Securex Caspian Haqqinda Melumat - Vikipedia

Securex Caspian Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Securex Caspian

Azərbaycanda təşkil olunan sərgi

Securex Caspian — Bakıda təşkil olunan beynəlxalq sərgi.

Securex Caspian
azərb. Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Tezliyi hər ilin payızında
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2016-cü il
Növbəti 6-8 sentyabr, 2022-ci il
Təşkilatçı Caspian Event Organisers
securexcaspian.az

Haqqında redaktə

"Securex Caspian" sərgisi beynəlxalq səviyyəli tədbirdir və hüquq-mühafizə orqanları, eləcə də sərhəd, xilasetmə və xüsusi təyinatlı xidmətlər üçün nəzərdə tutulmuş perspektiv texnika nümunələrinin, habelə inteqrasiya olunmuş təhlükəsizlik sistemləri və silahların nümayişi üçün ideal platformadır[1][2].

2016-cı ildə "Securika CIPS" sərgisində Azərbaycan, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən gələn şirkətlər iştirak etmişdir[3][4].

Məqsəd redaktə

Sərgi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradır və dövlətdaxili, ictimai və vətəndaş təhlükəsizliyinin təmin olunması üzrə tətbiqi tapşırıqların həllinə kömək edir. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edirlər.

Sərginin bölmələri redaktə

  • Polis texnika və avadanlıqları
  • Sərhədlərin mühafizəsi üçün sistem, vasitə və texnikalar
  • Qəza-xilasetmə texnika və avadanlıqları
  • Yanğın təhlükəsizliyi
  • Video-müşahidə
  • Kiber-təhlükəsizlik və məlumatların qorunması
  • Girişi məhdudlaşdırma sistemləri
  • Kriminalistik avadanlıqlar
  • Terror təhdidlərinə qarşı əks tədbir üçün sistem və vasitələr
  • Fərdi mühafizə vasitələri
  • Perimetri mühafizə sistemləri
  • İctimai yerlərin təhlükəsizliyi, ictimai nəqliyyatda təhlükəsizlik
  • Təhlükəsizliyi təmin etmək üçün mexaniki sistemlər
  • Sərhəd nəzarəti və gömrük baxışı üçün texniki vasitələr
  • Xüsusi nəqliyyat vasitələri
  • Mühafizə xidmətləri

İstinadlar redaktə

  1. "Bakıda Xəzər İnşaat Həftəsi keçirilir - FOTO". Report İnformasiya Agentliyi (az.). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2022.
  2. "19-22 oktyabr tarixlərində Bakıda üç iri beynəlxalq sərgi keçiriləcək". interfax.az. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2022.
  3. "Bakıda IX "Securika CIPS 2016" sərgisi start götürəcək". azertag.az (az.). 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2022.
  4. "Bakıda "BakuBuild 2016", "Aquatherm Baku 2016", "Securika CIPS 2016" sərgiləri keçirilir". 1news.az (az.). 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2022.

Xarici keçidlər redaktə


Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024