Sarı Aşıq Haqqinda Melumat - Vikipedia

Sarı Aşıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sarı Aşıq (XVI əsr, Laçın rayonuXVII əsr, Güləbird) — bayatı ustadı.[1]

Sarı Aşıq
Doğum tarixi XVI əsr
Doğum yeri
Vəfat tarixi XVII əsr
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Janrlar Bayatı, şeir
Vikimənbənin loqosu Sarı Aşıq Vikimənbədə

Həyatı redaktə

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur.

Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur.

Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir".[2] 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı. Qaradaği təzkirəsində göstərir ki,onun adı Qurbanəlidir,el arasında ona haqq aşığı deyirmişlər. S.Mümtaz ilk kitabında onun adını Abdulla yazmış,sonra isə Sarı Aşıq olduğu qənaətinə gəlmişdir. B.Behcət isə onun adının Sarıca Nəbi olduğunu söyləyir[3].

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.

Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapmışdır.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir.

Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə etmişdir.

Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir.

1993-cü ildə erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıtmışlar.

Kitabları redaktə

 
Sarı Aşığın abidəsi (işğal zamanı)
  • Sarı Aşıq. Seçmə bayatılar. Tərtib və ön söz: Hüseyn Kürdoğlu. Bakı: Sabah, 1993, 120 səh.
  • Sarı Aşıq. Şeirlər. Tərtib və ön söz: Əhliman Axundov. Bakı: Azərnəşr, 1966, 90 səh.
  • Sarı Aşıq. Gül dəftəri. Bakı: "Adiloğlu", 2011, 242 səh. (toplayanı və tərtib edəni: İlham Qəhrəman).[4]

Ədəbiyyat redaktə

  • P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: 1981, s. 191-193.
  • Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı: 1960, s. 491-495.
  • Mirzazade Mustafa Fahretdin. Azeri Âşıklarından Sarı Âşıq. Azerbaycan Yurt Bilgisi, 3 (28), Nisan 1934, s. 176-178.
  • Telli saz ustadları. Bakı: 1964, s. 7-10.
  • Vagif Vəliyev. Azərbaycan folkloru. Bakı: 1985, s. 142-146.
  • Azərbaycan aşıqları və el şairləri. I cild. Bakı: 1983, s. 88-92.
  • "Laçın yurdu" jurnalı, №1(1), 2011, Bakı, "Elm və təhsil", 2011
  • Pirsultanlı, S. Sarı Aşığın poeziyası //Xalq cəbhəsi.- 2012.- 6 dekabr.- S. 14.

İstinadlar redaktə

  1. Qasımlı, M. Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.
  2. Hüseyn Kürdoğlu, "Sarı Aşıq", Bakı, "Sabah", 1993
  3. Paşa Əfəndiyev. Şifahi xalq ədəbiyyatı. Bakı.
  4. Uğur. Sarı Aşığın “Gül dəftəri”: [Atatürk Mərkəzində Sarı Aşığın eyni adlı kitabının (toplayanı İlham Qəhrəmandır) təqdimatı] //Xalq cəbhəsi.- 2012.- 31 yanvar.- S. 14.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023