San-Stefano sülh müqaviləsi Haqqinda Melumat - Vikipedia

San-Stefano sülh müqaviləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

San-Stefano sülh müqaviləsi

Osmanlı imperiyası ilə Rus imperiyası arasında imzalanmış sülh müqaviləsi

San-Stefano (Yaşılköy) sülh müqaviləsi - 3 mart 1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdırmış ilkin müqavilədir. Fevralın 19-da İstanbul yaxınlığındakı San-Stefano şəhərində imzalanmışdır. Müqaviləyə görə Çernoqoriya, SerbiyaRumıniya müstəqil dövlətlər elan edildilər. Osmanlı imperiyası daxilində Bosniya və Herseqovinaya muxtariyyət verildi. Bolqarıstan Türkiyədən vassal asılılığında dövlət elan olundu. Batum, Ərdəhan , Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə keçdi. Türkiyə Epirə, Fessaliya və Albaniyaya daxili özünüidarə hüququ verməyi, Türkiyənin şəhərlərində ermənilər yaşayan ərazilərdə islahatlar keçirməyi və s. öhdəsinə götürdü. Müqavilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Türkiyənin heç bir vilayətində əhalinin əksəriyyətini təşkil etməyən ermənilərə muxtariyyət vədlər verilməsi onların arasında terrorçuluq, separatçılıq meyllərinin güclənməsinə, "erməni məsələsi" nin sonralar beynəlxalq səviyyələrdə müzakirə obyektinə çevrilməsinə, dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, AzərbaycanaTürkiyəyə, xüsusilə keçmiş İrəvanNaxçıvan xanlıqları ərazilərinəəsassız iddialar irəli sürülməsinə və s. səbəb oldu. Sonralar Avropa dövlətləri və Rusiyanın imzaladığı Berlin konqresi traktatı və Rusiya ilə Türkiyə arasında imzalanmış İstanbul müqaviləsi San-Stefano sülh müqaviləsinin şərtlərində dəyişikliklər etmiş və onda dəqiqləşmələr aparmışsa da, bunlar erməni terrorizminin və separatçılığının təşkilatlandırılmasını aradan qaldırmamışdı.[1]

San-Stefano müqaviləsinin imzalanması.

Mənbə: redaktə

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 245. ISBN 5-8066-1468-9.

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023