Sazan Haqqinda Melumat - Vikipedia

Sazan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur.

Sazan adası
alb. Sazani
Ümumi məlumatlar
Sahəsi 5 km²
Uzunluğu
  • 4,7 km
Eni 2 km
Hündür nöqtəsi 342 m
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
40°30′ şm. e. 19°17′ ş. u.
Ölkə  Albaniya
Akvatoriya
Sazan adası xəritədə
Sazan adası
Sazan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

 
Sazan adası xəritəsi

Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır. Adanın maksimal hündürlüyü 342 metrdir. Sahildən 15 km aralıda yerləşir.

Tarixi redaktə

 
Sazani adası

Ada uzun zaman Venesiya Respublikasına mənsub olmuşdur. Napoleonun apardığı müharibələrin sonucunda, Paris sülh müqaviləsinə görə (1815 il) ada digər İoniy adaları da daxil olmaqla Britaniyanın protektoratlığına verilir[1]. 1864-ci ildən İoniy adaları və Sazani adası Yunanıstana verilir. İkinci Balkan müharibəsinin sonucunda 1913-ci ildə İtaliyaAvstriya Yunanıstanı Albaniyanın cənubu və Sazani adasını boşaltmağa məcbur edilir. 30 oktyabr 1914-ci ildə İtaliya adanı zəbt edir və burada öz postlarını yerləşdirir. 1915-ci ilin 26 aprel London anlaşması ilə adanın İtaliyaya verilməsi təstiqlənir, Albaniy müstəqilliyini itirir. Birinci Dünya müharibəsi bitdikdən sonra isə Albaniya müstəqilliyini bərpa edir. 2 sentyabr 1920-ci il Alban-İtaliya anlaşması ilə ada yenidən İtaliyaya verilir. İkinci Dünya müharibəsi zamanı 1943-1944 illərdə Almaniyanın işğalı altında olmuşdur. 10 fevral 1947-ci il İtaliya ilə imzalanan anlaşma ilə ada Albaniyaya qaytarılmışdır. Sovet və Albaniya arasında yaranan siyasi toqquşmalara, 19601961 illərə qədər adada Sovetlərə məxsus hərbi hissələr yerləşdirilmişdi.

29 aprel 2010 il qərarı ilə ada ətrafında yerləşən 1852 metr (1 dəniz mili) radiusunda sahədə milli park yaradılmışdır. Karaburun-Sazan milli parkı Albaniyanın ilk dəniz milli parkıdır[2].

Faunası redaktə

 

Sazan adası ərazisində 7 suda-quruda yaşayan 3 ilan növü yaşayır. Burada 15 quş növünə rast gəlmək olar.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  2. "Vendim për Shpalljen "Park Kombëtar" të Ekosistemit Natyror Detar Pranë Gadishullit të Karaburunit dhe Ishullit të Sazanit". 2014-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.

Mənbə redaktə


Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023