San-Fransisko sülh müqaviləsi Haqqinda Melumat - Vikipedia

San-Fransisko sülh müqaviləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

San-Fransisko sülh müqaviləsi

1947-ci ilin əvvəlində ABŞ Sakit okeanda əvvəllər yapon nəzarəti altında olan adaların (Karolin, Marian, Marşall) ona verilməsini xahiş etdi. Lakin BMT Təhlükəsizlik Şurası bu ərazilərin özünüidarəetmə istiqamətində inkişafı haqqında düzəlişləri qəbul etdi.

1947-ci il iyulun 11-də Uzaq Şərq Komissiyası Yaponiya ilə sülh müqaviləsini tərtib etmək üçün 11 dövlətdən ibarət müşavirənin çağırılması təklifini irəli sürdülər. 1949-cu ildə Kanberra görüşündə bu tələb təsdiq olundu.

1951-ci ilin yanvarında Dalles Tokioya gələrək Yaponiya hökuməti ilə danışıqlara başladı. Mart ayında hazırlanmış Amerika-Yaponiya birgə layihəsi regionda ABŞ-İngiltərə əməkdaşlığını nəzərə alırdı.

İyulun 20-də İngiltərəABŞ Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün San-Fransiskoda müşavirə keçirilməsini təklif etdilər. 1951-ci ilin sentyabrında keçirilən bu müşavirədə 52 dövlət iştirak etdi. Müqavilənin imzalanması mərasimində SSRİ, PolşaÇexoslovakiya iştirak etmədilər. Müqaviləyə görə:

Bu müqavilənin imzalanmasından 5 saat sonra Amerika və Yaponiya təhlükəsizliyə dair müqavilə imzaladılar. Bu müqaviləyə görə, ABŞ-nin Yaponiyada öz qüvvələrini yerləşdirmək səlahiyyəti təsdiq olunurdu.

1956-ci ilin oktyabrında SSRİ ilə Yaponiya arasında da müqavilə imzalandı. Onun qətnaməsinə görə, bu iki dövlət arasında müharibə dayanmalı və diplomatik münasibətlər bərpa olunmalı idi. SSRİ əsir düşmüş yapon əsgərlərini azad etmək və Yaponiyanın BMT-yə daxil olmasını dəstəkləmək vədini verdi.

Mənbə redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023