Seyran Ohanyan Haqqinda Melumat - Vikipedia

Seyran Ohanyan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seyran Ohanyan

erməni siyasətçisi

Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, Dağlıq Qarabağ) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir.

Seyran Ohanyan
erm. Սեյրան Մուշեղի Օհանյան
Ermənistanın Baş Qərargah rəisi[d]
may 2007 – 14 aprel 2008
ƏvvəlkiMikael Arutyunyan
SonrakıYuri Xaçaturov
Ermənistan Respublikasının müdafiə naziri[d]
14 aprel 2008 – 3 oktyabr 2016
ƏvvəlkiMikael Arutyunyan
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri[d]
avqust 1999 – 11 may 2007
ƏvvəlkiSamvel Babayan
SonrakıMovses Akopyan
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1962(1962-07-01) (61 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti əsgər, siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Ermənistan, Dağlıq Qarabağ Respublikası, general-polkovnik
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu, Ermənistan Quru Qoşunları
Rəhbərlik edib
  • 5-ci Ordu Korpusu (Ermənistan)[d]
Döyüşlər
Rütbəsi general-polkovnik

Təltifləri "Jukov" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı Böyük Tiqran ordeni "Hərb xaçı" ordeni (Ermənistan) 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı "Vətən qarşısında xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.[1]

1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.[2] 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.[3]

İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.

İstinadlar redaktə

  1. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. SEYRAN OHANYANIN DAĞLIQ QARABAĞDA XİDMƏT EDƏN OĞLU AVTOMOBİL QƏZASINA DÜŞÜB [ölü keçid]
  3. Milli.Az. "Ohanyan aprel döyüşlərinə görə işdən qovulub" (az.). Milli.az. 03.10.2016. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.

Mənbə redaktə


Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024