Sarıcallı Haqqinda Melumat - Vikipedia

Sarıcallı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sarıcallı

Cəbrayıl rayonunda kənd

SarıcallıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sarıcalı kəndi Şükürbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıcalı kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Sarıcallı
39°17′44″ şm. e. 47°05′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 250 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıcallı xəritədə
Sarıcallı
Sarıcallı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası redaktə

Yaşayış məntəqəsi bəhmənlilərin bir qolu olan sarıcalıların adı ilə bağlıdır. Sancalılar cavanşir və başqa tayfalarla birlikdə Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışdılar. XIX əsrin əvvəllərində onlar dərgahlı, əmiraslanbəyli, çəmənli, incilli, yetim adlı tirələrə bölünürdü. 1917-ci ildə Şuşa qəzasında Əmiraslanbəyli Sarıcalısı, İncirli Sarıcalısı, Tərəkəmə Sarıcalısı, Quzanlı Sarıcalısı adlı yaşayış məntəqələri də qeydə alınmışdı.[3]

Tarixi redaktə

Coğrafiyası və iqlimi redaktə

Kənd Gəyən çölündə yerləşir.

İqtisadiyyatı redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  2. "Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi". qafqazinfo.az (az.). 5 oktyabr 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  3. Sarıcallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax redaktə


Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024