Salome Zurabişvili Haqqinda Melumat - Vikipedia

Salome Zurabişvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Salome Zurabişvili

Salome Zurabişvili (gürc. სალომე ზურაბიშვილი, 18 mart 1952[1][2], Paris) — FransaGürcüstan siyasətçisi və siyasi xadimi. Gürcüstan Respublikasının 2004-cü ilin mart ayından 2005-ci ilin noyabr ayınadək Xarici İşlər Naziri olmuşdur. Gürcüstanın Mtatsminda rayonunun millət vəkilidir. 2018-ci ilin dekabrın 16-dan Gürcüstan Respublikasının 5-ci Prezidentidir.[4]

Salome Zurabişvili
gürc. სალომე ზურაბიშვილი
bayraq
Gürcüstan prezidenti
bayraq2
Vəzifədədir
16 dekabr 2018-ci ildən
ƏvvəlkiGiorgi Marqvelaşvili
bayraq
Gürcüstan Respublikasının 6-cı Xarici İşlər Naziri
bayraq2
18 mart 2004 – 19 oktyabr 2005
ƏvvəlkiTedo Caparidze
SonrakıQela Bejuaşvili
Şəxsi məlumatlar
Doğum adı Salomé Nino Zourabichvili[3]
Doğum tarixi 18 mart 1952(1952-03-18)[1][2] (72 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, dövlət xadimi, siyasətçi
Uşaqları 2
Dini Gürcü Ortodoks Kilsəsi

Təltifləri Knight of the National Order of Merit "Fəxri legion" ordeni kavaleri Polşa Respublikasının "Xidmətlərə görə" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeninin Böyük Cəngavər Xaçı Knight of the Order of the Star of Italian Solidarity Order of La Pléiade
İmzanın şəkli
salome.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan Respublikası Xarici İşlər Naziri olaraq təyin edildiyi müddətdə, adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilir.[5]

Salome Zurabişvili, Fransadakı gürcü diasporunun sədri olmuş Levan Zurabişvilinin ailəsində, gürcü siyasi mühacirlərinin ailəsində anadan olub və böyüyüb.

Həyatı redaktə

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransadakı Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olmuşdur. Levanın atası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən biri idi. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirmişdir.

Siyasi fəaliyyəti redaktə

Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2001-ci ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib[6]. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. Zurabişvili xarici işlər naziri postunda əsas uğurlarından biri kimi Rusiya hərbi bazalarının ölkədən çıxarılması haqqında qərarın qəbul edilməsini göstərirdi. Hətta çıxışlarının birində deyib ki, bunu tarixi nailiyyət hesab edir. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan Salome, Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. 2018-ci il seçkilərinə qatılmaq üçün o Fransa vətəndaşlığından imtina edib.[7]

İstinadlar redaktə

  1. 1,0 1,1 Salomé Zourabichvili // Roglo. 1997.
  2. 2,0 2,1 Salome Surabischwili // Munzinger Personen (alm.).
  3. https://www.legifrance.gouv.fr/affichTexte.do?cidTexte=JORFTEXT000000419116.
  4. "Salome Zurabişvili Gürcüstanın yeni prezidenti seçildi". qafqazinfo.az (az.). 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  5. "„ქართული ოცნება" საზოგადოებას მოუწოდებს, საქართველოს პრეზიდენტის პოსტზე მხარი დაუჭიროს სალომე ზურაბიშვილის კანდიდატურას" (gürcü). new.ipn.ge. İstifadə tarixi: 15 oktyabr 2018.
  6. "Gürcüstanın ilk qadın prezidenti Salome Zurabişvili kimdir? -DOSYE". 2019-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  7. Axmeteli, Nina. "Salome Zurabişvili – Gürcüstandakı prezident seçkilərində favorit. O, kimdir?". bbc.com. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2019.

Xarici keçidlər redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023