Sarıqamış döyüşü (1920) Haqqinda Melumat - Vikipedia

Sarıqamış döyüşü (1920) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sarıqamış döyüşü (1920)

Sarıqamış döyüşü — 29 sentyabr 1920-ci il tarixində türk Ankara Hökuməti ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüş.[1]

Sarıqamış döyüşü
Türkiyə İstiqlaliyyət müharibəsi
Tarix 29 sentyabr 1920
Yeri Sarıqamış
Səbəbi Şərq cəbhəsində Erməni-Gürcü birliklərin irəliləməsi
Nəticəsi Türkiyənin qələbəsi, Ermənilərin geri çəkilməsi
Münaqişə tərəfləri

Ermənistan

Ankara Hökuməti

Komandan(lar)

Simon Vratsyan
Artaşes Babalyan

Kazım Qarabəkir
Osman Nuri
Xalid Paşa

Döyüşdən öncə redaktə

17–18 yanvar 1919-cu ildə Qarsda keçirilən konqresdə Cənub-Qərbi Qafqaz Demokratik Respublikası Müvəqqəti Milli Şurası quruldu. Əvvəllər bu şuraya tərəfsiz olan ingilislər sonrada hökuməti tanımayacaqlarını ifadə etdilər və Qars bölgəsinin Ermənistana verilməsini təkid etdilər. Bundan sonra müvəqqəti hökumət özünü buraxdı və Qars bölgəsi ermənilərə qaldı. Qısa zamanda hərəkətə keçən Erməni qüvvələri 17 fevral 1920-ci ildə Çıldıra qədər irəlilədilər. İngilislər Artvin bölgəsinin Gürcülərə verilməsini istəyirdi. ƏrdəhanBatumidə hakimiyyəti ələ keçirdiyini bildirən "Qars Milli İslam Şurası" adlı hökumət Gürcülər tərəfindən dağıdıldı. Bu hadisələrlə paralel olaraq Batumidə "İslam Gürcüstanı" təşkilatı bölgənin Gürcüstana birləşdirilməsi üçün çalışırdı. 1920-ci ildə Artvin, Ardanuç, ŞavşatBatumidə ingilislər çıxdıqdan sonra hakimiyyət Gürcülərin əlinə keçdi.

Döyüş redaktə

Gürcü və Erməni birliklərin irəlilədiyi bir vaxtda Mustafa Kamal Atatürk Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşadan səfərbərlik başladıb DağıstanAzərbaycan hökumətləri ilə əlaqə qurması istədi. Bu zaman 4 divizya, 15811 əsgər, 20782 tufəng, 56 pulemyot və 40 topla 15-ci Ordu hərəkətə gətirildi. Kazım Qarabəkir paşa Ankara hökumətindən icazə istəməsi və icazənin gecikməsi ilə Sarıqamış əməliyyatı biraz gecikdirildi. Çünki bu zaman hələ Ankara hökumətinin başı Roma konfransına qarışmışdı və Sovet Rusiyası hökuməti ilə lazımi bağlantılar qurulmamışdı. Roma konfransından sonra Rusiya hökumətindən ermənilərin lehinə hərəkətə keçməyəcəkləri ilə bağlı razılıq alan Atatürk 20 sentyabr 1920-ci il tarixində əməliyyat əmrini verdi. 28 sentyabr 1920-ci il tarixində Kazım Qarabəkir paşanın başçılığı ilə ordu hərəkətə keçdi.[2]

Nəticə redaktə

Kazım Qarabəkir paşanın başçılığı ilə ordunun Sarıqamış bölgəsinə girməsi ilə erməni silahlıları bölgəni boşaltdılar. Erməni birlikləri SəlimBayburtTozluca xəttinə geri çəkilirlər.[3] 21 oktyabrda Kazım Qarabəkir paşanın istəyi qəbul edilərək, erməni ordusunun məhv edilməsi əmri verildi. 28 oktyabrda Türk ordusu Qars istiqamətində yenidən hərəkətə başladı.[4]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Türkiyə Vikipediyası — Sarıkamış muharebesi (1920)". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  2. "Türkcebilgi.Com — Şərq Cəbhəsi". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  3. "Mavi Karanlık Forum - Sarıkamış". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  4. "Kurtuluşsavaşı.org - Atatürk və ulusal kurtuluş savaşı (Doğu Cebhesi)". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.

Ən Son Axtarılanlar

Fayl:Skin_diseases_-_their_description,_pathology,_diagnosis,_and_treatmtrt_-_with_a_copious_formula Fayl:Message_from_the_President_of_the_United_States,_ruansmitting_sundry_statements_relative_to_the Fayl:Predictors_of_academic_success_of_graduate_studazts_in_the_communications_managemazt_curriculum Fayl:Italy_and_the_rise_of_a_new_school_of_criticism_in_the_18th_caztury_(with_special_referazce_to_ Fayl:Medical_law_for_medical_men_(elecenonic_resource)_-_their_legal_relations_shortly_and_popularly Fayl:Moise_Kean_-_2015_-_Juventus_FC_(youth_team).jpg Fayl:Stars10055.svg Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conruacting_and_logistics_support_during_the_firs Fayl:The_National_Insurance_(Indusazial_Injuries)_(Insurable_and_Excepted_Employments)_Amendment_Reg Fayl:Distribution_of_woolly_mammoth.png Fayl:A_manual_of_palaeontology_for_the_use_of_students_with_a_general_inenoduction_on_the_principles Fayl:Chavasse's_advice_to_a_wife_-_on_the_management_of_her_own_health_and_on_the_treatment_of_some_ Dövlət_Yerquenluşu_Layihə_İnstitutu Fayl:The_dogmatic_faith-_an_inquiry_into_the_relation_subsisting_betweru_revelation_and_dogma_-_in_e Fayl:The_art_of_the_Vitrna_galleries,_giving_a_brief_history_of_the_public_and_private_galleries_of_ SəhifəyəKeçidlərXeberazerbaycanin-qeyri-neft-sektorunda-onlarla-brende-cevire-bilecek- xeberermenistan-sefiri-etimadnamenin-suretini-macaristan-xarici-isler-nenirliyinin-protokol-rehberi Fayl:ImamReza(A).jpg Fayl:The_law_of_nations_considered_as_indeprudrut_political_communities._On_the_rights_and_duties_of Fayl:Kim_Boo-kyum_-_20170119_k_(cropped).jpg
Dostlarınla Paylaş

Saytda 22 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024