Sara Qədimova Haqqinda Melumat - Vikipedia

Sara Qədimova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sara Qədimova

Azərbaycan müğənnisi

Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Sara Qədimova
Ümumi məlumatlar
Doğum tarixi 31 may 1922(1922-05-31)
Doğum yeri
Vəfat tarixi 12 may 2005(2005-05-12) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1941–2005
Janrlar muğam, xalq musiqisi
Səs tembri lirik-koloratur soprano
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954
"Şöhrət" ordeni — 1997 "Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı redaktə

Sara Qədimova – Haralısan

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.[1]

Səsi lirik-koloratur sopranodur. ADF-nin solisti (1941-ci ildən) olmaqla yanaşı, 1957–1962-ci illərdə ADOBT-nin da aparıcı səhnə ustası olub. Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur.

Ailəsi redaktə

Sara Qədimova müğənni Akif İslamzadənin anası, xanəndə Hacıbaba Hüseynovun baldızıdır.

Mükafatları redaktə

Əsas rolları redaktə

Filmoqrafiya redaktə

Video redaktə

İstinadlar redaktə

  1. "Sara Qədimova". 2019-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-06.
  2. S. B. Qədimovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1997.- № 2.- S. 71.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.

Xarici keçidlər redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024