Santiqrat Haqqinda Melumat - Vikipedia

Santiqrat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Santiqrat, iki ölçü dəyəri arasının 100-ə bölünməsi ilə əldə edilən dəyərdir. Santiqrat, °C simvolu ilə göstərilir. Termin, metr sistemi ilə bərabər XVIII əsrdə Fransada ortaya çıxmışdır.

Mənşəyi redaktə

Mənasından başa düşüldüyü kimi santiqrat, qratın (qrad = dərəcə) yüzdə biridir. Latın dilində yüz mənasını verən centum və dərəcə mənasını verən gradus sözlərinin birləşməsindən yaranıb.[1] Söz müasir dövrdəki istifadə üsulu ilə Azərbaycan dilinə Fransız dilindən daxil olmuşdur.[2]

Santiqrat və Selsi şkalası redaktə

1954-cü ildə Kelvin ölçüsündən 273,15-ə qalxaraq təyin edilmiş Selsi şkalası ölçüsü, 1887-ci ildə təyin edilmiş santiqrat ölçüsünə çox yaxındır. Arada günlük istifadə də, nəzərə alınmayacaq fərq olduğundan selsi dərəcəsi ilə santiqrat, mübadiləli olaraq istifadə edilə bilər. Santiqrat, eyni zamanda bucaq ölçüsündə də istifadə edildiyinə görə bir çox dillərdə öz yerini daha dəqiq ölçü dəyəri olan Selsi şkalasına buraxmışdır. Lakin türk dilində çox geniş istifadə olunur.[3]

İstinadlar redaktə

  1. "Çevrimiçi Etimoloji Sözlüğü (İng.)". 2007-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  2. TDK Sözlük[ölü keçid]
  3. "Centigrade and Celsius Temperature Scales". 2006-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024