Seyidəli Muxtarzadə Haqqinda Melumat - Vikipedia

Seyidəli Muxtarzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seyidəli Muxtarzadə

Seyidəli Əli oğlu Muxtarzadə (1872-1960)—Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri.

Həyatı redaktə

1905-1911-ci illər İran İnqilabının və Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri Muxtarzadə Seyidəli Əli oğlu İranda, Cənubi Azərbaycanın Urmuyə şəhərində 1872-ci ilin may ayının 19-da anadan olub.

Muxtarzədə Seyidəli gənc yaşlarından şah üsuli idarəsinə qarşı vuruşmuş, silahlı partizan dəstələri yaratmışdır. O, 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkata qoşulmuşdur. Eyni zamanda «Həqiqəti Əncümənin» üzvü olmuşdur. 1906-cı ildə Təbriz üsyanında Mücahidlərə rəhbərlik edənlərdən biri olmuşdur.

1908-ci il iyun ayının 23-də üsyanı boğmaq istəyən irticaçı qüvvələr 40 minlik şah qoşunu ilə Təbrizə daxil oldu. Muxtarzadənin rəhbərliyi ilə fədai dəstələri əksinqilabi qüvvələrə ağır zərbə vuraraq, onları Təbrizdən qovdular. 11 ay davam edən bu vuruşmada Muxtarzadə mahir bir sərkərdə kimi özünü göstərdi.

Təbriz üsyanı zamanı İnqilabi Hökumətin Hərbi Şurası yaradıldı. Hərbi Şuranın 5 nəfər üzvü var idi. Muxtarzadə Seyidəli həmin 5 nəfərdən biri idi. O, Səttar xanın yaxın silahdaşı idi.

1910-cu ilin avqust ayında xarici müstəmləkətçilər, daxili irtıcaçı qüvvələr və şah qoşunları Cənubi Azərbaycana, Təbrizə hücum edərək Inqilabi Hökuməti qan içərisində boğdular. İnqilabi Hökumətin həyata keçirdiyi bütün Demokratik tədbirlər ləğv olundu.

Birinci Dünya muharibəsi başlandıqdan sonra Muxtarzadə Seyidəli Əli oğlu Şimali Azərbaycanın Gəncə şəhərinə köçür və ömrünün sonunadək orada yaşayır. O,

1918-ci ildə Sultan Əli qızı ilə ailə həyatı qurur, Miri adlı oğlu və Rüxsarə adlı qızı olur.

Muxtarzadə Seyidəli Əli oğlu Fərdi Təqaüdçü idi. O, 1960-cı ilin mart ayının 23-də Gəncə şəhərində 88 yaşında vəfat edir.

1946-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində Milli Hökumət zamanı Qərərgah rəisi işləmiş Hərbi zabit, mühacir və Fərdi Təqaüdçü Dəsti Nüsrət Rəhim oğlunun xatirələrindən:

Mən Muxtarzadə Seyidəli Əli oğlu ilə yaxından tanış idim. O, İrandakı İnqilabi Hərəkatlardan söhbət edərkən Səttarxan, Bağırxan, Əli Müsyo və başqaları haqqında çoxlu xoş xatirələr söyləyirdi. İnqilabi Hərəkatların qələbələrindən və məğlubiyyətindən söhbət edirdi.

1960-cı ilin may ayının 22-si idi. Muxtarzadə Seyidəli Əli oğlunun xəstəliyinin ağır vaxtı idi. Təsadüfən Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Gəncə şəhərində idi. O, Gəncə mehmanxanasında qalırdı. Mən onun qəbuluna getdim və Fərdi Təqaüdçü – İnqilabçı Sərkərdə Muxtarzadə Seyidəli Əli oğlu haqqında ətraflı danışdım və onun səhhəti haqqında məlumat verərək bildirdim ki, hal-hazırda onun vəziyyəti ağırdır, can verir.Vəli Axundov yanındakı digər yoldaşlar ilə Vaqif küçəsində yaşayan Inqilabcı Sərkərdə Muxtarzadə Seyidəli Əli oğlunun yanına getdilər. Təsadüfən İlahi tərəfındən Muxtarzadə Seyidəliyə eləbil ki, bir qüvvə gəldi. O, gözlərini açıb Vəli Axundova – mənim kasıb evimə çox xoş gəlibsiniz, bağışlayın ki, çarpayıda uzanmış haldayam. Bir qədər söhbət etdikdən sonra sonuncu dəfə «salamat qalın» deyib, gözlərini əbədi yumdu.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024