Sarımsaqyarpaqlı pişikotu Haqqinda Melumat - Vikipedia

Sarımsaqyarpaqlı pişikotu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sarımsaqyarpaqlı pişikotu

Valeriana alliariifolia Adams

Qısa morfoloji xüsusiyyətləri redaktə

Hündürlüyü 7–100 (200) sm, gövdəsi düz, möhkəm, çox şırımlı, içi boş, 5–7 ədəd düyünaraları vardır, lap aşağıdakılar qısalmış olan, hündür, çoxillik çılpaq bitkidir. Kökümsovu

qalın və qısadır, qeyri-bərabər budaqlanmışdır.

Yarpaq redaktə

Yarpaqları gövdə üzərində (3) 5–7 (8) cüt olmaqla düzülmüş, kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, iridir, dəyirmi ürəkşəkillidir, qaidə hissəsi dərinürəkşəkillii

və ya böyrəkşəkillidir, kənarları sivri dişcikləri olan oyuqlu-dişlidir və sivri və yaxud uc hissəsi sivriləşmişdir, sonrakılar daha qısa saplaq üzərində olub, tədricən azalandır, enli ürəkşəkilliyumurtaşəkillidir, daha sivriləşmişdir, yuxarıdakı yarpaq cütləri demək olar ki, oturaqdır.

Çiçək redaktə

Çiçək qrupu iridir, qalxanvari olub, dixotomik budaqlanmış, bar verən zaman şaxələnəndir. Tac konusvari-qıfşəkillidir, ağ və ya çəhrayı rəngdədir.

Meyvə redaktə

Meyvələrinin uzunluğu (3) 4–5 mm-dir, yastıdır, azacıq ürəkşəkilli əsası tədricən yuxarıya doğru daralmışdır, uzunsov və ya xətvariuzunsovdur, çılpaqdır; uçağanı 10–15 ədəd cod

tüklərdən ibarətdir, meyvənin ölçüsünə bərabərdir.

Çiçəkləməsi redaktə

İyul-Avqust

Meyvə verməsi redaktə

(İyul) Avqust-Sentyabr

Azərbaycanda yayılması redaktə

BQ qərb Şəki və Zaqatala r-n). Yuxarı meşə və subalp qurşaqlarında.

Yaşayış mühiti redaktə

Meşə talalarında və çəmənlərdə, rütubətli yerlərdə, çay sahilində, bulaqların yaxınlığında, qayalarda və tökməyerlərdə rast gəlinir.

Mənbə redaktə

[1]

İstinadlar redaktə

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

Ən Son Axtarılanlar

SəhifəyəKeçidlərUnudulmuş_ordu_(serial SəhifəyəKeçidlərHacı_Molla_Æ Hacı_Molla_ƏhmÃà SəhifəyəKeçidlərUnudulmuş_ordu_(serial SəhifəyəKeçidlərBərdəskən_şəhristanı SəhifəyəKeçidlərHacı_Molla_Əhməd_Nuruzadə SəhifəyəKeçidlərUnudulmuş_ordu_(serial SəhifəyəKeçidlərÄ°dris_Məmmədov_(şəhid) Ä°taliya_càÄ°taliya_cəbhàSəhifəyəKeçidlərÄ°taliya_cÉ KYRM_2015_Avropa_OyunlaràSəhifəyəKeçidlərKYRM_2015_Avropa_OyunlarÃàSəhifəyəKeçidlərÄ°lhamə_Qasımova KYRM_2015_Avropa_OyunlarÄ SəhifəyəKeçidlərKYRM_2015_Avropa_OyunlarÄàSəhifəyəKeçidlərÄ°taliya_cəbhəsi SəhifəyəKeçidlərKYRM_2015_Avropa_Oyunlarında SəhifəyəKeçidlərÄ°taliya_cəbhəsi Fayl:Ordubadda_Qeysəriyyə_abidəsi_12.JPG
Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024