Sarıqayabaşı burnu Haqqinda Melumat - Vikipedia

Sarıqayabaşı burnu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sarıqayabaşı burnu

Sarıqayabaşı burnu[1] — burun olaraq Abşeron yarımadasının şimal-qərbində yerləşir. İnzibati cəhətdən Sumqayıt şəhəri ərazisinə daxildir. Burunda həyət evlərindən ibarət massiv vardır. Şəhərin X və XV məhəllələrinin bir hissəsi burnun ərazisində yerləşir. Şəhərin əsas infastruktur obyekti olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu ərazidədir. Burundan ölkə əhəmiyyətli və şəhərin dəniz qırağı ərazisindən keçən S. Vurğun küçəsi keçir.

Sarıqayabaşı burnu
Yerləşməsi
40°36′32″ şm. e. 49°40′14″ ş. u.
Akvatoriya Xəzər dənizi
Ölkə  Azərbaycan
Sarıqayabaşı burnu xəritədə
Sarıqayabaşı burnu
Sarıqayabaşı burnu

Coğrafiyası redaktə

Burun[2] şimal-şərqə istiqamətlənmişdir. Sahil hissələrində hündürlük −28 m təşkil edir. Əsasən qumsal əsazilərdən ibarətdir. Burunun yaxınlığında Sumqayıtçayı dənizə tökülür. Çay nadir hallarda daşqın əmələ gətirir. Bununla belə burnun çayın fəaliyyəti nəticəsində əmələ gəlmə ehtimalı yüksəkdir.

Sarıqayabaşı burnundan 10 metrlərlə aralıda, dayazlıqla ayrılan kiçik daş yığınağı

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Sarıqayabaşı burnu". 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
  2. "Sarıqayabaşı burnu. Sumqayıt. Azərbaycan". 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024