Sevda binti Zəma Haqqinda Melumat - Vikipedia

Sevda binti Zəma Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sevda binti Zəma

Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Sevda binti Zəma
ərəb. سودة بنت زمعة‎
Doğum tarixi 589
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 674
Vəfat yeri
Həyat yoldaşları
Fəaliyyəti companion[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası redaktə

Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi.

Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi.

Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir. O, yaşca Məhəmməddən böyük idi.

Sevda dindar və mömin qadın olmuşdur. Məhəmməd peyğəmbərin ölümündən sonra Sevda hədiyyə olaraq pul alır və onu xeyriyyəçilik üçün xərcləyir. Xəlifə Ömərin hakimiyyətinin sonunda, hicrətin 19-cu ilində Mədinədə vəfat etmişdir[2].

İstinadlar redaktə

  1. 1 2 Али-заде А. Сауда бинт Зама (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  2. "Yeni_Ümit_Dini_İlimler_ve_Kültür_Dergisi". 2013-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.

Xarici keçidlər redaktə


Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024