Samir Əsgərxanov Haqqinda Melumat - Vikipedia

Samir Əsgərxanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Samir Əsgərxanov

Samir Eldar oğlu Əsgərxanov (1962, Bakı1998, Bakı) — Azərbaycan publisisti, Həsənəli bəy Əsgərxanovun nəticəsi.

SAMİR ƏSGƏRXANOV
Samir Eldar oğlu Əsgərxanov
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vəfat tarixi
Vəfat yeri Bakı

Həyatı redaktə

Samir Eldar oğlu 1963-cü ildə Bakı şəhərində dünyaya gəlmişdi. Əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Bakı Dövlət Universitetini bitirmişdi.[1] Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində "Xəzər" redaksiyasının baş redaktoru vəzifəsində işləyirdi. Aktual mövzuda publisistik yazıları ilə tanınırdı. 1994-dən etibarən "Qanlı iz", "650 km uzununda yol", "Satqın generallar" kimi beynəlxalq terror və erməni işğalı haqda çox sayda sənədli film hazırladı.

9 fevral 1998-də Samir Eldar oğlu Əsgərxanov ürək tutmasından vəfat edib.[1]

Milli Təhlükəsizlik Nazirliyi onun şərəfinə "Samir Əsgərxanov" mükafatı təsis edib.[2][3] Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, S. Əsgərxanov adına müsabiqə artıq bir neçə ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub. "Bütün bunlar erməni yalanına qarşı ideoloji mübarizədə mühüm əhəmiyyət kəsb edir"[4]

İstinadlar redaktə

  1. 1 2 modern.az. "Rusdilli Boz Qurd..." modern.az (az.). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  2. Kərimli, Kərim. ""TV tariximizin parlaq və unudulmaz siması" – Samir Əsgərxanovun ad günü". Azad Şuşa (az.). 2023-02-25. İstifadə tarixi: 2024-03-09.
  3. https://azertag.az/xeber/milli_tehlukesizlik_nazirliyi_samir_esgerxanov_adina_mukafat_uzre_musabiqe_elan_etmisdir-324650
  4. ""Erməni faşizmi" filmi Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub". Trend.Az (az.). 2006-12-28. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024