuad Paşa. № 6. Bakı: "Ədəbiyyat" qəzeti. 21 fevral 1935. səh. 3.
  • Raddilac Ələsaddar Sanati və onun yazdığı ədəbi əsərlər. № 7. Bakı: "Ədəbiyyat" qəzeti. 1 mart 1935. səh. 3.
  • Mirzə Fətəli Səbuhi, Mirzə Şəfi Vazeh və Molla Abbas Afişta. № 8 (27). Bakı: "Ədəbiyyat" qəzeti. 9 mart 1935. səh. 2.
  • Luqaz, çistan və bilməcə. № 10. Bakı: "Ədəbiyyat" qəzeti. 25 mart 1935. səh. 2.
  • Yüz il əvvəl Azərbaycan nəsr yazıçısı. № 5; 6. Bakı: "Ədəbiyyat" qəzeti. 11, 24 mart 1936. səh. 3; 3—4.
  • "Rəşid bəy və Saədət xanım" hekayəsinin müəllifi İsmayıl bəy Qutqaşınlının həyatı. № 11 (64). Bakı: "Ədəbiyyat" qəzeti. 8 iyun 1936. səh. 3.
  • Ölümsüz insan. № 141. Bakı: "Kommunist" qəzeti. 20 iyun 1936.
  • Mirzə Fətəli Səbuhi və Mirzə Məhəmməd Katib. № 19—20 (69—70). Bakı: "Ədəbiyyat" qəzeti. 31 iyul 1936. səh. 3.
  • Əbdülqasım Nəbati ilə bağlı xatirəm. № 21 (71), 22/72, 23/73. Bakı: "Ədəbiyyat" qəzeti. 1936. — 20 avqust, 3, 28 sentyabr. səh. 2, 3—4, 4.
  • Qasım bəy Zakir və İliko Çavçavadze. № 23 (108). Bakı: "Ədəbiyyat" qəzeti. 29 may 1937. səh. 1.
  • Sabirin xatirəsinə. Bakı: "Ədəbiyyat və incəsənət" qəzeti. 23 may 1937. səh. 8—9.

Qeydlər redaktə

  1. "Mümtaz" sözü Ərəbcədən tərcümədə (ərəb. ممتاز) "seçilmiş", "digərlərindən fərqlənən" mənasını verir.
  2. Və ya digər adı ilə səpmə yatalaq xəstəliyi.

İstinadlar redaktə

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #130564753 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 Васильков Я. В., Гришина А. М., Перченок Ф.Ф. Репрессированное востоковедение. Востоковеды, подвергнувшиеся репрессиям в 20 — 50-е годы (PDF). 1990. səh. 96—106. 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-13.
  3. 1 2 "Салман Мумтаз". Официальный сайт Союза писателей Азербайджана. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.
  4. Под ред. С. Колосова, redaktor "Мумтаз Салман Мамедаминоглы" (az.). Энциклопедический словарь псевдонимов. 2009. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
  5. 1 2 3 4 Tahirzadə, 2002. səh. 3
  6. 1 2 3 4 5 6 7 Алмасова Э. "В этом году исполняется 125 лет со дня рождения Салмана Мумтаза" (az.). 12 avqust 2009. 2020-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2020.
  7. 1 2 3 4 5 6 7 Салман Мүмтаз (az.). VII. Азербайджанская советская энциклопедия. 1983. səh. 274.
  8. 1 2 3 4 Yavuz Akpınar. Azeri edebiyatı araştırmaları (Dergâh Yayınları). İstanbul. 1994. 478. (türk.)
  9. 1 2 3 4 Tahirzadə, 2002. səh. 4
  10. Tahirzadə, 2002. səh. 8
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Ağayar, Şərif. "Qorkinin dostu, Bağırova sərt cavab, qazılan qəbir". Tarix (az.). news.lent.az. 10 mart 2015. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2020.
  12. 1 2 3 4 Tahirzadə, 2002. səh. 5
  13. "Hüseyn Cavidə düşbərə qonaqlığı verən kimdi?" (az.). milli.az. 27 mart 2014. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2020.
  14. 1 2 3 4 5 Tahirzadə, 2002. səh. 6
  15. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Буниятов З. М. "Следственное дело № 12493". газета. Элм. 13 августа.
  16. Первый Всесоюзный тюркологический съезд. 26 февраля — 5 марта 1926 г. Стенографический отчёт. Б.: Бакинский рабочий. 1926. səh. 68.
  17. Составитель М. И. Хакимов. Рецензент А. М. Набиев, redaktor Халгымызын дејимләри вә дујғулары. Б.: Маариф. 1986. səh. 3.
  18. 1 2 3 Tahirzadə, 2002. səh. 7
  19. Первый всесоюзный съезд советских писателей. Стенографический отчёт. М.: Государственное издательство художественной литературы. 1934. səh. 116.
  20. The Azerbaijani Turks: power and identity under Russian rule. Studies of nationalities. Hoover Press. 1992. 331 səhifə. ISBN 0-8179-9182-4, ISBN 978-0-8179-9182-1.
  21. 1 2 3 Ашнин Ф. Д., Алпатов В. М., Насилов Д. М. Репрессированная тюркология Arxivləşdirilib 2022-01-12 at the Wayback Machine. Москва: Издательская фирма "Восточная литература" РАН, 2002, с. 157. ISBN 5020183385
  22. 1 2 3 4 Tahirzadə, 2002. səh. 10
  23. 1 2 3 Tahirzadə, 2002. səh. 13
  24. Türk dünyası edebiyat tarihi (türk). IV. Atatürk Kültür Merkezi Başkanlığı. 2004. səh. 506.
  25. 1 2 3 4 5 Tahirzadə, 2002. səh. 14
  26. Tahirzadə, 2002. səh. 10-11
  27. 1 2 Tahirzadə, 2002. səh. 12
  28. Həmid Araslı, Teymur Kərimli. İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə [Ön söz] (az.). 1. Bakı: Lider nəşriyyat. 2004. səh. 10. ISBN 9952-417-16-9.
  29. Xeybər Göyyallı. "İnsanlıq mərtəbəsini ucaldan şair" (az.). Mədəniyyət. 18 dekabr 2009. səh. 6—7. 2019-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.
  30. Əzizağa Məmmədov. Həbibi. Şeirlər [Füzulini heyran edən şairimiz] (PDF) (az.). Bakı: Şərq-Qərb. 2006. səh. 4—16. ISBN 13 978-9952-34-019-8. 2020-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-04.
  31. Cavanşir, Necef, 2006. səh. 154
  32. Cavanşir, Necef, 2006. səh. 157
  33. Cavanşir, Necef, 2006. səh. 155
  34. Джавадова М. Н. Советская тюркология [Об истории изучения и языке произведений Хатаи]. Б.: Коммунист. 1984. səh. 81.
  35. 1 2 3 Тағыјев, 1986. səh. 21
  36. Тагиев Р. Энтузиазист культуры. № 7. Изд-во Союза советских писателей Азербайджана: Литературный Азербайджан. 1972. səh. 139.
  37. Mill̂ı Folklor Araştırma Dairesi yayınları. Mill̂ı Folklor Araştırma Dairesi Başbakanlık Basımevi. 1976. səh. 298. (türk.)
  38. Tahirzadə, 2002. səh. 8-9
  39. ГУСЕЙНОВА, Тойраханым. "Я - сотворение Вселенной… Величие лирического героя поэта не вмещается в этот мир. НАСИМИ-650" (rus). Музея азербайджанской литературы имени Низами Гянджеви НАНА: Каспiй. 18 мая 2019. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2020.
  40. 1 2 Tahirzadə, 2002. səh. 9
  41. Azərbaycan Respublikasının Prezidenti. "Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı" (PDF) (az.)). anl.az. 13 sentyabr 1996. 2020-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 avqust 2020.
  42. Tahirzadə, 2002. səh. 1
  43. Салман Мүмтаз. Азәрбајҹан әдәбијјатынын гајнаглары [Тәртиб едәни филолоҝија елмләри намизәди Расим Тағыјев, рәјчи академик Мәммәд Ариф, редактору филолоҝија елмләри доктору, профессор Әкбәр Ағајев]. Б.: Јазычы. 1986. səh. 4. (az.)
  44. Tahirzadə, Ədalət. Salman Mümtaz (tərcümeyi-hal oçerki) (PDF). Bakı: "Kür" nəşriyyatı. 2002. 16 səh. 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-22.
  45. "«Azərbaycantelefilm» Yaradıcılıq Birliyində 2013-cü ildə istehsal olunan sənədli televiziya filmləri" (az.). aztv.az. 24 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2020.

Ədəbiyyat redaktə

  • Tahirzadə, Ədalət. Salman Mümtaz (tərcümeyi-hal oçerki) (PDF) (az.). Bakı: "Kür" nəşriyyatı. 2002. 16 səh.
  • Тағыјев, Р. Ҝөркәмли тәдгигатчы-әдәбијјатшүнас. Салман Мүмтаз. Азәрбајҹан әдәбијјатынын гајнаглары. (azərb. Görkəmli tədqiqatçı-ədəbiyyatşünas. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları‎) (az.) (Тәртиб едәни филолоҝија елмләри намизәди Расим Тағыјев, рәјчи академик Мәммәд Ариф, редактору филолоҝија елмләри доктору, профессор Әкбәр Ағајев). Б.: Јазычы. 1986. 445 с.
  • Cavanşir, Babek; Necef, N. Ekber. Şah İsmail Hatâʼî külliyatı: Türkçe divanı, Nasihatname, Dehname, Tuyuğlar, Koşmalar, Geraylılar, Varsağılar ve Bayatılar (azərb. Şah İsmayıl Xətainin külliyyatı: Türk dilində divanı, "Nəsihətnamə", "Dəhnamə" əsərləri, tuyuqlar, qoşmalar, gəraylılar, varsağılar‎) (türk). İstanbul: Kaknüs Yayınları. 2006. 728 s.

Xarici keçidlər redaktə


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024