Seyiçi Morimura Haqqinda Melumat - Vikipedia

Seyiçi Morimura Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi?, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası24 iyul 2023[1], Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır.[2]

Seyiçi Morimura
yap. 森村誠一
Doğum tarixi 2 yanvar 1933(1933-01-02)
Doğum yeri
Vəfat tarixi 24 iyul 2023(2023-07-24)[1] (90 yaşında)
Vəfat yeri
Təhsili
  • Aoyama Qakuin Universiteti[d]
Fəaliyyəti yazıçı, roman yazıçısı
Fəaliyyət illəri 1969–2023
Əsərlərinin dili yapon dili
Janr detektiv

Həyatı və karyerası redaktə

Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir.[3] Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır.[2] İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur.[4] "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını,[3] 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.[2]

1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır. Əsər bestsellerə çevrilmişdir və Yaponiyada sensasiyaya səbəb olmuşdur.[2]

2004-cü ildə Yaponiya Müəmma Ədəbiyyatı Mükafatını, 2011-ci ildə "Pis yol" ("Akudo") tarixi romanına görə Eyci Yoşikava Ədəbiyyat Mükafatını qazanmışdır. Yazıçılıqla yanaşı hayku şairi olmuş, 2006-cı ildə Tokioda yerləşən KAVA hayku cəmiyyətinin üzvü olmuşdur.[4] 24 iyul 2023-cü ildə ağciyər iltihabı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.[2]

Şəxsi həyatı redaktə

İkinci Dünya müharibəsi zamanı Morimuranın yaşadığı ərazi ABŞ tərəfindən bombalanmış və bu səbəbdən pasifist prinsipləri mənimsəmişdir. Nüvə silahlarına qarşı olmaq və sülhü dəstəkləmək haqqında kitab yazmışdır. 2015-ci ildə konstitusiyanın Şinzo Abe tərəfindən yenidən təfsirinə qarşı baş vermiş aksiyalarda iştirak etmişdir.[2]

İstinadlar redaktə

  1. 1 2 Sandomir R. 日本作家森村诚一去世,作品曾揭露731部队暴行. 2023.
  2. 1 2 3 4 5 6 "Japanese novelist Seiichi Morimura, known for trilogy about wartime army unit's atrocities, dies". The Mainichi (ingiliscə). 25 iyul 2023. 30 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2023.
  3. 1 2 Gid Powers, Richard; Hidetoshi Katō; Bruce Stronach. Handbook of Japanese popular culture. Greenwood Press. 1989. səh. 283. ISBN 9780313239229. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2023.
  4. 1 2 "Award-Winning Novelist Seiichi Morimura Dies at 90". The Japan News by the Yomiuri Shimbun (ingiliscə). 24 iyul 2023. 30 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2023.

Xarici keçidlər redaktə


Saytda 218 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024