Sekeşfexervar Haqqinda Melumat - Vikipedia

Sekeşfexervar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sekeşfehervar və ya xalq dilində Fehervar ("ağ qəsr") Macarıstanın mərkəzində yerləşib, Mərkəzi Transdunay əyalətinin paytaxtıdır. Bu ərazi BalatonVelens göllərinin arısında yerləşən mühüm dəmiryol və yol qovşağıdır.

Şəhər
Sekeşfexervar
mac. Székesfehérvár
Bayraq Gerb
Bayraq Gerb
47°12′ şm. e. 18°25′ ş. u.
Ölkə  Macarıstan
Tabesində Mərkəzi Transdunay
Tarixi və coğrafiyası
Əsası qoyulub 972
İlk məlumat 972
Sahəsi
  • 170,89 km²
Mərkəzin hündürlüyü 118 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 95.915 nəf. (1 yanvar 2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 22
Poçt indeksi 8000–8019
Digər
szekesfehervar.hu
Xəritəni göstər/gizlə
Sekeşfexervar xəritədə
Sekeşfexervar
Sekeşfexervar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

"Sekeşfexervar" sözünün etimologiyası redaktə

Sekeşfexervar şəhəri orta əsrlərdə Macarıstan krallığının paytaxtı olmuşdur. Sekeşfexervar sözü macar dilindən tərcümədə "taxtlı ağ qəsr" mənasını verir. Taxt mənasında işlədilən Sek (mac. szék ) kəliməsi şəhərin Macarıstan tarixində oynadığı rol ilə bağlıdır. Müqəddəs Krallıq doktrinasına əsasən ilk macar kralı I Stefan burada taxta çıxmış və dəfn edilmişdir.

Macarlara qədər redaktə

Burada ilk məskunlaşma e.ə V əsrə təsadüf edir. Hələ Roma imperiyası dövründə ərazi Qorsiyum və Herkuliya adlanırdı. Təxminən V əsrdə ilk slavyan tayfaları buraya köç etmişdir. Bölgə böyük Moraviya dövründə mərkəz olub, Belegrad adlandırılmışdır. Şəhərin orta əsrlərdəki adı Alba Regialis və ya Alba Regia olmuşdur. Buradan keçən ticarət yolları Balkanlardan İtaliyaya, Buda və Vyanaya qədər uzanırdı.

Erkən Macar dövrü redaktə

Sekeşfexervar şəhəri 972-ci ildə şahzadə Qeza tərəfindən Qaja və Sarviz bataqlıqlarının yerləşdiyi yerdə, 4 ada üzərində qurulmuşdur. Şəhərlə yanaşı o, burada qala inşa etdirmişdir. Şəhərdən ilk dəfə 1009-cu ildə Vesprem arxiyepiskopu Alba Sivitas kimi bəhs edilmişdir. Qezanın oğlu Stefan şəhər ətrafında qala, məktəb və bazilika inşa etdirdi. Həmən dövrdə şəhər əhalisnin sayı 3500 nəfər idi. Sekeşfexervar əsrlər boyu Macar krallığının paytaxtı olmuş, 1526-cı ilə qədər burada 43 kral taxta çıxmış, 15 kral isə dəfn edilmişdir (sonuncusu 1540-cı ildə) XII əsrdə şəhərdə yeni monastrlar, kilsələr, evlər inşa edildi. Bəhs edilən dövrdə şəhər müqəddəs ziyarətlərini yerinə yetirmək üçün yola düşənlərin ən önəmli dayanacaqlarından biri idi. 1222-ci ildə II Andraş tərəfindən 1848-ci ilə qədərki macar konstutsiyasının əsasını təşkil edən "Qızıl Buğa" kodeksi elan edildi. Burada ali təbəqənin hüquqları və kralın vəzifələri öz əksini tapmışdı. Monqolların Macarıstanı işğal etdiyi bir vaxtda hava şəraiti şəhəri işğaldan xilas edən amil olmuşdur. Beləki qarın əriməsi ilə yaranan sel monqolların qalaya yaxınlaşmasına imkan verməmişdi. Artıq XIV əsrdə Sekeşfexervarın ətrafı geniş surlarla əhatə olunmuşdu.

Osmanlı hakimiyyəti altında redaktə

1543-cü il avqust ayının 20-də Osmanlı imperatoru Şah I Süleyman tərəfindən şəhər mühasirəyə alnmış, sentyabr ayının 4-də isə osmanlı qoşunları şəhərə daxil olmuşdur. Şəhər Buda əyalətinin sancağına çevrilsə də 1601-ci ildə Habsburqların hücumuna məruz qalaraq işğal edilir[2]. Çox keçmədən 1602-ci ildə Sokulluzadə Lala Mehmet Paşa şəhəri yenidən Osmanlı torpaqlarına qatmağa müvəffəq olmuşdur. 1688-ci ildə Habsburqlar tərəfindən yenidən işğalına qədər Sekeşfexervar 145 il Osmanlı imperiyası tərəfidən idarə edilmişdir. Osmanlılar şəhərə Belqrad adı verərək burada məscidlər inşa etdirirlər. Artıq XVI–XVII əsrlərdə şəhər əhalisinin əsasını müsəlmanlar təşkil edirdi. XVIII əsrdə osmanlıların bölgədəki nüfuzunun azalması ilə şəhər yenidən Habsburq sülaləsinn hakimiyyəti altına keçmişdir. Bu dövrdə ölkənin paytaxtı Sekeşfexervardan Vyanaya köçürüldü. 1703-cü ildə şəhər müstəqil bir krallıq şəhərinə çevrilsə də, bir də paytaxt statusunu qazana bilmədi. XVIII əsrdə burada yeni binalar- Fransisken, Sizvit kilsələri, Barok sarayları inşa edildi. 1848-ci il inqilabı nəticəsində şəhər nüfuzunu itirərək, əsasən təsərrüfat əhəmiyyətli bir şəhərə çevrildi. 1922-ci ildə burada radio fəaliyyət göstrəməyə başladı.

II Dünya müharibəsindən sonra redaktə

Əhalinin əvvəlki rifah səviyyəsinin yenidən yüksəlməsi II Dünya müharibəsindən sonrakı illərə təsadüf edir. II Dünya müharibəsindən sonra Sekeşfexervar sürətlə sənayeləşməyə başladı. Burada ölkə əhəmiyyətli fabriklər- avtobus fabriki, Videoton radio və televizya fabriki yerləşirdi. 1970-ci ildə şəhər sakinlərinin sayı 100 minə çatmışdı. Buradakı ən mühüm Barok binaları kafedral, yepiskop sarayı və bələdiyyə binası idi. Sosyalist rejimin hökm sürdüyü vaxtlarda bir çox fabrik sahibi müflisləşmiş, minlərlə insan işsiz qalmışdı. Buna baxmayaraq əlverişli strateji mövqeyinə görə Sekeşfexervar bir çox sərmayeçinin diqqətini çəkmişdi. Nəticədə şəhər Macarıstanın bazar iqtisadiyyatına keçişinin ən önəmli nümunəsinə çevrilmiş və burada bir çox beynəlxalq firmaların filialları fəaliyyət göstərməyə başlamışdır[3].

Mədəniyyəti redaktə

Memarlıq abidələri redaktə

  • Tarixi mərkəz binaları (Barok, Klassik)
  • Müqəddəs Sefan kafedralı (orta əsrlərdə ən böyük bazilikalardan biri)
  • Müqəddəs Anna şapeli (1470-ci illərdə inşa edilmişdir)
  • Müqəddəs Stefan tərəfindən inşa etdirilən orta əsr kilsəsinin qalıqları
  • Yepiskopluq sarayı
  • Bələdiyyə binası
  • Ziç sarayı (1781)
  • Sitari qaynağı (1999-cu ildə Avropa Nostra muükafatına layiq görülmüş Bizans memarlıq üslubunda kilsə)
  • Qızın Buğa heykəli (1972)
  • Bori kilsəsi (XX əsr)
  • Vörösmarti teatrı (ölkənin ən qədim teatr binası)
  • Dəmiryolu modeli sərgisi[4]

Muzeyləri redaktə

  • "Kral Stefan" muzeyi
  • Oyuncaq gəlincik muzeyi
  • Şəhər muzeyi
  • Sitari su qaynağı
  • "Qara Qartal" muzeyi


Qalereya redaktə

İstinadlar redaktə

  1. Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2023.
  2. "MACARİSTAN'DA OSMANLI HAKİMEYİTİNİN VE İDARİ TEŞKİLATININ KURULUŞU VE GELİŞMESİ" (PDF). 2020-11-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-17.
  3. Sugar, Peter. A History of Hungary. İndiana University Press. 1994.
  4. "Szekesfehervar". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.



Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023