Samir Paşayev Haqqinda Melumat - Vikipedia

Samir Paşayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Samir Adışirin oğlu Paşayev (7 oktyabr 1999; Binəqədi, Bakı, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Samir Paşayev
Samir Adışirin oğlu Paşayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Binəqədi, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Binəqədi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı redaktə

Samir Paşayev 7 oktyabr 1999-cu ildə Binəqədi rayonunda dünyaya gəlib.[2][3] Əslən Şəki rayonu Böyuk Dəhnə kəndindən idi. Binəqədi rayon 100 saylı Orta məktəbi xüsusi, nümunəli şəhadətnamə və fərqlənmə atestatı ilə bitirmiş və 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin İnformasiya Texnologiyaları və İdarəetmə (İTF) fakültəsinin Komputer Elmləri Mühəndisi ixtisasına 589 balla qəbul olmuşdu. 2020-ci ildə universiteti bitirərək Goranboy rayonu “N” saylı hərbi hissədə qulluq etməyə başlayır.[4]

Hərbi xidmətləri redaktə

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Samir Paşayev Suqovuşan döyüslərində savaşıb. 29 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Binəqədidə dəfn edilmişdir.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Paşayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. Şəhid Samir Paşayev
  3. "Binəqədi şəhidləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.
  4. "Şəhid Paşayev Samir Adışirin oğlu". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.
  5. Şəhid Paşayev Samir Adışirin oğlunun kitab təqdimatı oldu.[ölü keçid]
  6. Şəhid Röyal Qaçayevin təltif olunduğu medal valideynlərinə təqdim edilib
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  11. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.

Xarici keçidlər redaktə


Saytda 200 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024