Serxio Konseysao (port. Sérgio Paulo Marceneiro da Conceição, 15 noyabr 1974[2], Koimbra) — Hal hazırda məşqçi olan, portuqaliyalı keçmiş futbolçu. İtaliyanın Milan klubunun baş məşqçisi. Futbolçu karyerasını 2009-cu ildə bitirib.
Serxio Konseysao | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Sérgio Paulo Marceneiro da Conceição [1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Koimbra, Portuqaliya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.78 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Vinger | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Milan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Karyerası
redaktəKoimbrada anadan olub və Ribeira de Fradesdə böyüyən Konseysao karyerasına doğma şəhərin "Akademika" klubunun gənclər komandalarında başlayıb.[3]
1991-ci ildə Portu klubuna dəvət edilir və "Portu"nun gənclər komandasına qoşulur. 1993-cü ildə klubun əsas komandasına dəvət edilir. Ancaq dərhal da "Penafiel" klubuna icarəyə göndərilir. 1994/95 mövsümünü isə "Leça" klubunda keçirir. Onun, Portuqaliyanın əsas liqası olan Primeira Liqada ilk mövsümü "Felgueiras" klubu ilə olur. 1995/96 mövsümündə burada 30 iyunda meydana çıxaraq 4 qol vurur.[4]
1996-cı ildə "Portu"ya qayıdır. "Portu" ilə bu illərdə 2 dəfə Portuqaliya çempionu və ölkə kubokunun qalibi olur. Burada Konseysao sağ cinahdan sürətli reydləri, yaxşı qol duyumu ilə fərqlənir və xarici ölkə klublarının diqqətini cəlb edir.
1998-ci ildə Latsio Konseysaonu 11,2 milyon avroya transfer edir. O, İtaliya klubunda 2 il çıxış edir və İtaliya çempionatında meydana çıxdığı 63 oyunda 7 qol vurur.
2000-ci ilin iyulunda digər bir İtaliya klubu olan Parma klubuna keçir. "Parma"da 25 oyunda meydana çıxıb 5 qol vurur.
2001-ci ilin qış transferləri zamanı Konseysao İnter klubu ilə müqavilə imzalayır. "İnter"də çıxış. etdiyi iki il ərzində 41 matçda 1 qol vurur.
2003-cü ildə "Latsio" yenidən Konseysaonu heyətinə cəlb edir və futbolçu ilə 1 illik müqavilə imzalanır. Futbolçu burada yeddi oyun keçirdikdən sonra "Portu"ya keçir. "Portu"ya bu dəfəki gəlişində 7 oyunda meydana çıxır.
2004-cü ildə Konseysao Belçikanın Standard klubuna keçir. 2004/05 mövsümündə komandanın ən yaxşı oyunçusu olur. 2005-ci ildə Belçika çempionatının ən yaxşı oyunçusu seçilir.
2007-ci ildə "Konseysao "Əl-Qadsiya" klubuna keçir. O, burada bütün mövsümü əvəzedici komandada oynayır və əsas komanda ilə yalnız son 7 matçda iştirak edir.
2008-ci ildə Yunanıstanın PAOK klubu ilə 18 aylıq müqavilə imzalayır. 2008/09 mövsümündə klubun kapitanı oldu və müqaviləsi bitdikdən sonra futbolçu karyerasını bitirir.
Titulları
redaktəOyunçu kimi
redaktəKomanda
redaktə"Leça"
- Sequnda Liga: 1994–95
"Porto"
- Portuqaliya çempionu (3): 1996/97, 1997/98, 2003/04
- Portuqaliya kubokunun qalibi: 1997/98
- Portuqaliya Superkubokunun qalibi: 1997
"Latsio"
- İtaliya çempionu: 1999/2000
- İtaliya kubokunun qalibi (2): 1999/00, 2003/04
- İtaliya Superkubokunun qalibi: 1998
- Kuboklar Kubokunun qalibi: 1998/99
- UEFA Super Kubokunun qalibi: 1999
Şəxsi
redaktə- Belçikada ilin futbolçusu: 2005
Məşqçi kimi
redaktəKomanda
redaktə"Porto"
- Portuqaliya çempionu (3): 2017/18, 2019/20, 2021/22
- Portuqaliya kubokunun qalibi (4): 2019/20, 2021/22, 2022/23, 2023/24
- Portuqaliya Liqa Kubokunun qalibi: 2022/23
- Portuqaliya Super Kubokunun qalibi (3): 2018, 2020, 2022
"Milan"
- İtaliya Superkubokunun qalibi: 2024
Şəxsi
redaktə- Primeira Liqada mövsümün baş məşqçisi (3): 2017/18, 2019/20, 2021/22
- Primeira Liqada ayın baş məşqçisi (6): oktyabr/noyabr 2018, dekabr 2018, fevral 2020, dekabr 2020, dekabr 2021, mart 2022
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2025-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-07.
- ↑ Sérgio Conceição // Transfermarkt (çd.). 2000.
- ↑ G. Oliveira, João. "Sérgio Conceição entre o sonho de jogar pela Académica e as saudades da família" [Serxio Konseysao, "Akademika"da oynamaq arzusu ilə ailəsi üçün darıxmaq arasında]. Rekord (portuqal). 21 mart 2017. 2025-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 tanvar 2025.
- ↑ Caetano, Filipe. "Sérgio Conceição, uma história de sucesso" [Serxio Konseysao, uğur hekayəsi] (portuqal). Mais Futebol. 15 yanvar 2004. 2023-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2025.