Samsun Şəhər Muzeyi Haqqinda Melumat - Vikipedia

Samsun Şəhər Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Samsun Şəhər Muzeyi

Samsun Şəhər Muzeyi — Türkiyənin Samsun şəhərində yerləşən muzey.[1] Muzeydə Samsunun sosial, tarixi, mədəni, coğrafi və iqtisadi quruluşu ilə bağlı məlumat və materiallar nümayiş etdirilir.

Samsun Şəhər Muzeyi
Xəritə
Ölkə
Yerləşir Samsun ili
41°17′11″ şm. e. 36°20′23″ ş. u.
samsunkentmuzesi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey Tarixi Şəhərlər Assosiasiyasının münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.[2][3]

Binası redaktə

Muzeyin yerləşdiyi bina Samsun dəmiryolları tarixində mühüm yer tutur. Cümhuriyyətin ilk illərində dəmiryollarına və işçilərinə əhəmiyyət verilir və burada çalışanlara yaşayış yerləri ayrılırdı.[4]

Muzeyin əsasını təşkil edən iki taxta bina 1928-ci ildə Samsun-Sivas Dəmir Yolu İnşaat və İstismar İdarəsi və Dövlət Dəmiryolu yataqxanası olaraq inşa edilmişdir. Bu iki mərtəbəli binaların birinci mərtəbələri ofislər, ikinci mərtəbələri isə yaşayış üçün istifadə olunurdu. Cümhuriyyət küçəsində yerləşən əlavə bina 1936-cı ildə tikilib və uzun illər Samsun Dəmirsporun yeməkxanası kimi istifadə olunurdu.[5]

A və B blokları adlanan yaşayış binaları daş bünövrələr üzərində kərpic hörgü və yuxarı mərtəbələrdə taxta karkas-kərpiç dolgu sistemi ilə tikilmişdir. Bərpa prosesində bu tikililərin orijinal materialları qorunub saxlanılmış, dəyişdirilmiş ərazilər orijinal materiallar və texnika ilə təmir edilmişdir.

Tarixi redaktə

 
Muzeyin girişi.

Yaranması redaktə

2004-cü ildə Tarixi Şəhərlər Birliyinə üzv olan Samsunda yaddaşa yazılmaq üçün işlərə başlandı. 2007-ci ildə şəhərin tarixi və mədəni dəyərlərinin qorunub saxlanması istiqamətində səylər daha da genişləndi və şəhərin yaddaşının köçürülə biləcəyi və ictimai yaddaşı yaşadacaq bir şəhər muzeyi layihəsi formalaşmağa başladı. Layihə 13-15 may 2011-ci il tarixləri arasında Samsunda keçirilən Tarixi Şəhərlər Birliyinin “Hər Şəhər üçün Şəhər Muzeyi” adlı toplantısından sonra həyata keçirildi.[6]

Müzenin yaranmasında Ondokuz May Universiteti, Samsun Yerel Tarix klubu, Alaçam Mübadele Müzeyi, Samsunspor, Samsun PTT Başmüdürlüyü, Qazi Müzeyi, Tekkeköy bələdiyəsi, Yakakənt bələdiyəsi, Kanal S, Xalk qazeti, Samsun Ticarət ve Sənaye qurumu iştirak etmişdilər.

Muzeyin yerinin təyini, məzmunu və layihə planı Prof.Dr. Metin Sözen və ÇEKÜL-ün[7] (Ekoloji və Mədəni Dəyərlərin Qorunması və Təşviqi Fondu) töhfələri ilə həyata keçirilib. Bu istiqamətdə 2011-ci ildə Samsunda Dövlət Demiryolları yataqxanaları və Dəmirspor Klubunun binası müsadirə edildi.

Samsun Şəhər Muzeyi 2013-cü il fevralın 12-də ziyarətçilərin üzünə açıldı və ilk 70 gündə 20 min ziyarətçi qəbul etmişdir.[8]

Beynəlxalq tanınması redaktə

Samsun Şəhər Muzeyi tarixin qorunması və nümayiş etdirilməsinə verdiyi töhfələrə görə beynəlxalq səviyyədə tanınıb.

Muzey Samsunun sosial, tarixi, mədəni, coğrafi və iqtisadi quruluşu haqqında hərtərəfli məlumat təqdim edərək, onu şəhərin zəngin tarixini araşdırmaqda maraqlı olan turistlər üçün maraqlı məkana çevirir.[9]

2015-ci ildə muzeydə XX qurultay keçirildi və muzey Luici Mişeletti Mükafatının finalçısı olaraq Avropanın 6 ən nüfuzlu muzeyi arasında yer almışdır.[10][11] Bu tanınma muzeyin Samsun şəhərinin tarixini və mədəniyyətini qorunub saxlanmasında və nümayiş etdirilməsində mühüm rol oynayır.

Samsun Şəhər Muzeyi bölgənin tarixi, coğrafi, mədəni, sosial və iqtisadi vəziyyəti və tarixinə aid sahələrin yerləşdiyi və bir çox əsərin sərgiləndiyi əhəmiyyətli bir muzeydir.[12]

İstinadlar redaktə

  1. https://web.archive.org/web/20140306182422/http://samsun.bel.tr/proje-detay.asp?SayfaId=1734
  2. https://archive.today/20140205112608/http://www.samsun.bel.tr/Haber-detay.asp?NewsId=1166
  3. https://web.archive.org/web/20140306182056/http://www.zaman.com.tr/gundem_samsun-kent-muzesi-ilk-odulunu-aldi_2165858.html
  4. https://web.archive.org/web/20140306172450/http://www.samsunkentmuzesi.com/about/about-museum.html
  5. "Arxivlənmiş surət". 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  6. "Arxivlənmiş surət". 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  7. "Arxivlənmiş surət". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  8. https://archive.today/20140205112353/http://www.samsun.bel.tr/proje-detay.asp?SayfaId=1734
  9. "Arxivlənmiş surət". 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  10. https://web.archive.org/web/20151023174335/http://www.luigimichelettiaward.eu/news/dettaglio_news.asp?id=71
  11. "Arxivlənmiş surət". 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  12. "Arxivlənmiş surət". 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.

Xarici keçidlər redaktə


Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024