Senday meydanı (Minsk) Haqqinda Melumat - Vikipedia

Senday meydanı (Minsk) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Senday meydanı (Minsk)

Senday meydanı (rus. Сендайский сквер; belar. Сэндайскі сквер) – Belarusun paytaxtı Minskdə yerləşən mədəniyyət parkı. Yaponiyada yerləşən və Minsklə qardaşlaşmış Senday şəhərinin şərəfinə yaradılmışdır.[2]

Senday meydanı
belar. Сэндайскі сквер
Məlumatlar
Parkın tipi park
Ölkə
Yerləşməsi Maskouski rayonu, Minsk, Belarus
Yaradılıb 2002
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Senday meydanı Minsklə Yaponiyanın Senday şəhəri arasındakı qardaş şəhər əlaqələrinin şərəfinə 2002-ci ildə yaradılmışdır. Belə ki, 2002-ci ildə Yaponiyanın "Citizen" saat şirkəti Minskə günəş batareyaları ilə işləyən saat hədiyyə etmişdir. İki sferblatı olan saat həm Minsk saatını, həm də Senday saatını göstərir. Belarus Musiqi Teatrının binasının önündə quraşdırılmış bu saat "Dostluq saatları" kimi adlanmağa başlamışdır.[2]

2003-cü ildə park üzərində işlər tamamlanmış, 5 il sonra park yapon üslubunda olan dekorativ elementlərlə bəzədilmişdir.[2] 2007-ci ildə Senday şəhərindən olan rəsmi nümayəndələr parkda sakura ağacları əkmişdirlər. 30 iyun 2009-cu ilin iyununda Belarusda keçirilmiş Senday günləri çərçivəsində parkda sakura ağacı əkmə tədbiri baş tutmuşdur.[3]

2011-ci ildə Yaponiyada baş vermiş Tohoku zəlzələsi və sunamisi Senday şəhərində böyük dağıntılara və insan təlafatına səbəb olmuşdur. Yaponiyaya dəstəyini göstərmək istəyən Minsk sakinləri 14 martda parkda toplaşmış, zəlzələ qurbanları üçün şam yandırmış, çiçəklər gətirmiş, parkdakı ağaclardan durna oriqamiləri asmışdırlar.[2]

Xüsusiyyətlər redaktə

Senday meydanı Minskin MyasnikovNyamiqa küçələrinin kəsişməsində, Belarus Musiqi Teatrının qabağında yerləşir. Park teatr binasının girişindən başlayır. Burada yunan mifologiyasından olan 5 muzanı təsvir edən və bürüncdən hazırlanmış "Muza" heykəli yerləşir. Parkın digər tərəfində "Batleyka" adlı heykəl kompozisiyası yerləşir. Bu kompozisiya ənənəvi kukla teatrından olan personajları əks etdirir.[2]

Park yapon memarlığının elementləri ilə və yapon bağı üslubunda bəzədilmişdir. Parkda yaradılmış fəvvarə şərq teatr maskaları formasındadır və su bu maskalardan tökülür. Fəvvarədən kiçik çay da başlayır. Burada bambuk məhəccərli körpülər, yapon daş fənəri və daş kompozisiyaları yerləşir. Parkda balzam qovağı, yay palıdı, adi quşarmudu, dazifora, Tunberq zirinci, söyüd və sakura kimi ağaclar, eləcə də, petuniya, beqoniya, süsən, zanbaq, qaylardiyaMeksika aqeratumu kimi gül bitkiləri əkilmişdir.[2]

Qalereya redaktə

İstinadlar redaktə

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. 1 2 3 4 5 6 "Сендайский сквер". Tourister (rusca). 9 dekabr 2020. Archived from the original on 2022-12-06. İstifadə tarixi: 17 aprel 2024.
  3. "Сендайский сквер". Radmos (rusca). 17 aprel 2023. 17 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2024.

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024