Sanconişi Sanetaka Haqqinda Melumat - Vikipedia

Sanconişi Sanetaka Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sanconişi Sanetaka

Sanconişi Sanetaka (三条西 実隆?, 11 may 1455, Kioto[d]5 noyabr 1537)Senqoku dövründə yaşamış Yaponiya şairi, saray əyanı, xəttatı, yazıçısı, alimi, tarixçisi və polimatı.

Sanconişi Sanetaka
yap. 三条西 実隆
Doğum tarixi 11 may 1455
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1537 (82 yaşında)
Dəfn yeri
Fəaliyyəti xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Sanetaka daxili nazir Sanconişi Kinyasunun oğlu kimi dünyaya gəlmişdir.[1] 1506-cı ildə atası kimi daxili nazir vəzifəsinə yüksəlmişdir.[1] Sanetaka imperatorluq sarayında xidmət versə də, Muromaçi şoqunluğunun əsas fiqurları ilə əlaqələr qursa da, onun reputasiyası mədəniyyət sahəsindəki fəaliyyətləri ilə bağlı olmuşdur.[1] O, yaşadığı dövrü "müharibələr, mübahisələr və zorakılıq dövrü" adlandırmışdı.[1]

Sanetaka dövrün bir çox ədəbi fiquru ilə birlikdə fəaliyyət göstərmişdir.[1] Bunların içərisində renqa janrının ustası Soqi də var idi.[1] O, Soqiyə "Şinsen Tsukubaşu" adlı renqa kolleksiyası tərtib etməkdə kömək etmişdir.[1] Sanetaka vaka və renqa janrlarında şeirlər yazan şair, "Saqoromo" no tamaşasının müəllifi, "Gencinin hekayəsi" kimi klassik əsərlərin mütəxxəsisi, Çin tarixinin tələbəsi, etika və mərasim məsələləri üzrə ekspert, xəttat və şoqi oyunçusu kimi tanınmışdır.[1]

Əsərləri redaktə

Sanetakanın ən tanınmış əsərlərinə "Setsuqyokuşu""Çosetsuşu" adlı şeir kolleksiyaları, poetik fəaliyyətləri haqqındakı gündəliyi "Sayşoso", poetik nəzəriyyələrdən bəhs edən "Eyka tayqayşo", "Gencinin hekayəsi" əsərinin təhlili olan "Genci monoqatari sayryuşo" və mərasim məsələləri haqqındakı traktatı "Şozokuşo" aiddir.[1] 1474-1536 illəri əhatə edən "Sanetaka ko ki" adlı gündəliyində dövrün mədəni və siyasi vəziyyətini təsvir etmişdir.[1]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 12. ISBN 0-87011-627-4. İstifadə tarixi: 14 iyul 2022.

Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024