Seylor Yupiter Haqqinda Melumat - Vikipedia

Seylor Yupiter Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Yupiter
Seylor Yupiter "Sailor Moon Crystal" animesindən.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #5: "Makoto — Seylor Yupiter" (1992)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıMakoto Kino
İngilis versiyasıLita Kino
Növüinsan
Cinsiqadın
Doğum tarixi5 dekabr 1978 (Oxatan) (manqa)[1]
Yaşı14-16
Boyu168 sm[2]
Qan qrupu0(I)
Ləqəb(lər)iŞahzadə Yupiter
KomandalarıSeylor döyüşçüləri, Kölgə Qalaktika
Güclərielektriki idarə etmək, manipulyasiya etmək, bəzi bitki növlərini idarə etmək

Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur.[3][4] Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir.

Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür.[5] Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır.

İzah redaktə

 
Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur. Yaradıcı Naoko Takeuçi sonda personaja Makoto Kino adını vermişdir və onun üçün konsepsiya hazırlamışdır. Lakin personajın ilkin konsepsiyası ilə personajın indiki şəxsiyyəti tamamilə fərqlənir. Naoko personajı əvvəlcə dələduz, siqarətçəkən və sukeban kimi təsvir etmişdi.[6] Seriyanın davamında peyda olan Mamoru Çiba personajı üçün ad seçilərkən Makoto Kinonun adından ilham alınmışdır.

Seylor Yupiterin kostyum dizaynı seriyanın digər personajlarında olduğu kimi təkrarolunmaz idi. Kostyum toqqadan, çox uzun əlcəklərdən, göyyaşıl işıq zolaqlarından, tünd çəhrayı lentlərdən və siqnal cihazından ibarət idi. Daha sonra Takeuçi bu eskizləri gördükdə çox təəccüblənmişdir və eskizləri nə vaxt çəkdiyini xatırlamadığını demişdir.[7] Naoko Takeuçi cizgi filmi hazırlayan rəssamlara təlimat vermişdi ki, Makotonu bir az ətli-canlı və qüvvətli göstərsinlər."[3]

Makotonun soyadının kandzi mənası "ağac", "taxta" və ya "ruh" (, ki?) və "çəmən" və ya "sivil" (, no?) kimidir. Onun adı hiraqanada verilmişdir makoto (まこと?) və buna görə də tərcümə olunması çətindir. Mümkün olan tərcümələrə "dürüstlük", "sədaqət" və "səmimilik" aiddir. Yaponiyada "Makoto" adı həm oğlanlar, həm də qızlara verilə bilər, hərçənd ki, bu ad əsasən oğlanlara verilir. Makotoya bu adın verilməsi onun oğlanxasiyyət olmasını ön plana çıxarır.[8]

Yapon dilində Yupiter planeti "Mokusey" (木星?) adlanır və bu, "meşələr planeti" mənasını verir.[9]

Seylor Yupiterin planetar simvolu (♃) ildırım işarəsinin və Zevs sözünün baş hərfi olan zettanın birləşməsindən əmələ gəlmişdir. Bu işarədən elmdə Yupiter planetininqurğuşun elementinin simvolu kimi istifadə olunur.[10]

Seylor Yupiterin Kabus bacılar qarşılığı Petts, İfritələr 5 qarşılığı Tellu, Seylor Kvartet qarşılığı Yun-Yundur.[10]

Təqdimat redaktə

"Seylor Mun" manqa seriyası yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmışdır. Manqa seriyasının əsas personajları Seylor döyüşçüləri adlı komandadır. Komandanın əsas məqsədi yaşadıqları Günəş sistemini düşmənlərdən qorumaqdır. Seylor döyüşçüləri komandası hərəsi bir göy cismini təmsil edən 10 döyüşçüdən ibarətdir: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera, Seylor Pluton, Seylor Çibi Mun, Seylor Uran, Seylor NeptunSeylor Saturn. Komanda özü də iki yerə ayrılır: Xarici Seylor döyüşçüləri və Daxili Seylor döyüşçüləri. Daxili Seylor döyüşçüləri seriyada peyda olan ilk 5 peyda olmuş döyüşçüdən ibarətdir. Seylor Yupiter adı ilə döyüşən Makoto Kino da Seylor döyüşçülərinin əsas üzvlərindən biridir və seriyada əhəmiyyətli yer tutur.

Manqa seriyasının 5-ci aktından sonuncu aktına qədər, orijinal anime serialının isə bütün mövsümlərində yer alan Makoto Kino seriyanın baş qəhrəmanı Usaqinin ən yaxın dostlarından biri kimi göstərilir. Seriyada peyda olarkən tənha olduğu, güclü olduğuna görə hər kəsin ondan qorxduğu göstərilmişdir. Buna baxmayaraq Usaqi onunla asan dil tapmış və aralarında dostluq münasibətləri başlamışdır.[11] Seriya boyunca şəxsiyyətinə toxunulmamış, güclü və əzmkar qız kimi təqdim olunmuşdur.

Peyda olması redaktə

Seriyanın baş qəhrəmanı Usaqi Tsukino yuxusunda bir gün evlənəcəyini görür. Onun sadiq pişiyi Luna onu yuxudan oyadır və yenə gecikdiyini deyir. Şəhərdə yağış yağır və Usaqi çətirlə çıxır. Yolda Luna ondan məsuliyyətli olmasını istəyir, amma Usaqi ancaq daha əvvəl qarşılaşdığı Taksedo Mask haqqında düşünür. Diqqətsiz olan Usaqi yolu keçmək istəyərkən avtomobil düz üzərinə doğru gəlir, amma hansısa qız cəld özünü yetirib onu xilas edir. Qız Usaqidən xeyli hündürdür və qızılgül sırğaları taxır.

Məktəbdə Usaqinin rəfiqəsi Naru əmisi qızının evlənəcəyini deyir. Usaqi və Naru da bir gün evlənməyi arzulayırlar.

Daha sonra Usaqi səhər onu qəzadan xilas edən qızı məktəbində görür. Həmin qızı bir tələbə dayandırıb niyə məktəb formasında olmadığını soruşur, qız isə ona başa salır ki, bu məktəbin forması onun üçün kiçikdir. (O, həmin tələbədən hündürdür.) Usaqinin dostu Umino qız haqqında danışır, onun məktəbə yeni keçdiyini və əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atıldığını bildirir.

Usaqi günorta yeməyini məktəbin həyətində yeməyə qərar verir. Usaqi yeni qızı görür, ağacın dalında gizlənir və onun ləzzətli yeməklər yeməyə hazırlaşdığını müşahidə edir. Bu zaman yaxınlıqda beyzbol oynayan uşaqların attığı beyzbol topu Usaqinin üzərinə doğru gəlir, qız son anda tullanaraq topu tutur. Qız Usaqiyə diqqətli olmasını deyir və Usaqiyə yeməyindən bir azını təklif edir. Qız özünü Makoto Kino kimi təqdim edir və məktəbdəki hər kəsin ondan qorxduğunu bildirir. Usaqi ilə Makoto dostlaşırlar.

Məktəbdən sonra Usaqi və Makoto videooyun salonuna yollanırlar. Makoto "Sailor V" videooyununu oynayarkən içəriyə Usaqinin digər dostları — Ami Mizuno (Seylor Merkuri) və Motoki Furuhata daxil olurlar. Motoki və Makoto bir-birilərini təqdim edirlər. Ami Narunun əmisi qızının gəlinliyini aldığı gəlinlik mağazası haqqındakı şayiəni danışır. Guya həmin mağazada bir gəlinlik geyən ruh peyda olur və kişiləri qaçırır.

Usaqi, Ami və Makoto bu şayiələri digər Seylor döyüşçüsü olan — Rey Hinoya danışmaq üçün məbədə yollanırlar. Makoto onlarla görüşüb ayrıldıqdan sonra Rey onun növbəti Seylor döyüşçüsü ola biləcəyini deyir. Gecə gəlinlik mağazasındakı maneken canlanır və yolda gəzən Motokinin zehnini ələ keçirir. Zehni ələ keçirilmiş Motoki Makoto ilə qarşılaşır və Makotodan gözlərinin içinə baxmasını istəyir. Yaxınlıqda olan Mamoru Çiba təhlükəni hiss edir və Taksedo Maska çevrilir.

Usaqi evində yatarkən Taksedo Mask onu oyadır və hadisə yerinə aparır. Luna Amivə Reyi də çağırır. Usaqi gəlin ruhu tapır və Lunaya yerini bildirir.

Gəlin ruh yoldan keçən kişilərin diqqətini çəkərək onların enerjilərini oğurlayır. Usaqi Seylor Muna çevrilir. Seylor MarsSeylor Merkuri onu dayandırmağın yolunu axtarırlar. Makoto Motokinin ona olan sevgisinin saxta olduğunu eşidir. O, gəlin ruhu güləş fəndi ilə yıxır və alnında Yupiterin astroloji işarəsi peyda olur. Luna ona çevrilmə qələmini atır və Makoto ondan istifadə edərək Seylor Yupiterə çevrilir. Məlum olur ki, əsl düşmən dünyanı ələ keçirmək istəyən Qaranlıq Krallığın üzvü Nefritdir. Seylor Yupiter ona Gül Tufanı adlı hücumu ilə hücum edir və onu yaralayır. Daha sonra Yupiterin gücünü çağırır və Yupiter İldırım Vurması hücumu ilə Nefriti məhv edir.

Makoto yeni dostlarına başa salır ki, Motokini onun qəlbini qıran əvvəlki sevgilisinə bənzətmişdir, buna görə də məktəbini dəyişdirmişdir. Makoto artıq Seylor döyüşçüsü kimi döyüşəcəyinə söz verir.[12]

Profil redaktə

Makoto seriyanın əvvəlində 14 yaşında təsvir edilir. Qan qrupu O-dur. Oxatan bürcündəndir. Məktəbdə ən sevdiyi fənn ev iqtisadiyyatı,[13] ən sevmədiyi dərs fizikadır. Ən sevdiyi yemək albalı piroqu və ət ruletidir.[14] Ən sevmədiyi yemək göstərilməmişdir.[15] Rənglərdən ən çox şəkər çəhrayısını və yaşılı sevir.[1][14] Sevimli daşı zümrüddür. Ən sevdiyi heyvan atdır. İtaliyanın Roma şəhərinə səyahət etməyi arzulayır.[16] Basketbol və konkisürmə ən sevdiyi idman növləridir.

Makonun güclü, müstəqil şəxsiyyəti o saat sezilir: dostları arasında ən hündürüdür. Komandada "böyük bacı" rolunu oynayır.[2] Fiziki cəhətdən çox güclüdür, hətta yeni köçdüyü məktəbdə yayılan şayiəyə görə əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atılıb. Hekayənin gedişində Makoto Usaqi Tsikino və Ami Mizunonun da təhsil aldığı Azabu Yuban məktəbinə keçir. Makotonun bədən ölçüləri böyük olduğundan məktəbin öz xüsusi geyimi üzərinə olmamışdır. Buna görə də məktəb müdriyyəti ona köhnə formalardan birini geyməyi məsləhət görmüşdür. Bu forma uzun ətəyi var və qıvırcıq saçları ilə tamamlanır. Buna görə də bu hekayənin əvvəllərində ona möhkəm görünüş vermişdir.[17] Hər halda, onun saçları təbii şəkildə dalğavaridir. Sərt görünüşünə baxmayaraq, Makoto əslində xoşxasiyyət qızdır. Qulaqlarına çəhrayı qızılgül formasında sırğalar, at quyruğu saçına isə yaşıl tel taxır.

Komandaya ən çox uyğunlaşan personajlardan biri olan Makoto Seylor döyüşçüləri arasından həm kişisayağı, həm də qadınsayağı xasiyyətinə görə tanınır. Ən böyük arzusu evlənmək, tort və gül mağazası açmaqdır.[18] Məktəb dəyişdikdən sonra aşpazlıq və bağbançılıq klublarına üzv olmuşdur.[19] Makoto karate ilə də məşğul olur, hətta qara kəməri var.[20]

Onun ev işlərində ustalığı onun kişisayağı xasiyyətinə ziddiyət təşkil edir.[20][21] Makoto alış-veriş etməyi sevir, lakin "qız əşyaları" almaqdan çəkinir. (Bir epizodda basketbol üçün ayaqqabılar almışdır.[22]) Yemək bişirməyi də sevir, hətta bu, onun ən güclü qabiliyyətidir, məktəbə tez-tez ləzzətli yeməklərini gətirməsi ilə məşhurdur.[23] Amma fiziki bacarığı daha üstündür. Evini özü təmir edir, hətta gürzdən istifadə edir.[24] Kimsə onu qadınsı adlandıranda əsəbi və təəccüblü olur.[25]

Onun belə xasiyyətə malik olması uşaqlığı ilə bağlıdır. Hər iki valideynini də təyyarə qəzasından itirmişdir və uşaq yaşlarından tək yaşamaqdadır və özünə baxmaqdadır.[26] Hətta evin üzərindən təyyarə uçduqda özünü pis hiss edir. Fırıldaqçılardan nifrət edir. İngilis versiyasında Makotonun anasının pişiklərə alergiyası olduğu bildirilmişdi.[21] "Gözəl Qoruyucu Seylor Mun" animesində Makotonun valideynlərinin ölümü haqqında 6-cı seriyanın retrospektiv kadrında bəhs edilsə də, necə öldükləri göstərilməmişdir.[27]

Makotonun sevdiyi oğlanlardan biri onun hekayəsində əhəmiyyətli yer tutur. Onun senpayı cəmi 1-2 dəfə təsvir olunmuşdur. Animelərdə Makoto son dərəcədə oğlanlara fikir verir. "Gözəl Qoruyucu Seylor Mun"da Makotonun niyə özünü tək hiss etdiyi göstərilmişdir.[27] Daim yeni tanış olduğunu oğlanları köhnə sevgililərinə bənzədir. Animelərdə ən çox Motoki Furuhataya diqqət versə də, teleseriallarda belə deyil.[25] Xüsusi seriyaların birində onların nişanlandıqları göstərilmişdir.[28]

Makotonun hərəkətlərindən biri animelərin birindəki səhnənin ingilis dilinə tərcümə olunmasından sonra ingilis dilli fanlar arasında məşhurlaşmışdı. Bu səhnədə qızlardan biri teatrda "Ağbəniz və yeddi cırtdan"[29] tamaşasında Ağbəniz rolunu oynamalı idi. Yapon versiyasında Makoto sinəsinin böyük olduğunu əsas gətirərək Ağbəniz rolu üçün təkid etmişdi. İngilis versiyasında isə Makoto istedadını əsas göstərərək bu rolu oynamaq istəmişdir.

Aspektlər və formalar redaktə

Seylor Yupiter müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Yupiter Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Seylor Yupiter redaktə

Makoto Kinonun Seylor döyüşçüsü şəxsiyyəti Seylor Yupiterdir. Geyimi yaşılçəhrayı rənglərdən, qızılgül formalı sırğalardan, zəncirəli yüksək dabanlı ayaqqabılardan ibarətdir. Manqalarda kiçik popuri topunu daşımaq üçün kəmərdən istifadə edir. Seylor Yupiter başqa ləqəblər də qazanmışdır:[30] Qoruyucu döyüşçü, Qüvvətli Yupiter,[31] Cəsarət və İldırım döyüşçüsü,[27] Qayğı döyüşçüsü.[32] Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir.

Yapon dilində Yupiter planeti Mokusei (木星?) adlanır. İlkin mənası "ağac", ikinci mənası isə "səmavi cisim"dir. Roma mifologiyasından götürülmüş ada baxmayaraq yapon mifologiyasına əsasən Seylor Yupiterin elementi taxtadır.[33] Amma hücum edərkən Roma mifologiyasından ildırım tanrısı Yupiterə əsasən ildırımlardan istifadə edir.[34] Seylor döyüşçülərinin ən güclüsüdür, bir insanı başı üzərinə qaldıra bilər, hətta bir dəfə düşəcək daş dirəyi saxlamışdır. Manqanın əvvəllərində tacından xüsusi antena çıxırdı və bu çubuq ildırım antenası kimi xidmət verirdi. Animedə də bu antena olsa da, onsan istifadə etməsi üçün onu çağırması lazımdır. Teleseriallarda isə bu cür antenası yoxdur.

Seylor Yupiter böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 37-ci aktında Yupiter kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir. Lakin özünə yeni ad verməmişdir.[18] Animenin 143-154-cü seriyalarında isə özünü Super Seylor Yupiter adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər formaya sahib olmuşdur.[35]

Super Seylor Yupiter redaktə

Super Seylor Yupiter Seylor Yupiterin daha güclənmiş versiyasıdır. Adi Seylor Yupiterin geyimi ilə Super Seylor Yupiterin geyimi demək olar ki, eynidir. Sadəcə kiçik detallarda dəyişiklik edilmişdir: geyiminin arxasındakı lent uzadılmış, ön lentinin düyməsinin forması dəyişdirilmiş və boğazlığına sarı ulduz əlavə edilmişdir. Onun ayaqqabılarına da dəyişiklik tədbiq edilməmişdir.[10]

Şahzadə Yupiter redaktə

Gümüş Minillikdə Makoto Kino öz planetinin şahzadəsidir. Ay Krallığından əsas vəzifəsi Şahzadə Serenitini qorumaqdır. Yupiter şahzadəsi kimi İo qalasında yaşayır, yaşıl geyim geyinir.[38][39] Bu halı ilə manqada görünmüşdür. Naoko Takeuçi onu Nefritin qolları arasında təsvir etmişdir, lakin manqa və ya animedə gələcəkdə onların məhəbbəti davam etməmişdir.[40] Sailor Moon Crystal animesində[41]Another Story videooyununda onların Ay Krallığında sevgili olduqları göstərilmişdir.[42]

Xüsusi güclər və əşyalar redaktə

Çevrilməsi redaktə

Makoto öz həmyaşıdlarına nisbətən çox güclü qızdır,[3] lakin öz səmavi güclərinə qovuşması üçün digər Seylor döyüşçüləri kimi çevrilməsi lazımdır.[43] Çevrilmək üçün xüsusi alətlərindən birini (qələm, qolbənd, kristal və ya nazik çubuq) göyə qaldırır və frazalardan istifadə edir. Seylor döyüşçüsünə çevrildikdən sonra Yupiterin ulduz, planet və kristal güclərinə sahib olur.

Makoto Kino seriya boyunca Seylor Yupiterə çevrilmək üçün 4 frazadan istifadə etmişdir.[10] İlk istifadə etdiyi fraza "Yupiterin gücü, toplan!" (ジュピター・パワー・メイク・アップ, Jupitā Pawā Meiku Appu?) şəklindədir. Makotonun Seylor Yupiterə ilk dəfə manqanın 5-ci aktında çevrilməsinə baxmayaraq, 10-cu akta qədər bu frazadan istifadə etməmişdir. Bu fraza üçün çevrilmə qələmindən istifadə etməsi vacibdir.[44] İkinci işlətdiyi fraza "Yupiterin ulduz gücü, toplan!" (ジュピター・スター・パワー・メイク・アップ, Jupitā Sutā Pawā Meiku Appu?) frazasıdır. Bu frazadan istifadə etdiyi ilk dəfə animenin 65-ci seriyasında, manqanın isə 15-ci aktında göstərilmişdir.[45] "Sonsuzluq" hekayəsində üçüncü frazasından – "Yupiterin planet gücü, toplan!" (ジュピター・スター・パワー・メイク・アップ, Jupitā Planetā Pawā Meiku Appu?) frazasını işlətmişdir.[46] Axırıncı və dördüncü frazası "Yupiterin kristal gücü, toplan!" (ジュピター・クリスタル・パワー・メイク・アップ, Jupitā Kurisutaru Pawā Meiku Appu?) şəklindədir və ilk dəfə manqanın 42-ci aktında istifadə edilmişdir. O, bu frazadan istifadə hüququnu Amazaon Kvartetinin və Şahingözün hücumuna məruz qalarkən qazandığı Yupiter kristalı sayəsində əldə etmişdir. Animedə isə dördüncü frazadan ilk dəfə Kristal Dəyişmə Əsasını əldə etdikdən sonra 143-cü seriyada istifadə etmişdir, lakin çevrilməsi 154-cü seriyaya qədər göstərilməmişdir. Dördüncü fraza Seylor Yupiterin Super Seylor Yupiterə çevrilməsinə şərait yaratmışdır.[47]

Hücumlar redaktə

Seylor Yupiterin anime, teleserial və videooyunlarda 10 cür hücumdan istifadə etdiyi göstərilmişdir. Manqada Seylor Yupiterin istifadə etdiyi ilk hücum Gül Tufanı (フラワー・ハリケーン, Furawā Harikēn?) adlanır. Gül Tufanı onun bitkilərlə əlaqələnən hücumlarından biridir. Bu hücumun istifadəsi zamanı (ilk dəfə manqanın 5-ci aktı) kəsici qızılgül ləçəklərini düşmənin üstünə salır. Bu hücumundan bir də manqanın 16-cı aktında Qara Ayın üzvü Pettsə qarşı istifadə etmişdir.[48] Seylor Yupiterin digər hücumları bir qayda olaraq bütün seriyalarda elektrik üzərində qurulub. İkinci istifadə etdiyi hücum Yupiter İldırım Vurması (ジュピター・サンダーボルト, Jupitā Sandāboruto?) hücumudur.[49] Bu zaman Yupiterni çağıraraq ildırımlarını düşmənin üzərinə salır. 1992-ci il animesində bu hücumundan istifadə etdiyi göstərilməsə də, ikinci animenin 5-ci seriyasında bu hücumdan düşmən personajlardan biri olan Nefritə qarşı istifadə etmişdir. Əsas hücumu Ali İldırım (シュープリーム・サンダー, Shūpurīmu Sandā?) adlanır.[50] Bu zaman tacından çıxan antenanın köməyi ilə göydən ildırımlar çaxdırır. Bu hücumundan istifadə edərkən "Mənim qoruyucum Yupiter! Fırtına yarat! Buludları çağır! İldırım gətir!" (我が守護木星よ!嵐を起こせ!雲を呼べ!雷を降らせよ!, Waga shugo Mokusei yo! Arashi wo okose! Kumo wo yobe! Ikazuchi wo furaseyo!?) sözlərindən istifadə edir. Animenin DiC dublajında isə əvvəlcə "Yupiterin adından! Mən bu şər qüvvəni məğlub etmək üçün ildırımın və göy gurultsunun gücünü çağıraram!" cümlələrini deyir. Ali İldırımdan "Seylor Mun"un bütün versiyalarından istifadə etmişdir. Myuzikllarda bu hücumunu ilk dəfə Seylor Çi, Seylor Fi və Seylor Tetaya qarşı işlətmişdir.[51] Elektriki idarə edə bilməsinə baxmayaraq, Makoto onun effektinə nəzarət edə bilmir, bədəninə elektrik yükləyə bilir.[52]

Hekayənin ikinci hissəsində Seylor Yupiter Qığılcımsaçan Geniş Təzyiq (スパークリング・ワイド・プレッシャー, Supākuringu Waido Puresshā?) adlı hücuma sahib olmuşdur. Bu hücumdan istifadə edərkən ildırım topu atır. Manqada ilk dəfə ondan Qara Ayın üzvü Bertyerə qarşı 16-cı aktda, animedə isə ilk dəfə Qara Ayın digər üzvü Pettsə qarşı 65-ci seriyada istifadə etmişdir. Animendə DiC versiyasında bu hücum Yupiter Qara Bulud Çoşqunluğu adlansa da, Cloreway adı 95-cı seriyada adı Ali İldırım Gurultusu etmişdir. 99-cu seriyadan sonra orjinal addan istifadə olunmağa başlanmışdır.[53] Orijinal animedə deyil, ancaq ikinci anime, manqa və myuzikllarda istifadə etdiyi hücum isə Yupiter Hind Qozu Siklonu (ジュピター・ココナッツ・サイクロン, Jupitā Kokonattsu Saikuron?) hücumudur.[54] Bu hücumundan istifadə etməsi manqanın 24-cü aktında düşmən personaj olan Daymona qarşı döyüşdə göstərilmişdir. Oyunçunun "Sailor Moon: Another Story" videooyununda da bu hücumundan istifadə etməsi mümkündür. Animedə Super Seylor Yupiter olduqdan sonra manqada ildırımın simvolu kimi göstərilmiş palıd yarpaqlarından ibarət çələng qazanmışdır. Bu çələng onun saçında peyda olur və Yupiter Palıd Təkamülü (ジュピター・オーク・エボリューション, Jupitā Ōku Eboryūshon?) adlı hücumdan istifadə etməsinə kömək göstərir.[20][55] Yupiter Palıd Təkamülü Seylor Yupiterin ən güclü hücumudur və ondan ilk dəfə hekayənin dördüncü və beşinci hissələrində istifadə etmişdir. Onu manqada ilk dəfə 42-ci aktda Ölü Ayın üzvü Şahingözə qarşı, animedə ilk dəfə 154-cü seriyada Ölü Ay tərəfindən göndərilmiş DzaraDzara Dzouya qarşı işlətmişdir.[56]

Seylor Yupiter fərdi hücumlarla yanaşı, komanda hücumlarından da istifadə etmişdir. Bu hücumlara Seylor Planet Hücumu (セーラープラネットアタック, Sērā Puranetto Atakku?), Seylor Planet Gücü (セーラー・プラネット・パワー, Sērā Puranetto Pawā?), Qalaktik Tufan (ギャラクティカ・ゲイル, Gyarakutika Geiru?)Qalaktik Planet Hücumu (ギャラクティカ・プラネット・アタック, Gyarakutika Puranetto Atakku?) hücumları aiddir.[10]

Seylor Yupiterin hücumları[57]
Ad Manqa Anime
Seylor Mun
(1992)
Anime
Sailor Moon Crystal
(2014)
Teleserial Videooyun
Gül Tufanı[48] 5-ci akt yoxdur 5-ci seriya 8-ci seriya var
Yupiter İldırım Vurması[49] 5-ci akt yoxdur 5-ci seriya 26-cı seriya yoxdur
Ali İldırım[51] 7-ci akt 25-ci seriya yoxdur 6-cı seriya var
Qığılcımsaçan Geniş Təzyiq[53] 16-cı akt 65-ci seriya 17-ci seriya yoxdur var
Yupiter Hind Qozu Siklonu[54] 27-ci akt yoxdur 27-ci seriya yoxdur var
Yupiter Palıd Təkamülü[56] 42-ci akt 154-cü seriya yoxdur yoxdur var
Seylor Yupiterin çevrilmə frazaları[57]
"Yupiterin gücü, toplan!"[44] 10-cu akt 25-ci seriya 5-ci seriya 6-cı seriya
"Yupiterin ulduz gücü, toplan!"[45] 15-ci akt 65-ci seriya yoxdur yoxdur
"Yupiterin planet gücü, toplan!"[46] 27-ci akt yoxdur yoxdur yoxdur
"Yupiterin kristal gücü, toplan!"[47] 42-ci akt 154-cü seriya yoxdur yoxdur

Əşyalar və silahlar redaktə

Əşyalar redaktə

Bir Seylor döyüşçüsü kimi Seylor Yupiter seriya boyunca bir neçə xüsusi alətdən istifadə etmişdir.[10] Bu əşyalardan biri yaşıl rəngli Çevrilmə qələmidir (変身ペン, Henshin Pen?). Bu qələmi manqanın 5-ci aktında qazanmışdır. Çevrilmə qələmindən manqada, orijinal animenin ilk mövsümündə və ikinci animenin ilk 13 seriyasından işlətmişdir. Çevrilmə qələmi vasitəsilə Makoto Kino Seylor Yupiterə çevrilə bilir. Animeyə görə Makotoya bu qələmi Luna vermişdir.[58].[15] Seylor Yupiter digər Seylor döyüşçüləri ilə birlikdə Çevrilmə qələmini Kraliça Metariyanı məhv etmək üçün qurban verdikdən sonra çevrilmək üçün Ulduz Güc Dəyənəyindən (スター・パワー・スティック, Sutā Pawā Sutikku?) istifadə etməyə başlamışdır. Çevrilmə qələmi kimi onu da Luna vermişdir. Əsasən Qara Ay hekayəsində istifadə etdiyi göstərilmişdir.[59] Hekayənin dördüncü hissəsində seriyanın müsbət personajlarından biri olan Peqasus tərəfindən ona çevrilmək üçün yeni bir əşya — Kristal Dəyişmə Əsası (スター・パワー・スティック, Sutā Pawā Sutikku?) verilmişdir. O, dördüncü və beşinci hekayələrdə bu əşya ilə Seylor Yupiterə çevrilmişdir.

Seylor Yupiterin bioqrafiyasında əhəmiyyətli yer tutan əşyalardan biri də Yupiter kristalıdır (ジュピター・クリスタル, Jupitā Kurisutaru?). Yupiter kristalı vasitəsilə Seylor Yupiter Super Seylor Yupiterə çevrilə bilir. Ondan ilk dəfə manqanın 42-ci aktından istifadə etmişdir.[60]

Silahlar redaktə

Seylor Yupiter seriyada bir neçə silahdan istifadə etmişdir.[10] Digər Seylor döyüşçüləri kimi Seylor Yupiterin sahib olduğu silah tacdır. Tacının bir hissəsi olan xüsusi antena bir neçə hücumunun istifadə etməsinə kömək edir.[61] Bu antenaya seriya boyunca ad verilməsə də, rəsmi saytda "İldırım və Gurultu antenası" kimi qeyd olunmuşdur. Antenanın köməyi ilə bu hücumlarını reallaşdırır: Yupiter İldırım Vurması, Ali İldırımAli İldırım hücumunun təkamül etmiş forması olan Ali İldırım Əjdahası.[62] Bu antena seriyanın bütün adaptasiyalarında görünmüşdür. Antenanı ancaq hücumları zamanı işlədə bilir.

Yupiter Palıd Təkamülü hücumu zamanı Seylor Yupiterin başqa silaha — xüsusi palıd yarpaqlarına ehtiyacı var.[63] Palıd yarpaqlarını hekayənin beşinci hissəsində — "Arzu" hekayəsində əldə etmişdir. Palıd yarpaqları animedə deyil, ancaq manqada görünmüşdür.[64]

Makoto Kino həm adi vətəndaş formasında, həm də Seylor formasında qızılgül sırğaları taxır. Qızılgül sırğaları ilk dəfə manqanın 5-ci aktında Makotonun Usaqini avtomobil qəzasından xilas etdiyi səhnədə görünmüşdür. Usaqinin dediyinə görə sırğalar ona gözəl görünüş verir. Makoto sırğalarını düşmənə tullayaraq silah kimi işlədir.[65][66] Animenin 171-ci seriyasında qızılgül sırğaları Usaqinin seriyanın mənfi personajı Kraliça Neheleniyanın kabusundan ayılmasına kömək etmişdir. Bu sırğalar həm də onun bir gül dükanına sahib olmaq arzusunun göstəricisidir.[67]

Manqada və teleserialda Qızılgül kəməri adlı xüsusi kəmərdən istifad etdiyi göstərilmişdir.[68]

Aktrisalar redaktə

 
Personajı Viz Media ingilis dublajında səsləndirən Amanda Miller
Personajı səsləndirənlər[16][69]
Orijinal anime (1992-1997):

İkinci anime (2014- ):

Orijinal yapon seriyalarında Makoto Emi Şinohara tərəfindən səsləndirilmişdir. 2014-cü ildə yayımlanmağa başlayan "Sailor Moon Crystal" anime serialında isə personajı Ami Koşimizu səsləndirir.[75]

DIC/Cloverway ingilis adaptasiyasında personajın adı dəyişdirilərək "Lita" qoyulmuşdur və personaj Suzan Roman tərəfindən səsləndirilmişdir.[76] Suzan deyir: "Onun şəxsiyyəti ilə bağlı müxtəlif tərəflər var. O, birölçülü cizgi personajı deyil, o, şablon deyil və o, şübhəsiz, təxmin edilə bilən deyil. Mən sadəcə onunla müxtəlif yerlərə getmək imkanını sevdim". Lita animenin ingilis adaptasiyasında yeganə personajdır ki, seriya boyunca onu səsləndirən dəyişdirilməmişdir. Patrisiya Tollett orijinal ingilis adaptasiyasında personajla əlaqədar mahnıları ifa etmişdir. Viz Media ingilis adaptasiyasında isə personajı Amanda Miller səsləndirmişdir.[77] "Seylor Mun" seriyasının fanatı Amanda Miller seriyanın hər bir qadın personajına qulaq asmışdır, Seylor Yupiteri səsləndirəcəyini eşidəndə çox sevinmişdir. Miller Seylor Yupiterin ən sevdiyi personaj olduğunu bildirmişdir.[78] Seylor Yupiter ilə öz arasındakı oxşarlıqları sadalayarkən Miller deyir: "Mən Makotoya çox bənzəyirəm, çünki ikimiz də sinfimizin ən hündür gəncləriyik. Beşinci sinifdə mənim boyum təxminən 170 santimetr idi. Mən oğlanların buzüstü hokkey komandasında oynayırdım. Mən qapıçı idim. Mən bir az oğlanxasiyyətəm, ən sevdiyim rəng yaşıldır. Lakin personajın ən sevdiyim tərəfi kobud, amma həm də bir az qadınxasiyyət olmasıdır."[78] Miller qeyd edir ki, aktyor Harvey Fyerşteyn Makotonun səsləndirilməsinə təsir göstərib.[79]

Musiqili tamaşalarda Makotonu 13 aktrisa canlandırmışdır: Noriko Kamiyama, Marie Sada, Takako İnayoşi, Emika Sato, Akari Toneqava, Çiho Oyama (musiqili tamaşalarda Seylor Munu oynayan Anzanın böyük bacısı), Emi Kuriyama, Yuriko Hayaşi, Ayano Suqimoto, Kaori Sakata, Karina Okada, May Vatanabe və Yu Takahaşi.[80]

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Makoto Kino rolunda Myu Azama oynamışdır. Həmçinin Miso Narumi teleserialda Makotonun uşaq versiyasını canlandırmışdır.

Tənqid redaktə

"Seylor Mun" seriyasının personajlarının populyarlığını müəyyən edilən sorğularda Makoto Kino və Seylor Yupiter ayrı-ayrı personajlar kimi iştirak etmişdir. 1992-ci ildə oxucular 38 variant arasında Makoto Kinonu 11-ci, Seylor Yupiteri 5-ci seçmişdilər.[81] Bir il sonra keçirilən ikinci sorğuda 50 personaj arasında Makoto Kino 20-ci, Seylor Yupiter 7-ci yerdə göstərilmişdir.[82] 1994-cü ildə keçirilmiş növbəti sorğuda seçicilər 51 personaj arasında Seylor Yupiteri 17-ci, Makoto Kinonu 18-ci yerdə göstərmişdilər.[83] 1996-cı ilin əvvəllərində baş tutmuş dördüncü sorğuda 51 personaj arasında Makoto Kino 23-cü, Seylor Yupiter 27-ci yeri tutmuşdur.[84]

Seylor Yupiter / Makoto Kino personajının "Sailor Moon Crystal" animesindəki versiyası IMDb-da 8.3 balla qiymətləndirilmişdir.[85] Personaj behindthevoiceactors.com saytının "Bütün dövrlərin ən yaxşı personajları" siyahısında 744-cü yerdə göstərilmişdir.[86]

 
Seylor Yupiter kospleyi.

Yaponiyada restoranların birində Makoto Kinonun seriyada məktəbdə yediyi yeməklərdən ilham alınaraq menü hazırlanmış və alıcılara təklif olunmaqdadır.[87]

Başqa əsərlərdə redaktə

Seylor Yupiter personajı başqa əsərlərdə də görünmüşdür. Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera haqqında 5 kitab seriyası nəşr edilmişdir. Makoto Kino haqqındakı kitab seriyası 1996-cı ildə yayımlanmışdır.[88] Bu kitab daha sonra Mixx tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.[89]

Seylor Yupiter haqqında bir çox oyuncaq, fiqur və kospley hazırlanmışdır.[90] Personaj Seylor Mun videooyunlarının çoxunda yer almışdır. Aşağıda yer aldığı videooyunların siyahısı verilmişdir:[91]

  • "Sailor Moon: La Luna Splende" (2011)
  • "Bishoujo Senshi Sailor Moon: Another Story" (1995)
  • "Bishoujo Senshi Sailor Moon S: Jougai Rantou!? Shuyaku Soudatsusen" (1994)
  • "Bishoujo Senshi Sailor Moon S: Kondo wa Puzzle de Oshioki yo" (1994)
  • "Bishoujo Senshi Sailor Moon R" (1993)
  • "Bishoujo Senshi Sailor Moon" (1993)
  • "Bishoujo Senshi Sailor Moon Super S: Zen'in Sanka!! Shuyaku Soudatsune" (1996)
  • "Sailor Moon SuperS"
  • "Bishoujo Senshi Sailor Moon S: Kurukkurin" (1995)
  • "Bishoujo Senshi Sailor Moon Super S: Fuwa Fuwa Panic" (1995)
  • "3D Adventures of Sailor Moon" (1997)
  • "Pretty Soldier Sailor Moon"
  • "Bishoujo Senshi Sailor Moon S"

İstinadlar redaktə

  1. 1,0 1,1 Guardian Senshi. "Profile: Sailor Jupiter" (ingilis). 20 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  2. 2,0 2,1 "Sailor Jupiter Profile" (ingilis). Writeups. 20 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  3. 3,0 3,1 3,2 Takeuchi, Naoko. Materials Collection. Kodansha. September 1999. səh. 12. ISBN 4-06-324521-7.
  4. "Sailor Jupiter" (ingilis). 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  5. CrystalComparions. "ACT 17: SECRET -SAILOR JUPITER-" (ingilis). 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  6. Glover, Alex. "The Manga of Takeuchi Naoko - Pretty Guardian Sailor Moon". 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-11.
  7. Takeuchi, Naoko. Bishoujo Senshi Sailor Moon. 2. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  8. "The Name Origin and the Name Meaning of Makoto". 2005-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-26.
  9. "Character Description: Sailor Jupiter" (ingilis). 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  10. 10,0 10,1 10,2 10,3 10,4 10,5 10,6 "Sailor Jupiter in SMWiki" (ingilis). 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  11. "Recap: Sailor Moon Crystal Ep 05 Makoto Sailor Jupiter" (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  12. "Act 5 - Makoto, Sailor Jupiter" (ingilis). 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  13. "Jüpiter Savaşçısı" (türk). 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  14. 14,0 14,1 "Kino Makoto/Sailor Jupiter" (ingilis). 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  15. 15,0 15,1 "Sailor Jupiter Profile" (ingilis). 2010-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  16. 16,0 16,1 "MyAnimeList" (ingilis). MyAnimeList. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  17. Cherry, Kittredge. Christmas Cake Sweepstakes: Girlhood to Wedding // Womansword: What Japanese Words Say about Women (paperback) (1991, first mass market). 17-14 Otowa 1-chrome, Bunkyo-ku, Tokyo 112: Kodansha International Ltd. 1987. 51–52. ISBN 4-7700-1655-7.
  18. 18,0 18,1 Takeuchi, Naoko. Act 37 // Pretty Soldier Sailor Moon. 13. Kodansha. ISBN 4-06-178820-5.
  19. Takeuchi, Naoko. Act 43 // Pretty Soldier Sailor Moon. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
  20. 20,0 20,1 20,2 "Sailor Jupiter (character)" (ingilis). 22-07-2014. 2013-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  21. 21,0 21,1 Cold-Hearted Uranus? Makoto in Trouble // Sailor Moon. Series 3. 96 epizod. May 14, 1994. Toei. Asahi.
  22. Pretty Guardian Sailor Moon, Act 49.
  23. "How Sailor Jupiter Inspired The Actress Who Now Voices Her For A Living" (ingilis). 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  24. Pretty Guardian Sailor Moon, Act 10.
  25. 25,0 25,1 Pretty Guardian Sailor Moon, Act 31. In this act, Mako and Motoki date, but they "break up" shortly thereafter.
  26. Toybox. "On Sailor Moon Crystal, Sailor Jupiter Is The Worst Flirter Ever". 07-05-2015. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  27. 27,0 27,1 27,2 Pretty Guardian Sailor Moon, Act 6.
  28. Pretty Guardian Sailor Moon, Special Act. Motoki catches Usagi's bridal bouquet and proposes to Mako on the spot.
  29. Steal Mamoru's Kiss! En's Snow White Strategy // Sailor Moon. Series 2. 56 epizod. May 29, 1993. TV Asahi.
  30. Takeuchi, Naoko. Act 23 // Pretty Soldier Sailor Moon. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  31. The exact title given is "Kairiki Jupiter," meaning "Superhuman Strength Jupiter." This term was equated with the English word "Herculean" by Alex Glover Arxivləşdirilib 2019-08-24 at the Wayback Machine. Takeuchi, Naoko. Act 37 // Pretty Soldier Sailor Moon. 13. Kodansha. ISBN 4-06-178820-5.
  32. 1997 Winter Special Musical - Pretty Soldier Sailor Moon Sailor Stars (Revised)
  33. Takeuchi, Naoko. Act 5 // Pretty Soldier Sailor Moon. 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
  34. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 286. ISBN 1-880656-72-8. OCLC 50898281.
  35. Takeuchi, Naoko. Act 42 // Pretty Sailor Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  36. "Sailor Moon Crystal Act 5 - Makoto - Sailor Jupiter review" (ingilis). 2014-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  37. "Jupiter, the Brawny Girl in Love" (ingilis). 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  38. Takeuchi, Naoko. Act 41 // Pretty Soldier Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  39. Takeuchi, Naoko. Pretty Soldier Sailormoon Original Picture Collection. IV. Kodansha. September 1996. ISBN 4-06-324519-5.
  40. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Original Picture Collection. I. Kodansha. August 1994. ISBN 4-06-324507-1.
  41. Sailor Moon Crystal act #12 "Enemy –Queen Metalia"
  42. Angel. Pretty Soldier Sailor Moon: Another Story (Japanese). Super Famicom. Angel. September 22, 1995.
  43. Allison, Anne. "A Challenge to Hollywood? Japanese Character Goods Hit the US". Japanese Studies. Routledge. 20 (1). 2000: 67 ?8. doi:10.1080/10371390050009075.
  44. 44,0 44,1 "Jupiter, Power, Make Up!" (ingilis). 2015-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  45. 45,0 45,1 "Jupiter Star Power, Make Up!" (ingilis). 2016-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  46. 46,0 46,1 "Jupiter Planet Power, Make Up!" (ingilis). 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  47. 47,0 47,1 "Jupiter Crystal Power, Make Up!" (ingilis). 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  48. 48,0 48,1 "Flower Hurricane" (ingilis). 2016-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  49. 49,0 49,1 "Jupiter Thunderbolt" (ingilis). 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  50. Takeuchi, Naoko. Act 5 // Pretty Guardian Sailor Moon Shinzōban. 1. Kodansha. September 22, 2003. ISBN 4-06-334776-1.
  51. 51,0 51,1 "Supreme Thunder" (ingilis). 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  52. The Sailor Warriors Die! The Tragic Final Battle // Sailor Moon. Series 1. 45 epizod. February 27, 1992. Toei. Asahi.
  53. 53,0 53,1 "Sparkling Wide Pressure" (ingilis). 2016-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  54. 54,0 54,1 "Jupiter Coconut Cyclone" (ingilis). 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  55. Takeuchi, Naoko. Act 36 // Pretty Soldier Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
  56. 56,0 56,1 "Jupiter Oak Evolution" (ingilis). 2015-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  57. 57,0 57,1 WikiMoon. "Sailor Jupiter" (ingilis). WikiMoon. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  58. "Transformation Pen" (ingilis). 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  59. "Star Power Stick" (ingilis). 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  60. "Jupiter Crystal" (ingilis). 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  61. "Tiara" (ingilis). 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  62. "Thunder_and_Lightning_Antenna" (ingilis). 2016-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  63. Pretty Guardian Sailor Moon Act 26
  64. "Leaves of Oak" (ingilis). 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  65. Jupiter, the Brawny Girl in Love // Sailor Moon. Series 1. 25 epizod. September 5, 1992. Toei. TV Asahi.
  66. For the Sake of Love! Endless Battle of the Evil World // Sailor Moon. Series 5. 171 epizod. April 27, 1996. Toei. Asahi.
  67. "Rose_Earrings" (ingilis). 2015-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  68. "Rose_Belt" (ingilis). 2015-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  69. "Seiyuu/Voice Actors" (ingilis). Sailor Moon Wiki. 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  70. "Sailor Moon in Denmark" (ingilis). WikiMoon. 2015-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  71. "Sailor Moon in Indonesia" (ingilis). WikiMoon. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  72. "Sailor Moon in Spain" (ingilis). WikiMoon. 2019-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  73. "Sailor Moon in İtaly" (ingilis). WikiMoon. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  74. "Sailor Moon in The_Netherlands" (ingilis). WikiMoon. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  75. "Kotono Mitsuishi Leads Sailor Moon Crystal Cast". Anime News Network. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
  76. "Susan Roman, the voice of Sailor Jupiter, joins the Toronto Sailor Moon Celebration September 27th" (ingilis). Sailor Moon News. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  77. "Arxivlənmiş surət". 2016-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  78. 78,0 78,1 Mammano, Michael. "Sailor Moon Blu-ray/DVD Details, Voice Cast, and Release Date". Den of Geek. DoGTech. July 7, 2014. April 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2014.
  79. "Arxivlənmiş surət". 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  80. Takeuchi, Naoko; Bandai. "Sailor Moon Musical News". 2009-07-03. 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-21.
  81. Takeuchi, Naoko. Bishoujo Senshi Sailor Moon. 3. Kodansha. April 6, 1993. ISBN 4-06-178744-6.
  82. Takeuchi, Naoko. Bishoujo Senshi Sailor Moon. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  83. Takeuchi, Naoko. Bishoujo Senshi Sailor Moon. 10. Kodansha. June 6, 1995. 138 ?39. ISBN 4-06-178806-X.
  84. Takeuchi, Naoko. Bishoujo Senshi Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  85. "Makoto - Sailor Jupiter" (ingilis). IMDb. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  86. "behindthevoiceactors.com" (ingilis). 2016-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  87. "Official Sailor Jupiter bento boxed lunches being served now at Tokyo anime-themed cafe 【Photos】" (ingilis). 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  88. "Kino Makoto Official Fan Book". 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  89. "Amazon.com: Meet Sailor Jupiter: Thunder: Books: Naoko Takeuchi,Mixxent,Kondo Kunishiro,Ben Ettinger,K. J. Keiji Karvonen". 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  90. AmiAmi. "Sailor Moon - Mini Plush Cushion: Sailor Jupiter(Back-order)" (ingilis). 2015-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  91. Giantbomb. "Sailor Jupiter Games" (ingilis). 2015-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.

Xarici keçidlər redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023