Serb Respublikasında turizm Haqqinda Melumat - Vikipedia

Serb Respublikasında turizm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Serb Respublikasında turizm

Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır.

Təbiət gözəllikləri redaktə

Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır. Bu çaylar zəngin balıq ehtiyyatlarına sahibdir[1].

Təbiətinin digər gözəlliyi isə onun zəngin heyvanlar aləminə sahib olmasıdır. Burada maral, qaban, tülkü, dovşan, çöl ördəkləri və kəkliklərə rast gəlmək olur. Bu canlıların böyük əkrədiyyətin Balkan yarımadasının bu hissəsində qışlayırlar. Mrakovisa dağının zirvəsində müharibə qurbanlarının şərəfinə memorial abidə qoyulmuşdur.

Serb Respublikasının ərazisində «Suteçka» Milli parkı yerləşir. Burada min illik meşənin ərazisi 1291 ha-dır[2][3][4][5]. Park onun ərazisindən axan eyni adlı çaydan almışdır. Çay Zelenqora, Leliya, Maqliç və Voluyka dağları arasından axır.

Respublikanın ən böyük şəhəri Banya-Lukadır. Bura inzibati, iqtisadi və təhsil mərkəzi rolunu oynayır. Burada məşhur Balkan pendiri istehsal edilir. Kastel qalası şəhərin ən qədim tikilisidir. Resspublikanın ən cənub şəhəri Trebinedir. Srbas şəhərində isə Bardaça adlı quş qoruğu vardır.

Herseqovinanın ən görməli yerləri kilsə və monastrlardır. Onlar milli qoruma altındadır. Monastır Tvrdoş və Dobriçevo XV əsr, Lovnisa isə XIII əsrə aiddir.

Statistia redaktə

İllərə görə turistllər redaktə

İl Ümumi turistlər Cavabdehlər Xaricilər
2006 191 934 118 997 72 937
2007[6] 222 729 132 057 90 672
2008 241 145 139 961 101 184
2009[7] 226 957 133 047 93 910
2010 236 286 141 201 95 085
2011 237 794 140 405 97 389
2012 241 214 139 239 101 975
2013 253 653 140 886 112 767
2014[8] 260 160 141 898 118 262
2015 294 781 158 571 136 210
2016[9] 323 908 166 063 157 845

Xarici ölkə turistləri redaktə

2016-cı ilə oln məlumat:

Yer Ölkə Turistlər
1 Serbiya  45 209
2 Xorvatiya  19 594
3 Sloveniya  16 701
4 Türkiyə  16 375
5 Avstriya  5 564
6 Monteneqro  5 527
7 İtaliya  4 898
8 Almaniya  4 754
9 Cənubi Koreya  3 217
10 İsveçrə Lixtenşteyn  2 253
Digərləri[10] 33 753

Qalereya redaktə

İstinadlar redaktə

  1. Туризам у Српској Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine, Приступљено 14. 8. 2015.
  2. Туристичка организација Републике Српске Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine, Приступљено 23. 4. 2013.
  3. Стање прашума Лом и Јањ у другој половини -{XX}- вијека[ölü keçid], Приступљено 23. 4. 2013.
  4. ПРЕГЛЕД ФЛОРЕ ПРАШУМСКОГ РЕЗЕРВАТА „ЛОМ“[ölü keçid], Приступљено 23. 4. 2013.
  5. Презентација општине Дринић Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Приступљено 23. 4. 2013.
  6. "2007-2011 statistika" (PDF). 2017-01-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  7. "2009-2013 statistika" (PDF). 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
  8. "2011-2015 statistika" (PDF). 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
  9. "2016 Statistika" (PDF). 2017-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
  10. "Статистика 2016" (PDF). 2017-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.

Mənbə redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024