Salman Zeynalov Haqqinda Melumat - Vikipedia

Salman Zeynalov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Salman ZeynalovQarabağ müharibəsi iştirakçısı, şəhid.

Salman Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yuxarı Fərəcan, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əyyub
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-1994
Rütbəsi Əsgər
Döyüşlər

Həyatı redaktə

Salman Əyyub oğlu Zeynalov 26 mart 1965-ci ildə Laçın rayonunun Yuxarı Fərəcan kəndində anadan olub. 1979-cu ildə Fərəcan kənd orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra hərbi komissarlıq tərəfindən Qazax rayonuna sürücülük kursuna göndərilib.Sonra 1983-cü ildə ordu sıralarına çağrılıb.Amur vilayətində hərbi xidmətdə olub.

1985-ci il iyul ayında hərbi xidmətdən tərxis olunub,Sumqayıt şəhərinə gəlib. Şəhərin 1 saylı trestində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1992-ci ilin avqust ayında Salman könüllü olaraq 850 saylı batalyona yazılıb. Suarası, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Xanallar, Səfiyan, Türklər və Güləbird kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin kəndlərin işğalından sonra Laçın rayon DİŞ-nin polis batalyonuna işə qəbul olunub. Bir müddətdən sonra polis bataliyonunun tərkibində əvvəl Goranboy, sonra isə Beyləqan istiqamətində gedən mövqe döyüşlərində iştirak edib.

Döyüşlərdə fərqləndiyinə görə Zeynalov Salman Əyyub oğluna serjant rütbəsi verilib. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə Salman qəhrəmanlıqla şəhid olub.

İki övladı yadigar qalıb.

Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır.

Mənbə redaktə

http://lacin.info/qehremanlar/shehidler/104-salman-zhyyub-odlu-zeynalov.html[ölü keçid]

İstinadlar redaktə


Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024